Paşinyan – Qaregin davası
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
11:31 | 2 mart 2017 | Cümə axşamı
Məqaləyə 2311 dəfə baxılıb
Şriftin ölçüsü
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Erməni milyarderin növbəti şousu və hiyləgər planı
Ermənistan baş naziri 3 ölkə ilə diplomatik münasibətlərə can atır
Bu gün öz heç kimə lazım deyil
Ermənistan baş naziri dövlətinin 200 illik doktrinasından imtina edə biləcəkmi?
... Yaxud Vaşinqton görüşü və Azərbaycanın sülh gündəmi
Paşinyandan kilsəyə islahat təşəbbüsü
Vardanyanı hətta Tramp da xilas edə bilməz...
... suyu bulandırmağa çalışmasın
Bakı və İrəvan barışa yaxınlaşaraq Moskvanı Cənubi Qafqazdan uzaqlaşdırır
Rusiya Cənubi Qafqazdan sıxışdırılır
Birbaşa aparılan danışıqlarda irəliləyiş əldə olunub
Azərbaycan-Ermənistan arasında ən kritik görüş başladı
Sülh müqaviləsi imzalanacaqmı?
Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca siyasi dairələr arasında mübarizə gərginləşir. Erməni Milli Konqresi seçiciləri səslərini satmamağa çağırıb. Bu da parlamentin iclasında davaya səbəb olub.
«Yelk» blokunun üzvü Nikol Paşinyan Ermənistanda apreldə keçiriləcək parlament seçkilərinin indidən saxtalaşdırıldığını bildirib. O deyib ki, polisə sorğu göndərilib və yanvarın 1-dən fevralın 1-dək 7 mindən çox vətəndaşın öz qeydiyyat yerini dəyişdiyi məlum olub. Onlar hakimiyyətin istədiyi seçki dairələrində qeydiyyata salınırlar.
Hakim Respublika Partiyasının deputatı Xosrov Arutyunyan isə N.Poşinyanı tənqid edib və onları təxribatda gühanlandırıb. Beləliklə, ara qarışıb və deputatlar bir-birlərini təhqir ediblər.
2008-ci ilin 1 mart hadisələrinin müzakirəsi də parlamentin gündəliyindən çıxarılıb. Bu da müxalif partiyaların etirazı ilə qarşılanıb.
Ermənistan Milli Konqresi qərargahının bununla bağlı yaydığı bəyanatda bildirilir ki, 2008-ci ilin 1 mart iğtişaşları hələ də doğru-düzgün araşdırılmayıb. Həmin vaxt fevralın 19-da prezident seçkilərinin saxtalaşdırılmasına fasiləsiz olaraq on gün etiraz edən nümayişçilərlə hökumət qüvvələri arasında qarşıdurmada 10 nəfər öldürülüb, yüzlərlə insan yaralanıb. Bundan sonra ölkədə iyirmi günlük fövqəladə vəziyyət elan edilib. Hakimiyyətə loyal olmayan KİV-lərin fəaliyyəti dayandırılıb. Seçki marafonunun əsas favoriti olan müxalifət namizədi Levon Ter-Petrosyan 2008-ci il seçkilərinin nəticələrini indiyədək tanımayıb. Onun təşkilatçılığı ilə paytaxtda 21 gün fasiləsiz etiraz aksiyaları keçirilib. Bəyanatda deyilir ki, qanlı 1 mart Ermənistanın tarixində rüsvayçı hadisədir. Eyni zamanda, oktyabrın 27-də parlamentə hücumdan sonra erməninin ermənini gülləbaran elədiyi ikinci böyük hadisədir. Xalqın qanını tökərək hakimiyyətə gələn Serj Sarkisyan rejimi bu illər ərzində Ermənistanı ancaq uçuruma aparıb. Əhali səfalət içindədir. Ölkə iqtisadiyyatı isə tamamilə iflasa uğrayıb. Ermənistan regionda təcrid vəziyyətinə düşüb.