Vandal diktator
İndi növbəti mərhələ başlayır
Şahin CƏFƏRLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“ABŞ seçkiyə kölgə saldı”
Nikolas Maduro: “Vaşinqtonda əsəblər gərgindir”
-
Maduro niyə Ankaraya gəldi?
Türkiyənin hədəflərini necə “oxuyaq?”
-
Venesuela sahillərinə ordu çıxarıldı
ABŞ “narkoterrorçu” Maduroya qarşı irimiqyaslı hərbi əməliyyata başlayır
-
Maduroya alman “silləsi”
Diktatorun 20 ton qızılı müsadirə edildi
-
“Biz sizinləyik!”
ABŞ-dan Venesuela müxalifətinə dəstək
-
Quaido hərbçilərə müraciət etdi
Venesuelada növbəti dövlət çevrilişi yaxınlaşır
-
“Rosneft” Venesuelaya milyardlar yatırıbmış
İqor Seçin pulları xilas etməyi tapşırıb
-
Maduro küncə sıxısışdırıldı
Ölkədə cəmi 6 həftəlik yanacaq qaldı, Vahid Ələkbərovun şirkəti də əməliyyatları dayandırdı...
-
“Biz dilənçi deyilik”
Maduro humanitar yardımı rədd edir
-
Diktator ölkəsini blokadaya alıb
Maduronun “başkəsənləri” humanitar yardıma od vurdu, ABŞ ultimatum verdi
-
Maduro sərhədə nəzarəti itirdi
Hakimiyyətinin bir neçə yüksək vəzifəli şəxsi Türkiyəyə qaçdı
-
Ankaranın Maduro seçimi
Mənəvi borc, yoxsa qopacaq ipə odun yığmaq adəti
-
“Səddamı da bu yolla devirdilər”
Elxan Şahinoğlu: “MKİ Venesuelanın ordu generalları ilə danışıqlar aparır”
-
Yaponiya da Quaydonu prezident kimi tanıdı
Maduronun çevrəsi daralır
-
Putin Maduronun arxasından qaçır
Venesuela neft şirkətinin Rusiya bankındakı hesabları donduruldu
-
Getmək, yoxsa qalmaq …
Maduronun hakimiyyətdən əl çəkməsi üçün üç ssenari – hansı variant daha real və sərfəlidir?
Maduro dünən humanitar əməliyyatın qarşısını aldı. Kolumbiya və Braziliya istiqamətlərindən Venesuelaya daxil olan yük avtomobilləri bir qədər irəlilədikdən sonra onların qarşısı kəsildi və bəzilərinə od vuruldu.
Əslində açıq demək lazımdır ki, bu əməliyyatın əsas və yeganə məqsədi heç də xalqa yardım çatdırmaq deyildi. Bu, daha çox rejimi tamamilə çökdürməyə yönəlmiş, yaxşı düşünülmüş siyasi gediş idi - elə bir gediş ki, “El diktador”un istənilən reaksiyası onun öz əleyhinə çevriləcəkdi. Maduro ondan icazə alınmadan və məlumat verilmədən təşkil olunan yardımları içəri buraxsa, ölkədə real hakimiyyətin Quaydoya məxsus olduğunu tanımış və qəbul etmiş olacaqdı. Ona görə də ikinci yolu, zorakılığı seçməyə məcbur qaldı.
Dünən bizim vaxtla günortadan gecə saatlarına qədər sərhəddə karvanı qarşılamağa çıxmış on minlərlə insana güc tətbiq edildi, xüsusən aborigen xalq pemonlara qarşı vəhşiliklər törədildi, bir neçə nəfər öldü, çoxlu sayda adam yaralandı. Bu işdə “kollektivos” adlanan, rejimə bağlı paramilitar dəstələr xüsusi fəallıq göstərdi. Maşınlardan bəzilərinə od vuruldu, nəticədə gördüyünüz fotolar bütün dünyaya yayıldı və Maduronun “hakimiyyəti uzurpasiya etmiş diktator”la yanaşı, həm də “ac, xəstə insanlar üçün aparılan qida və dərmanları yandıran vandal” obrazı yaradıldı.
İndi növbəti mərhələ başlayır. Rejimə qarşı güc tətbiqi üçün legitim əsasların yaradılması yolunda ilk addım baş tutmuş oldu. Venesuela Konstitusiyasına əsasən parlamentin hüququ var ki, xaricdən hərbi yardım istəsin. Parlament ölkədə humanitar fəlakətin yaranmasını əsas tutaraq xarici hərbi yardım üçün dost ölkələrə (böyük ehtimalla Amerika Dövlətləri Təşkilatına) müraciət edə bilər. Bu dövlətlərin çoxmillətli koalisiya formalaşdıraraq Braziliya və Kolumbiyadan, eləcə də dənizdən intervensiyaya başlaması mümkündür. Rejimin bu cür koalisiyaya qarşı uzunmüddətli müqavimət imkanları yoxdur. Yəqin ki, iş bu yerə çatsa, böyük quru müharibəsinə ehtiyac qalmadan əvvəlcə raket-aviasiya zərbələri ilə Maduro ordusunun müqavimət gücü aradan qaldırılacaq (Yuqoslaviyada olduğu kimi), sonra Quaydonu tanımış qitə dövlətlərinin hərbi qüvvələri ölkəyə daxil olacaq.
Sabah Kolumbiyada ABŞ-ın vitse-prezidenti Mayk Pens və qitə dövlətləri liderlərinin (Lima qrupu) görüşündə bu məsələnin müzakirəsi istisna deyil.
P. S.: Dünən Venesuela Milli Qvardiyasının 60-dan çox əsgər və zabiti Kolumbiyaya sığındı. Zabitlər Quaydo ilə görüşüb, onu tanıdıqlarını bildirdilər.