vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BANK, BİRJA, SIĞORTA  
22:04 | 17 iyun 2017 | Şənbə Məqaləyə 2887 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bir gündə 318 milyon dollarlıq itki

ABŞ sanksiya tətbiq etdi, ən çox ziyan azərbaycanlı oliqarxa dəydi

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Senatının iki gün əvvəl iyunun 15-də Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək barədə layihəni təsdiqləməsi Kremlə yaxın rusiyalı oliqarxların bir günə cəmi 3 milyard dollar itirməsinə səbəb olub. Virtualaz.org xəbər verir ki, «Forbes» jurnalının rus versiyası hansı oliqarxın Senatın qərarından nə qədər itirdiyini hesablayıb.

Belə məlum olub ki, azərbaycanlı oliqarx, «Lukoil» şirkətinin prezidenti Vahid Ələkbərov sanksiyaların sərtləşdirilcəyi barədə xəbərdən bir günə 318 milyon dollar itirib. O, bu məsələdən ən çox ziyan çəkən oliqarxdır.

Senatda səsvermədən keçən layihə hələ qüvvəyə minməyib və Konqresin ümumi səsverməsindən keçməlidir. Buna baxmayaraq Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdiriləəyinə dair xəbər birjalarda Kremlə yaxın oliqarxların şirkətlərinin səhmlərinin kəskin ucuzlaşmasına səbəb olub. Nəticədə onlar «kasıblayıblar».

Yeni sanksiyalar paketinə əsasən, ABŞ-ın Maliyyə Nazirliyi, Mərkəzi Kəşfiyyat İdarəsi və Dövlət Departamenti Rusiyanın aparıcı oliqarxlarının və siyasi fiqurlarının barəsində müntəzəm hesabatlar hazırlamalı, onların cari maliyyə vəziyyətini qiymətləndirib real gəlir mənbələrini, prezident Putinlə əlaqələrini qiymətləndirməlidir. Əgər həmin oliqarxların gəlir mənbələri ilə bağlı hər hansı şübhələr meydana çıxsa onlar avtomatik olaraq ABŞ-ın sanksiyalarının təsiri altına düşəcəklər.

«Forbes» qeyd edir ki, oliqarxlar  Vladimir Lisin və Leonid Mixelson hərəyə 200 milyon dollardan çox itiriblər. Dağıstanlı milyarder Süleyman Kərimov  da təxminən bu qədər ziyana düşüb. Çünki  səhmləri Nyu York Fond Birjasında alınıb-satılan Rusiya şirkətlərinin hamısının səhmləri dəyər itirib.

Analitiklər hesab edir ki, investorlar riskli aktivlərdən qaçdıqları üçün yaxın perspektivdə rusiyalı oliqarxların öz kapitallarını yenidən artırması mümkün olmayacaq. Digər tərəfdən Rusiyaya qarşı sanksiyaların ləğvi, yaxud yumşaldılacağı barədə gözləntilər boşa çıxıb.

«Forbes» xatırladır ki, ötən il zəngin rusiyalılar üçün uğurlu olmuşdu. Onlar məcmu kapitalını 100 milyard dollar artıraraq 450 milyard dollara çatdıra bilmişdilər. Lakin bu il belə uğur gözləməyə dəyməz.