
“Ölüm-qalım məsələsidir”
Sandu: “Bizi Avropa Birliyinə qarşı hibrid hücumlar üçün platformaya çevirmək istəyirlər”
Sandu: “Bizi Avropa Birliyinə qarşı hibrid hücumlar üçün platformaya çevirmək istəyirlər”
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
Putinin bizə qarşı qisasçı, xain davranışları nə vaxta qədər davam edə bilər?
“Dünyada savaş qaydaları çökür”
Diplomatik gərginlik artır
Xaç çəkib, silah götürənlər rus sayılacaq?
Soyuq Müharibənin gizli silahı şifrəli rəqəmlər və kodlardan ibarət mesaj yayıb
Avropa Komissiyası adaya maliyyə dəstəyini ikiqat artırdı
Azərbaycan ilə Çin universitetləri arasında ilk ikili diplom proqramının icrasına başlanılıb
Rusiyadan gizli nüvə sualtı gəmisi əməliyyatı
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
“Bir ölkənin apardığı ticarət müharibələri dünya iqtisadiyyatının tarazlığını pozur”
"Hər il 560 mindən çox insan sanksiyalar səbəbindən həyatını itirir"
Tramp Rusiyaya yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu deyib
Lavrov: “Rusiya ilə ABŞ arasında əməkdaşlıq imkanları var”
Çinin Rusiya ilə sərhəddə yerləşən Mançjouli (Manzhouli) şəhəri, iki ölkə arasında getdikcə dərinləşən iqtisadi əlaqələrin əsas tranzit nöqtəsinə çevrilib.
Vaxt.az xəbər verir ki, “The New York Times” qəzetinin araşdırmasına görə, Çinin Daxili Monqolustan bölgəsində yerləşən Mançjouli, Rusiyadan gətirilən taxta, raps toxumu və kömür kimi məhsulların qəbul mərkəzinə çevrilib. Əvəzində Çin avtomobil, elektronika və tekstil məhsullarını buradan Rusiyaya ixrac edir.
2024-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 240 milyard dolları keçib. Bu, 2022-ci illə müqayisədə 66 faiz artım deməkdir.
Ancaq artan ticarət əlaqələrinə baxmayaraq, Moskva ilə Pekin arasında müəyyən gərginliklər də müşahidə olunur. Rusiya, Çinə işlənməmiş şam ağacı ixracını qadağan edib. Eyni zamanda, Pekin 2024-cü ilin əvvəlində Rusiya kömürünə gömrük rüsumu tətbiq edib. Bu qərarın arxasında, Çində dövlətə məxsus kömür şirkətlərinin Rus firmaları ilə rəqabətdən narahatlığı dayanır.
Avtomobil bazarında da qarşılıqlı narazılıqlar yaşanır. Ötən il Rusiyada satılan avtomobillərin 60 faizi Çin mənşəli olub. Bu səbəbdən Moskva Çin istehsalı avtomobillərə təxminən 7500 dollar həcmində idxal vergisi tətbiq edib. Lakin bu vergi fərdi alışlara və ikinci əl bazara şamil edilmir.
Bu boşluqdan istifadə edən Çinli sahibkarlar, Rus sərhədinə yaxın ərazilərdə lüks ikinci əl avtomobil salonları açıblar. “BMW”, “Land Rover”, “Volkswagen” kimi markalarla yanaşı, “Zeekr” və “Hongqi” kimi yerli Çin markaları da satılır.
Eyni zamanda, Pekin ilə Brüssel arasındakı münasibətlərə bu yaxınlıq öz təsirini göstərməkdədir. Çin liderləri Şi Cinpin və Li Çianq, Avropa Birliyi rəhbərləri ilə Pekində keçirilən 25-ci AB–Çin sammitində görüşüblər. Görüşdə AB tərəfi Çindən Rusiyanın müdafiə sənayesinə maliyyə dəstəyi göstərməməsini və Ukrayna müharibəsinin dayandırılması üçün nüfuzundan istifadə etməsini tələb edib.
***
Sərhəd şəhərləri bəzən daha çox danışar, nəinki paytaxtlar. Mançjouli – əslində Pekinlə Moskva arasında yeni formalaşan iqtisadi-texnoloji “ox”un mərkəzi deyil, təbəssüm altında gizlənmiş bir gərginliyin vitrinidir.
Kağız üzərində hər şey sabit görünür: 240 milyard dollarlıq ticarət, qarşılıqlı enerji və texnologiya axını. Ancaq bu mübadilənin içində bir asılılıq düzəni də var. Rusiya getdikcə daha çox xammal tədarükçüsünə, Çin isə emalçı və bazar sahibi mövqeyinə keçir. Mançjouli bu asılılığın ən simvolik nöqtəsinə çevrilib.
Əgər SSRİ dövründə Sibir və Uzaq Şərq Pekin üçün ideoloji təhdid idisə, bu gün Sibir Çin üçün təbii resurs anbarıdır.
Ticarətdəki qarşılıqlı sanksiyalar və tariflər isə iki ölkə arasında “sabitliklə maskalanmış rəqabət”in olduğunu göstərir. Moskva şam ağacını qadağan edir, Pekin isə kömürə vergi qoyur. Niyə? Çünki birlik yalnız o vaxta qədər davam edir ki, bazar payı təhlükə altına düşmür.
Avtomobil bazarı isə bu dinamikanın ən açıq göstəricisidir: Çin maşınları Rus bazarını zəbt edir, Kreml isə yeni vergi manevrləri ilə bu axını məhdudlaşdırmağa çalışır. Amma bu vergi yalnız “rəsmiləri” əhatə edir. Sərhəd boyu ikinci əl avtomobil salonları bir növ paralel iqtisadiyyat kimi fəaliyyət göstərir.
Bu vəziyyət Qərbi də narahat edir. AB üçün bu yaxınlaşma – xüsusilə Çin texnologiyalarının və maliyyəsinin Rusiya müdafiə sənayesinə dolayısıyla dəstək verməsi – sanksiyaları səmərəsiz hala gətirə bilər. Çin isə hər zaman olduğu kimi ikili oyun oynayır: Qərblə danışıqlar aparır, eyni anda isə Rusiya ilə strateji əlaqələri genişləndirir.
Mançjouli – təkcə bir şəhər deyil. O, Çin-Rusiya münasibətlərinin mikrokosmosudur. Və bu münasibətlər, bəlkə də gələcək Avrasiya düzəninin konturlarını cızır.