Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
18:11 | 7 iyun 2025 | Şənbə
Məqaləyə 243 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
“Levada” Analitik Mərkəzi 22-28 may tarixlərində 1613 yetkin rusiyalının iştirakı ilə sorğu keçirib. Mayın sonunda keçirilən sorğunun nəticələrinə görə, Rusiya vətəndaşlarının əksəriyyəti artıq ABŞ-ı öz ölkələrinin “ən böyük düşməni” kimi görmür. ABŞ bu reytinqdə 4-cü yerə enib, Avropa ölkəsi isə birinci yerdə qərarlaşıb.
“Moskva Tayms” xəbər saytının məlumatına görə, Levada Mərkəzinin keçirdiyi sorğunun nəticələri iki gün əvvəl ictimaiyyətə açıqlanıb. 2024-cü illə müqayisədə ABŞ-ı Rusiyaya düşmən ölkə kimi görənlərin faizi demək olar ki, iki dəfə azalıb. Yəni bu rəqəm keçən il yüzdə 76 idisə, bu il bu nisbət yüzdə 40-a düşüb.
Donald Trampın yenidən ABŞ prezidenti seçilməsinin iki ölkə arasında diplomatik gərginliyin azalacağına dair ümidlər gətirdiyini müşahidə edən xəbərdə ABŞ-ın bununla da son 13 ildə ilk dəfə “əsas düşmən” siyahısında birinci yerdən dördüncü yerə endiyi bildirilir.
Sorğunun nəticələrinə görə, iştirakçıların 55 faizi Almaniyanı, 49 faizi İngiltərəni, 43 faizi isə Ukraynanı ən böyük düşmən ölkə seçib.
***
Digər tərəfdən, sorğu iştirakçılarına Rusiyanın “ən yaxın dostları və müttəfiqlərinin” kim olduğu da soruşulub. Bu siyahıda 80 faizlə Belarus birinci yerdədir. Onu 64 faizlə Çin, 36 faizlə Qazaxıstan, 32 faizlə Hindistan, 30 faizlə Şimali Koreya izləyib.
Bu sualda İranı seçənlərin faizi 2024-cü ildəki 22 faizdən bu il 11 faizə düşüb.