
Qaluzinin “mühüm işləri”
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
Rus nefti alan ölkələrə qarşı yeni tədbirlər görüləcək
Rusiya aktivlərinin müsadirə edilməsinə qarşı Kreml eyni cavab verəcək
Avropada iki yeniyetmə Rusiya üçün casusluq şübhəsi ilə həbs olundu
Türkiyənin Rusiya enerjisindən imtina etməsi ehtimalına Moskvadan cavab
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Beynəlxalq güclərin savaşı ölkədə qütbləşmə yaradıb
Kreml Moskva görüşü təklifini xatırlatdı
Gürcüstanı Rusiyanın təsiri altına salan hiyləgər rus "çar"ı, indi də Moldovanın üzərinə əl qoyur...
Rusiyadan Almaniyaya sərt ittiham
Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
Rəsmi Kiyev Kremlin “NEZ”iylə oynamayacaq
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Trampdan Avropaya çağırış
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiyada iki ildən artıqdır davam edən müharibədə cəbhəyə göndəriləcək insan qıtlığı yaşanarkən, Moskva meriyası döyüşə yeni gedənlərə 1,9 milyon rubl (təxminən 37.2 min manat) başlanğıc bonusu verəcəyini açıqladı.
Mer Sergey Sobyanin çərşənbə axşamı elan edib ki, bu ödəniş yalnız şəhərdə yaşayan və orduya gedən insanlara bir dəfə veriləcək. Həmin açıqlamada bu insanların birinci ilin sonunda qazana biləcəklərinin ümumi məbləğinin 5,2 milyon rubla (təxminən 100 min manatdan çox) çata biləcəyi də bildirilib.
Ukrayna müharibəsində yaralananlara 1000 manatdan 20 min manata qədər təzminat ödənildiyi halda, həlak olanların ailələrinə verilən məbləğ isə 62 min manata çata bilər.
Moskva 2022-ci ilin fevralında başladığı Ukraynaya işğalı zamanı ölən və yaralananların sayını gizlədir. Böyük Britaniya Müdafiə Nazirliyinin iyulun 12-də açıqladığı hesablamalara görə, təkcə may və iyun aylarında ölən və yaralananların sayı 70 mini keçib.
Kəşfiyyat agentliklərinin dekabr ayında ABŞ Konqresinə təqdim etdiyi hesabatda yer alan hesablamalara görə, Rusiya işğala başlamazdan əvvəl quru qoşunlarının 87 faizini və tanklarının üçdə ikisini itirib.
Vladimir Putinin imzaladığı və dekabr ayında Kremlin saytında dərc olunan fərmana əsasən Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı təxminən 2 milyon 210 min nəfər olaraq müəyyən edilib. Əsgərlərin sayı təxminən 170 min nəfər artırılaraq 1 milyon 320 minə çatıb.
Digər tərəfdən, Rusiya xaricdən də əsgər cəlb edir. Məlumdur ki, 15 mindən çox nepallı, eləcə də Əfqanıstan, Hindistan, Konqo, Misir kimi bir çox ölkədən əsgərlər toplanaraq Ukrayna cəbhəsinə göndərilib.
Müharibə səbəbiylə xaricdə yerləşən xeyli pulu müsadirə edilən Moskva qisas hazırlığına başlayıb.
Avropa Birliyinin (AB) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosef Borrell bazar ertəsi verdiyi açıqlamada Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən 1,4 milyard avronun avqust ayında Ukraynaya göndəriləcəyini bildirib.
Kremlin sözçüsü Dmitri Peskov dünən Moskvada jurnalistlərlə görüşdə iddia edib ki, sözügedən pul təkcə oğurlanmayıb, həm də silah almaq üçün “verilib”: “Daha pis bir şey təsəvvür etmək çətindir. Təbii ki, hər halda cavabımız olacaq. Belə oğruların əməllərini qisassız qoymaq olmaz”.
Borrelin açıqlaması ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaharova, “Biz dəfələrlə demişik ki, çox sərt reaksiya verəcəyik. Təbii ki, milli maraqlara uyğun hərəkət edəcəyik, lakin onlar bunu hiss edəcəklər və məncə, bundan xəbərdardırlar”.
***
AB Şurasının mayın 21-də verdiyi açıqlamada Rusiyanın dondurulmuş aktivlərindən qaynaqlanan fövqəladə gəlirləri üçün hazırlanan planın birliyə üzv dövlətlər tərəfindən qəbul edildiyi bildirilib.
Plana əsasən, Rusiya aktivlərindən əldə edilən gəlir Ukraynanın müdafiəsi və yenidən qurulmasının dəstəklənməsi üçün istifadə olunacaq.
Bu çərçivədə əldə edilən gəlirin 90 faizi Avropa Sülh Fondu vasitəsilə Ukraynanın müdafiə və hərbi dəstəyinə, 10 faizi isə ölkənin yenidən qurulması üçün müxtəlif proqramlara köçürüləcək.
Qərb ölkələri Rusiyaya məxsus təxminən 300 milyard dollarlıq aktivlərini dondurub.