Şərif ABŞ-İran danışıqları üçün bölgəyə gedir
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
08:42 | 19 iyul 2025 | Şənbə
Məqaləyə 2259 dəfə baxılıb
Şriftin ölçüsü
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
“Danışıqlar hərbi bazada keçirilə bilər”
“İndiyə qədər görünməmiş miqyasda cavab veriləcək”
Hörmüz boğazı – dünya iqtisadiyyatının “qida borusu”
İranın ali lideri Trampla necə razılaşdı
Dünən gecə saatlarında tarixi siyasi mesajlaşma trafiki yaşanıb
ABŞ prezidenti İrana verilən vaxtın bitməsinə 1 saat qalmış müjdəni verdi
Şahbaz Şərif Trampdan müddəti uzatmasını, İrandan isə Hörmüzü açmasını istədi
Vaşinqton vasitəçi təşəbbüsünü qulaqardına vurur
Pakistan Vaşinqton–Tehran danışıqlarında vasitəçi rolunu gücləndirdi
Ankara–İslamabad xətti...
25 milyard dollarlıq hərbi tədarük planı təsdiqləndi
Bu nəqliyyat layihəsi yenidən müzakirə predmetidir
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Pakistan: “Şərtlərimiz qəbul edilərsə, Əfqanıstan rəhbərliyi ilə danışıqlara hazırıq”
Tramp yenə özünü qabağa verəcəkmi?
ABŞ, Hindistanın nəzarətindəki Cammu və Kəşmirdə törədilən son terror aktının ardınca Pakistan mərkəzli “Ləşkər-e-Tayyibə” (LeT) təşkilatının qolu hesab edilən “Müqavimət Cəbhəsi”ni (TRF) xarici terror təşkilatı elan edib.
ABŞ Dövlət katibi Marko Rubio dünən verdiyi açıqlamada bu qərarın, Prezident Donald Trampın “Pahalqam hücumuna görə ədalət çağırışının bir hissəsi” olduğunu bildirib.
Rubio, 2019-cu ildə qurulan TRF-ni LeT-nin “əlaltısı” adlandıraraq onun regionda qeyri-sabitliyi dərinləşdirdiyini vurğulayıb.
Hindistan məmnun, Pakistan etiraz edir
Hindistanın xarici işlər naziri Subrahmanyam Ceyşankar qərarı alqışlayaraq bu addımın “ABŞ ilə Hindistan arasında terrora qarşı mübarizədə əməkdaşlığın göstəricisi” olduğunu deyib.
Pakistan isə ölkədə LeT-yə aid bütün strukturların “çökdürüldüyünü” bəyan edib və TRF ilə LeT arasında hər hansı əlaqənin olmadığını bildirib. İslamabad rəhbərliyi əlavə edib ki, “bütün növ terror aktlarını qınayırlar”.
TRF Pahalqamdakı hücuma görə məsuliyyəti əvvəlcə üzərinə götürdü
22 aprel tarixində Hindistanın nəzarətində olan Kəşmirin Pahalqam bölgəsində törədilən hücum nəticəsində 26 turist həlak olmuşdu. Hadisədən dərhal sonra məsuliyyəti üzərinə götürən TRF, bölgədə “demoqrafik dəyişikliklərə qarşı çıxdığını” açıqlamışdı. Lakin daha sonra təşkilat bu bəyanatını geri çəkmişdi.
Hindistan isə baş verən hücumun arxasında Pakistanın durduğunu və TRF-nin LeT ilə “birbaşa əlaqəli” olduğunu iddia etmişdi.
ABŞ-ın addımı nə anlama gəlir?
Amerikanın nüfuzlu “Foreign Policy” dərgisinin yazarı Maykl Kuqelmanın fikrincə, TRF-nin terror təşkilatı kimi tanınması Vaşinqtonun Yeni Dehliyə siyasi dəstəyi kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, bu addım ABŞ-Hindistan münasibətlərinin güclənməsinə zəmin yarada bilər.
Qeyd edək ki, Hindistan-Pakistan münasibətləri bu ay yenidən gərginləşib. 6 may tarixində Hindistanın Pakistan ərazisindəki Azad Kəşmir bölgəsinə raket zərbəsi endirməsi bölgədə toqquşmaların alovlanmasına səbəb olub. Ancaq 10 mayda ABŞ prezidenti Donald Tramp hərbi toqquşmaların dayandığını və bunun ABŞ vasitəçiliyi ilə əldə edilən atəşkəs nəticəsində mümkün olduğunu bəyan edib.