Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
15:33 | 7 aprel 2017 | Cümə
Məqaləyə 2591 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
07.04.17 - Donald Tramp bütün təxminləri aly-üst etdi...
1. Bəşər Əsədə
Şam despotu son vaxtlar ciddi şəkildə arxayınlaşmışdı və cəzasız qalacağına əmin görünürdü. Artıq yatağında rahat ola bilməyəcək. Trampın strategiyasızlığı və ölkədaxili mərkəzlərin təsiri ilə asanlıqla ABŞ-ın ənənəvi ritorikasına və siyasətinə dönə biləcəyini göstərməsi Əsəd üçün ciddi təhlükələr ehtiva edir.
2. ABŞ-Rusiya əməkdaşlığına
İki ölkə arasında əməkdaşlığın «beynəlxalq terrorizmə qarşı mübarizə» kimi ABŞ-dakı ən qatı antirusiya mövqeli senatorun belə etiraz etməyəcəyi ülvi məqsədlə başlayacağı gözlənilirdi. Olmadı. (Ən azı, bu mərhələdə.) Rusiya Suriyada uçuşların təhlükəsizliyinə dair ABŞ-la imzaladığı Memorandumdan çıxdı, Vaşinqtona qarşı Trampın qələbəsindən bəri ilk dəfə olaraq sərt ittihamlar irəli sürməyə başladı. Kreml və Duma dəhlizlərində Trampa bəslənən ümidlər alt-üst oldu.
3. Rusiyaya və şəxsən Putinin xarizmasına
Rusiya C-300 və C-400 kompleksləri ilə Suriyanın hava məkanını tam qapatdığını elan etmişdi. «Bizdən xəbərsiz göydə uçanı, yerdə qaçanı vurarıq, buralar bizdən sorulur» havasında idi. Olmadı. ABŞ əməliyyatdan əvvəl Rusiyanı siyasi səviyyədə məlumatlandırmağa ehtiyac duymadan sadəcə, Qatardakı bazasından Rusiyanın Suriyadakı «Hmeymim» bazasına ötürdüyü texniki bilgiləndirmə ilə kifayətləndi. C-300 (400) çalışmadı, çalışdırılmadı.
4. Suriya məsələsinin həlli üzrə Rusiya-İran-Türkiyə üçlü tərəfdaşlıq mexanizminə
ABŞ-ın hücumlarını dəstəkləyən və daha sərt addımlar tələb edən Türkiyənin bu 2 ölkə ilə taktiki bərabərliyinin sona yetmə ehtimalı böyükdür. Onsuz da Moskva ilə Ankara arasında kifayət qədər problem var idi. Rusiyanın hələ də Türkiyəyə yeni səfir təyin etməməsi, qarşılıqlı ticarət embarqoları bunu göstərir. Türkiyə-İran münasibətləri də isti deyil və son vaxtlar İraq-Suriya məsələləri ilə əlaqədar Ankaranın Tehrana yönələn tənqidləri artıb.
5. İrana
Növbəti zərbələrə qərar verilərsə, İrana bağlı qrupların, xüsusən İsrailin təhlükəsizliyi üçün əsas təhdid mənbəyi olan «Hizbullah»ın hədəf seçilməsi ehtimalı böyükdür. Əminliklə söyləmək olar ki, Tramp hökuməti Suriya böhranı fonunda İranın regionda, bilavasitə İsrail sərhədində öz dayaqlarını möhkəmləndirməsinə yol verməyəcək.