Avropada nikahlar nəzarətə alınır
Qanunsuz miqrantlarla evlilik mübahisələri böyüyür
16:09 | 8 iyul 2025 | Çərşənbə axşamı
Məqaləyə 286 dəfə baxılıb
Şriftin ölçüsü
Qanunsuz miqrantlarla evlilik mübahisələri böyüyür
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Çin ixracatı Süni intellekt tələbi ilə sürətlə artır
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Pekin boğazın açılmasını istəsə də, qarşılıqlı güzəşt tələb edir
Pekin “Böyük İpək Yolu”nun Mərkəzi Asiyadan keçən hissəsinə tam nəzarət etmək istəyir
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
Pekinin süni adalar işini sürətləndirməsi Tokionu hərəkətə keçirdi
Çinin xarici işlər naziri Van İnin Avropa ölkələrinə səfəri davam edərkən Fransa-Çin münasibətlərində gərginlik yaşanıb. “The Associated Press” agentliyinin məlumatına görə, müxtəlif ölkələrdə çalışan çinli diplomatlar Fransanın istehsalı olan “Rafale” qırıcı təyyarələrinin nüfuzuna zərbə vurmaq üçün təbliğat aparıblar.
Məsələ burasındadır ki, Hindistanla Pakistan arasında may ayında baş verən qısa müddətli müharibə zamanı bir neçə Fransa təyyarəsinin vurulduğu xəbəri yayılmışdı. Pakistan tərəfi Hindistana məxsus 5 “Rafale” təyyarəsinin vurulduğunu bildirmişdi. Hindistan itkilərini etiraf etsə də, nə qədər təyyarə itirdiyini açıqlamamışdı. Fransada Hindistan-Pakistan qarşıdurmasında “Rafale” təyyarələri ilə yanaşı Rusiyanın “Su-30” təyyarəsinin də vurulduğunu bildirmişdi. Paris bununla demək istəyib ki, Rusiyanın hərbi təyyarələri də sınaqdan çıxmayıb. Bu yanaşma isə Kremlin xoşuna gəlməyib. Odur ki, “Rafale” təyyarələrinin gözdən salınması təbliğatında Çinin gizli dəstəkçisi Rusiyadır. Ancaq strateji tərəfdaş sayılan Rusiya ilə Çin arasında da gizli rəqabət var.
Pekin Fransanın hərbi təyyarəsinin potensial alıcılarını fikirlərindən daşındırmağa çalışıb. Bu sırada İndoneziyanın adı çəkilib. Pekin İndoneziyanın Çin istehsalı olan hərbi təyyarələrə üstünlük verməsini istəyib. Qərb analitklərinin fikrincə, Çin hərbi texnika satışı sahəsində Fransanın Asiyada mövqelərinin zəifləməsinə və öz mövqelərinin isə gücləndirilməsinə çalışır.
Fransa üçün “Rafale” təyyarələrinin satışı strateji əhəmiyyət daşıyır. Fransa bu yolla təyyarəsini satdığı ölkələrlə strateji münasibətlər qurmağa çalışır. Bu Çinin maraqlarına ziddir. Çünki, hərbi texnika istehsalını ildən-ilə genişləndirən Çin Fransanı Asiya bazarında sıxışdırmaq istəyir. Paris isə hesab edir ki, bu rəqabət ədalətsizdir. Çünki, Fransa rəsmilərinin fikrincə, çinli diplomatlar “Rafale” haqqında daha çox həqiqətə uyğun olmayan xəbərlər yayırlar. Öz növbəsində Çin Xarici İşlər Nazirliyi Parisin iradlarını rədd edib.
Bu arada, İranın Çin hərbi təyyarələrinə maraq göstərdiyi xəbəri yayılıb. Halbuki, Tehran İsrail və ABŞ-la toqquşmaya qədər Rusiyanın hərbi təyyarələri ilə maraqlanırdı. Ancaq iranlı generalların mövqeyi dəyişib. İranın Rusiyanın deyil Çin hərbi təyyarələrinə üstünlük verməsi Moskva ilə Pekin arasında da rəqabətin genişlənməsinə səbəb olacaq.