
Strateji münasibətlərə töhfə
Son 5 ildə iki ölkə arasında ticarət dövriyyəsi 50 faiz artıb
Son 5 ildə iki ölkə arasında ticarət dövriyyəsi 50 faiz artıb
... Yaxud von der Leyen nə Musa peyğəmbərdir, nə də sehrli əsası var
Terror baş tutsaydı, Azərbaycan-İsrail və Azərbaycan-Gürcüstan münasibətlərinə zərbə dəyəcəkdi
ABŞ ortağın qovulub yerinə sanksiyaya məruz qalan Çin şirkətinin gətirilməsi son damla oldu
Görəsən, ağbirçək Zurabişvili nə işlə məşğuldur?
Ukrayna xalqı ayaqda qalmağı, Kremldən asılı olmamağı haqq edir
Çoxqütblü dünya bərqərar olarsa, Cənubi Qafqazda mühüm və təsirli qüvvəyə çevrilər
Tramp dövründə ABŞ regiondan nə istəyə və nəyə ehtiyac duya bilər?
Gürcüstan-Rusiya yaxınlaşması Qərbi narahat edir
Gürcüstan-Rusiya yaxınlaşması Qərbi narahat edir
Gənc müxalifət qüvvələrinə əlavə maliyyə dəstəyi verilir
Kobaxidze: “İstər “demokratlar” olsun, istərsə də “respublikaçılar ...”
Gürcüstanda müxalifət “Xarici təsirin şəffaflığı” qanununun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edib
GMİ şeyxi nələri etiraf etdi?
İranın Qafqazdakı casus şəbəkəsi boğulur
... Yaxud Gürcüstanın narahatlığı yersizdir
Gürcüstan və Azərbaycan hökumətləri əməkdaşlıq şəratində Marneulidə azərbaycanlı namizədi uduzdurdular. İlk turda 48 faiz səs almış müxalifət namizədi Əhməd İmamquliyev necə oldusa, qısa müddətdə 21 faizlik reytinq itkisinə məruz qalaraq 27 faizə düşdü, onun namizədi Tamaz Naveriani isə azərbaycanlıların çoxluqda olduğu rayonda birdən-birə ümumxalq sevgisi qazanaraq 72 faiz səs topladı.
Seçki ərəfəsində Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn və Azərbaycanın Standartlaşdırma, Metrologiya, Patent üzrə Dövlət Komitəsinin sədri, əslən Marneulidən olan Ramiz Həsənovun rayona gedərək T.Naverianiyə açıq dəstək nümayiş etdirmələri biabırçı haldır. Əvvəla, bu, qonşu ölkənin daxili işlərinə qarışmaqdır, ikincisi də, bu fakt Borçalı əhalisinin şüurlu və ləyaqətli hissəsinin Azərbaycan sevgisinə zərər vurur (Səsini 20-30 lariyə satan şüursuz və ləyaqətsizlər sürüsü də var).
Gürcüstandakı seçkilərə dair ümumi dəyərləndirməyə gəldikdə isə, təəssüf ki, bu seçkilər hakimiyyət dəyişikliyinin baş verdiyi 2012-ci il seçkiləri ilə müqayisədə geriyə doğru addım oldu. "Gürcü Arzusu"nun parlamentdə Konstitusion çoxluq (2/3) əldə etməsi, 73 majoritar dairənin 72-də qələbə qazanması heç də demokratiyanın təntənəsi deyil, burada adminresursun rolu var. Lakin bununla yanaşı, "Gürcü Arzusu"nun birinciliyi heç kimdə şübhə doğurmur. Bunu şərtləndirən daxili amil odur ki, bu partiya cəmi 4 ildir iqtidardadır və xalq arasında nüfuzunu hələ itirməyib. Xarici faktorlar da partiyanın lehinə işləyir.
Qərb şimal ayısının aqressivliyinin maksimuma çatdığı hazırkı mərhələdə Putinin şəxsi düşməni Saakaşvilinin iqtidara qayıtmasını istəmir və hay-küysüz, ehtiyatlı avroatlantik inteqrasiya siyasəti aparan «Gürcü Arzusu»nun hakimiyyətdə qalması onlar üçün ideal variantdır. Rusiya üçünsə «Gürcü Arzusu» iki pisdən daha az pis olandır. Moskvanın başqa variantı yoxdur, çünki Gürcüstanda Rusiyayönümlü siyasi qüvvələrin nüfuzu minimaldır və «Gürcü Arzusu»nun yeganə alternativi Vahid Milli Hərəkat olaraq qalır.
Gürcüstan siyasətində azərbaycanlı amilinə qayıdaraq qeyd etmək istərdim ki, bu seçkilər soydaşlarımızın fəallıq göstərdiyi və öz iradəsini ortaya qoyduğu ilk seçkidir. Çox ümidvericidir ki, gürcü dilini öyrənən, bu dildə təhsil alan yeni bir azərbaycanlı nəsil yetişir və onlar artıq Əhməd İmamquliyev, Samira Ismailova kimi liderlər də ortaya çıxarıblar. Bu şəxslər qanunsuzluq nəticəsində mandat əldə edə bilmədilər, əvəzində isə ümumgürcüstan miqyaslı siyasətçi vəsiqəsi qazandılar. Əvvəllər Gürcüstanın siyasi partiyaları sırf monoetnik mənzərə yaranmaması, ölkənin etnik mozaikasının əks etdirilməsi naminə, eləcə də azərbaycanlılara «sizdən də adam cəlb edirik» deyə bilmək üçün 1-2 azərbaycanlını namizəd göstərib, seçdirirdilər. Yeni nəsil azərbaycanlı siyasətçilər isə sübut etdilər ki, onlar etnik dekor deyillər və ölkə miqyaslı siyasi fiqur kimi Gürcüstanın istənilən yerində rahatlıqla siyasi kampaniya apara bilərlər.