
“2-yə 1 nisbətdə yeni partiya istəyirsiniz?”
Mask yeni Amerika Partiyasının yaradıldığını elan edir
Mask yeni Amerika Partiyasının yaradıldığını elan edir
Rusiya-Azərbaycan gərginliyi balansların hesablanmasında əhəmiyyətli yüksəlişi əks etdirir
Putinlə məyusedici görüşdən sonra ABŞ prezidenti Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməkdə razıdır
ABŞ mümkün hücumdan müdafiə olunmağa hazırlaşır
Çin ABŞ-a xəbərdarlıq etdi
Yeni partiya yaradırmı?
Meksika turist axınına etiraz edir
“Tikintidə işləyəcəyini düşünüb Rusiyaya gələn kubalılar müharibəyə göndərilir”
Kaliforniya Birləşmiş Ştatlardan ayrıla bilərmi?
İsrail aviasiyasi Tehranın hava məkanında necə at oynatdı?
Dünyanın hər bir nöqtəsində şəbəkəsi olan, düşmənlərinin kabusu – MOSSAD
... Yaxud Azərbaycanın “biz də qazyerişi yeritməyi bacarırıq” cavabı
Çıxış yolu imperial təkəbbürdən imtina edib bərabərhüquqlu dialoqa keçməkdir
“Çoxlu suallar var, amma cavab yoxdur”
Yaxud rusiyalı politoloqların gerçək siması...
“Nasist qanunu” ilə amerikalılar vətəndaşlıqdan məhrum ediləcək
Dünyada baş verən son hadisələrlə bağlı çoxlu maraqlı xəbərlər var. Bütün bunları qısa xəbər-şərh stilində paylaşıram:
- Rusiyaya qarşı sanksiya mövsümü açıldı. (Bu barədə yəqin ki, sonra ayrıca yazaram.) ABŞ hökuməti Skripal məsələsinə görə sanksiyaların 2-ci mərhələsini bu günlərdə tətbiq edəcək. Senatda Rusiyanın dünyadakı demokratik institutlara müdaxiləsi və Ukraynaya qarşı təxribatları ilə əlaqədar bu ölkənin bank, enerji sektorlarına, borc kağızlarına, sıxılmış maye qazına (LNG), Putinə yaxın şəxslərə sanksiyaların tətbiqinə dair yeni qanun layihəsi hazırlanıb. Layihənin həmmüəllifinin respublikaçıların ən nüfuzlu senatoru Lindsi Qrem (Lindsay Graham) olması onun qəbulu ehtimalını artırır. Elə buna görə, xəbər yayılan kimi, rubl dollar və avro qarşısında ucuzlaşdı. Bundan başqa, ABŞ və Avropa Birliyi ötən ilin noyabrında Kerç boğazında Rusiyanın Ukrayna gəmilərinə hücumu ilə əlaqədar əlavə sanksiyalar tətbiq etməyə hazırlaşır;
- Dövlət katibi Pompeo bu gün Polşada bildirib ki, Rusiyanın Ukrayna və Gürcüstana müdaxiləsi ABŞ-ın təhlükəsizliyi üçün də təhdid yaradır. Bu, ciddi bəyanatdır, çünki ilk dəfədir Ukrayna və Gürcüstanın məlum problemi yüksək vəzifəli amerikalı tərəfindən bu qədər net şəkildə ABŞ-ın öz təhlükəsizliyi ilə əlaqələndirilir. Bu, o deməkdir ki, Kiyev və Tiflis Vaşinqtonun daha güclü dəstəyinə ümid edə bilər. ABŞ-ın kiçik-orta mənzilli raketlərin ləğvi müqaviləsindən çıxması da Ukrayna və Gürcüstanın önəmini artırıb;
- Rusiyanın narkotiklərinin yaxalanması istiqamətində maraqlı əməliyyatlar davam edir. (Hansı çevrələrə aid ola biləcəyini təxmin etmək çətin deyil.) Mərakeşdən Rusiyaya göndərilən 1,5 ton həşiş Litvada ələ keçirilib. Bilirsiniz ki, bu ayın əvvəlində Atlantik okeanındakı ekzotik Yaşıl Burun adalarında (Kabo Verde) Rusiyaya aid gəmidə 9,5 ton kokain tapılıb. Ötən il Belçikada Rusiyaya gedən 2 ton, Argentinadakı Rusiya səfirliyində isə 400 kq kokain aşkarlanmışdı. Heç şübhəsiz, bu faktlara Ukrayna hadisələrindən sonra ABŞ (Qərb) - Rusiya münasibətlərində başlayan yeni mərhələ, bu çərçivədə gizli kəşfiyyat savaşları kontekstində yanaşmaq lazımdır;
- İranın Sistan-Bəlucistan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusunun əsgərlərini daşıyan avtobus partladılıb. Nəticədə əksəriyyəti hərbçilər olan 41 nəfər ölüb. Hind okeanı sahilində yerləşən strateji əhəmiyyətli Sistan-Bəlucistan İranın ən böyük ostanıdır, burada sünni bəluclar çoxluqdadır. Əyalət həm də aclıq, yoxsulluq, quraqlıq kimi problemlərdən əziyyət çəkir. Pakistan və Əfqanıstanla həmsərhəd olan bu ərazidə regionun müstəqilliyi uğrunda mübarizə aparan "Cundallah" və digər silahlı qruplar fəaliyyət göstərir, bu səbəblə İran hökuməti bölgədə böyük ordu saxlayır və büdcədən həmin hərbi kontingentə ayrılan pul əyalət üçün ayrılan vəsaitdən çoxdur;
- İranın ali dini lideri Xameneyi islam inqilabının 40-cı ildönümü münasibətilə gənclərə müraciət edib. Müraciətin ən vacib hissəsi "İnqilab öz səhvlərini düzəltməyə hazırdır" etirafıdır;
- ABŞ-da məşhur iş adamı, milyarder Maykl Blumberq növbəti seçkidə Trampı məğlub etmək üçün 500 milyon dollar ayırıb. Bu məbləğ seçkidə iştirak etməyə qərar verərsə, onun öz kampaniyasına, əks halda isə demokratların namizədinin qələbəsi üçün xərclənəcək;
- Roma papası Fransiskin Nikolas Maduroya göndərdiyi cavab məktubunun mətni məlum olub. (Maduro papadan xahiş etmişdi ki, onunla müxalifət arasında dialoq yaratsın və vasitəçilik etsin.) Papanın məktubu qəzəbli notlarla doludur. O, Maduro haqqında prezident ifadəsini işlətməyib, bildirib ki, Venesuela probleminin həlli istiqamətində əvvəlki təşəbbüsləri, eləcə də yerli yepiskopların cəhdləri nəticə verməyib, çünki hökumət lazımi addımları atmayıb. Papa yalnız öz şərtləri çərçivəsində dialoq təşkil etməyə razı ola biləcəyini vurğulayıb;
- İtaliya hökuməti Venesuela məsələsində Avropanın digər böyük dövlətlərindən fərqli mövqe tutmuşdu. Bu gün İtaliya parlamenti qətnamə qəbul edərək Maduronu prezident kimi tanımadığını, Venesuela parlamentinin yeganə legitim orqan olduğunu bəyan edib və dərhal demokratik seçkilərin keçirilməsinə çağırıb.