Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
12:57 | 17 dekabr 2018 | Bazar ertəsi
Məqaləyə 3394 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Bu gün Ukrayna və bütün slavyan dünyası, eləcə də Ukrayna-Rusiya münasibətləri üçün tarixi gün idi.
Moskva Patriarxlığından asılı olmayan vahid və avtokefal (müstəqil) Ukrayna Pravoslav Kilsəsi təsis edildi. Kiyev Pravoslav Ruhani Akademiyasının rektoru, professor, 39 yaşlı mitropolit Yepifaniy (Sergey Petroviç Dumenko) Birləşdirici Sobor (toplantı) tərəfindən Ukrayna Pravoslav Kilsəsinin rəhbəri seçildi. Beləliklə, 1686-cı ildən bəri davam edən Rus Pravoslav Kilsəsinə tabeçilik sona yetdi və Ukrayna dini müstəqilliyini əldə etdi.Bu, pravoslav xristianlığın daxilində baş verən lokal bir məsələ deyil, etno-mədəni, siyasi və geosiyasi tərəfləri daha ağırlıqda olan önəmli hadisədir. Ukraynanın və Kiyevin Rusiya üçün nə demək olduğunu az-çox bilirsiniz, ruslar üçün dövlətçilik tarixləri məhz Kiyev Rus Dövlətindən başlayır. Xristianlıq da knyaz Vladimir Svyatoslaviçin bu dini seçməsindən sonra şərqi slavyanlar, o cümlədən ruslar arasında məhz buradan yayılıb, elə buna görə də Rusiya tarixçiliyi Kiyev Rus Dövlətini ümumilikdə rus sivilizasiyasının beşiyi adlandırır. (Təbii ki, ukraynalılar bu nöqteyi-nəzəri rədd edir, Kiyevi və knyaz Vladimiri sahiblənir.) Bu baxımdan Ukraynanın gerçək siyasi müstəqilliyinin əsasını qoyan 2014-cü il fevral inqilabını obrazlı şəkildə “övlad” və “ana”nın ayrı-ayrılıqda yaşamağa başlaması, avtokefaliyanı isə bu doğmaların ruhən də bir-birindən qopması kimi qiymətləndirə bilərik. Çünki Ukrayna hələ də (15 dekabr 2018-ci il tarixinə qədər) Rus Pravoslav Kilsəsi – Moskva Patriarxlığının kanonik ərazisi (tabelik) sayılırdı. Putinin inqilabdan sonra geostrateji önəmi olan Krımı ilhaq etməklə kifayətlənməyib, Ukraynanın şərqində həm ukraynalılar, həm də rusiyalılarla ukraynalılar arasında qardaş qırğını salmaq kimi çirkin avantüraya əl atmasının təməl səbəbi budur. “Malorossiya”nın qopmasını həzm etmək “Moskoviya” üçün asan deyil.
Ukrayna məsələsinin pravoslavlığın iki mərkəzi – Konstantinopol və Moskva patriarxlıqları arasındakı ənənəvi mübahisə və rəqabətlə də əlaqəsi var. Bu rəqabət 1448-ci ildə mərkəzi Moskvada olmaqla, avtokefal rus kilsəsinin qurulması ilə başlayıb. Konstantinopol yalnız 140 il sonra rus kilsəsinin müstəqilliyi ilə barışıb. Bizansın tarix səhnəsindən silinməsi ilə pravoslavlığın ümumdünya patriarxlığı kimi Konstantinopolun da gücü zəifləyib və 1686-cı ildə patriarx Dionisi Kiyev Mitropoliyasını Rus Kilsəsinin idarəçiliyinə verib. (İddialara görə, rüşvət müqabilində.) İndi Konstantinopol tədricən öz gücünü bərpa etməyə çalışır və onun 30 milyonluq pravoslav Ukraynanı öz kanonik himayəsinə qaytarması bu istiqamətdə atılmış mühüm addımdır. 2019-cu il yanvarın 6-da İstanbulda keçiriləcək təntənəli mərasimdə Kiyev və Ukrayna mitropoliti Yepifaniyə “Tomos”un (fərman) təqdim edilməsi ilə bu proses tamamlanacaq.
Ukraynanın dini müstəqilliyinə və Konstantinopol Patriarxlığının güclənməsinə “Sem dayı” da dəstək verir: Dövlət Departamentinin din azadlığı üzrə xüsusi nümayəndəsi Sem Braunbek prosesin aktiv iştirakçısıdır. Bu diqqətin səbəbi odur ki, Kreml son illər Rus Pravoslav Kilsəsinin kanonik ərazilərində öz siyasi nüfuzunu bərpa etmək və genişləndirmək üçün din amilindən fəal istifadə edir. Bu ərazilər Qərbin də maraq dairəsinə daxil olan Balkanlar (Serbiya, Monteneqro, Makedoniya) və postsovet məkanıdır (Ukrayna, Gürcüstan, Moldova.) Həmin bölgələrdən Rusiyanı sıxışdırmaq üçün onun pravoslav dünyasındakı liderliyi də sarsıdılmalıdır və bu proses gedir.
Ukraynanın kilsə müstəqilliyinə qovuşması Pyotr Poroşenkonun prezidentliyinin ən uğurlu hadisəsidir. Bu uğurun 3 ay sonra keçiriləcək prezident seçkilərində ona nə dərəcədə kömək edəcəyini söyləmək hələlik çox çətindir. İndiki prezident sorğularda ən yaxşı halda 3-cü nəticə göstərir və bir az reytinqini artırmalıdır ki, 2-ci tura keçə bilsin. Hazırda Yuliya Timoşenkodan sonra 2-ci tur üçün ən şanslı namizəd şoumen Vladimir Zelenskidir. Maraqlıdır ki, Zelenski hələ susur və prezidentlik iddiası barədə heç bir açıqlama verməyib. Namizədliyini versə və yaxşı kampaniya aparsa, prezidentlik şansı realdır, çünki Ukrayna xalqı oliqarxik-korrupsion sistemin parçası olan köhnə siyasətçilərdən bezib.