
AMB qərarını dəyişmədi
Proqnozlar hədəfə yaxın olub
Proqnozlar hədəfə yaxın olub
Kibercinayətkarlıq statistikası niyə dayandırıldı?
AMB rəhbərindən FED xəbərdarlığı
Münhendə bank işçisi qondarma cinayətlə yarım milyon avro oğurladı
Avro Bölgəsi üzrə inflyasiya gözləntilərin altında qalıb
AMB rəsmisi: “Sistemə etimad inflyasiya gözləntilərini də möhkəmləndirir”
Yüksək vəzifəli bankirlərin işə qəbulu sürətlənib
Laqard: “Avro bölgəsi potensialına geri dönür”
AMB rəsmisi: “AMB yeni pul siyasəti mərhələsinə daxil olub”
Azərbaycanda da kriptovalyutalardan istifadə ediləcək?
Bazarlar şar kimi şişir – partlayış yaxın ola bilərmi?
10 ildən sonra ...
İlin ikinci yarısı hərəkətli olacaq
“AMB faiz dərəcələrini daha da aşağı salmağa tələsmir”
Avropa Mərkəzi Bankı avronun sürətlə bahalaşmasından narahatdır
FED sədri: “Tariflərin inflyasiyaya təsiri bu yay görünəcək”
Mərkəzi Bankın rəsmi məlumatına görə, problemli kreditlərin həcmi 1 milyard 597 milyon manata çatıb. 2016-cı ilə başlayanda bu göstərici 1 milyard 314 milyon manat idi. Deməli, bu ilin ötən ayları ərzində problemli kreditlərin həcmi rəsmi statistikada 283 milyon manat artıb.
Problemi kreditlərin ümumi kredit portfelində payı artıq 10 faizə yaxınlaşır. Bu isə o deməkdir ki, hər təqdim edilən 100 manatlıq kreditin 10 manatı geri qayıtmır. Bu isə bank sektoru üçün kifayət qədər ciddi rəqəmdir. Qeyd edim ki, sözügedən dövrdə, ümumi kredit portfelini həcmi 16 milyard 785 milyon manat olub. Amma problem heç də və yalnız problemi kreditlərin həcminin artımında deyil. Məsələ ondadır ki, bu ilin əvvəlində Mərkəzi Bankın 5 min dollaradək götürülmüş kreditlərə kompensasiya verməsi üçün cəmi 250 milyon manat tələb edilirdi. Mərkəzi Bank kompensasiya vermədi amma banklar 250 milyon manatdan daha çox itirdilər.
Monitorinqlər göstərir ki, yubanmalara əsasən istehlak kreditləri, yəni kompensasiya təklif edilən kredit xətləri üzrə qeydə alınır. Digər tərəfdən, monitorinqlər göstərir ki, problemli kreditlər «ümidsiz kreditlər» kimi geri qaytarılması, demək olar, mümkün olmayan kreditlərdir. Güman olunur ki, məhz məzənnə fərqinə görə növbəti dövrdə problemli kreditlərin həcmində daha çox artımlar müşahidə ediləcək. Deməli, kompensasiya verməməklə «maliyyə intizamını» qorumağa çalışdığını bəyan edən Mərkəzi Bank əslində problemli kreditlərin həcminin artmasına şərait yaratmaqla bank sektorunda bu «intizamı» pozmuş oldu.