vaxtlı-vaxtında oxuyun! Bazar, 8 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
QƏZA, FACİƏ  
Meksikada təyyarə qəzası 15:46 | 7 iyun 2025 | Şənbə Məqaləyə 29 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Meksikada təyyarə qəzası

Milçək dərmanı səpərkən 3 nəfər həyatından oldu

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Meksikanın cənubundakı Çiapas ştatının Qvatemala sərhədinə yaxın Tapaçula şəhəri yaxınlığında kiçik təyyarə qəzaya uğrayıb. Ölkənin Kənd Təsərrüfatı Nazirliyindən verilən açıqlamaya görə, qəzada bir meksikalı kənd təsərrüfatı mühəndisi və iki Qvatemalalı pilot həyatını itirib.

Bildirilib ki, qəzaya uğrayan təyyarə iribuynuzlu heyvanlara təsir edən milçəklərin yayılmasının qarşısını almaq üçün sterilizasiya əməliyyatları həyata keçirirmiş. Təyyarənin Qvatemalaya məxsus olduğu və sərhəddəki əməliyyatlar zamanı qəzaya uğradığı bildirilib.

Qəzanın səbəbləri ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, hadisə ilə bağlı araşdırmalara başlanıldığı qeyd edilib. Qəzaya təyyarədəki texniki nasazlığın, yoxsa hava şəraiti ilə bağlı faktorun səbəb olduğu araşdırılır.