
Tramp xəta adlandırdı
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Avropa Parlamentində Avropa Komissiyasına qarşı etimadsızlıq təşəbbüsü bu dəfə solçulardan gəldi
Ən uzunömürlülər qitənin qərb hissəsində yaşayır
Polşada həyəcan, uçuşlar dayandırıldı
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Ursula von der Leyenin çıxışı Avropa Parlamenti üzvləri tərəfindən birmənalı qarşılanmadı
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
Əgər Qərb addımlarını sərtləşdirməsə, ...
“Putinə təzyiq etmək üçün Hindistan və Çinə 100% gömrük vergisi tətbiq edin”
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
NATO insidenti hücum kimi dəyərləndirməyib, amma qəsdən törədildiyini düşünür
NATO torpaqlarında Rusiya PUA-ları krizi
Keçmiş mer: “Ən böyük səhvimiz diplomatiyanı yalnız amerikalılara buraxmaqdır”
Sandu: “Bizi Avropa Birliyinə qarşı hibrid hücumlar üçün platformaya çevirmək istəyirlər”
“Avropa Birliyinin (AB) Ermənistan ordusuna 10 milyon avroluq hərbi yardım göstərmək qərarının arxasında AB-nin Cənubi Qafqaz regionuna dağıdıcı təsirini genişləndirmək üçün geosiyasi hesablaması dayanır”.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu sözləri həftəlik mətbuat konfransında AB-nin Azərbaycanla sülh prosesinin davam etdiyi bir şəraitdə Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avroluq hərbi yardım ayırma qərarını necə qiymətləndirdiyi sualını cavablandırarkən deyib.
AB-nin dinc əsasını itirdiyini və istifadə edə biləcəyi sülh potensialının olmadığını bildirən Zaxarova, “Bir vaxtlar AB ən azı adından sülh, sabit vəziyyət üçün can atırdı və işləri gücləndirməyə çalışırdı. Sülh məqsədləri naminə indi biz nələrin baş verdiyini, hansı qərarların qəbul edildiyini görə bilirik. AB militarizasiyaya, münaqişəyə doğru bir yol tutub. Öz vətəndaşlarının deyil, ABŞ və NATO-nun xeyrinə xidmət edir”.
Rusiyanın xəbərdarlıqları qərblilərin postsovet məkanını münaqişə zonasına çevirməyə çalışdığını təsdiqlədiyir. Zaxarova, “ABŞ Konqresi nümayəndələrinin Mərkəzi Asiya ölkələrinin Rusiya ilə yaxşı münasibətlərə imkan verməmək üçün münasibətləri necə qurması ilə bağlı verdiyi açıqlamaları çox şey ifadə edir”, – deyib.
Zaxarova bildirib ki, AB-nin fikrincə, Bakı ilə İrəvan arasında mövcud ziddiyyətlərin artırılması Rusiya və Qərbdən müstəqil suverenlik siyasəti yürüdən digər ölkələrə nəzarət məqsədinə cavab verir. Xəritədə münaqişə və qeyri-sabitlik nöqtəsinin olmasının kollektiv Qərbin xeyrinə olmayacağını vurğulayan Zaharova: “AB-nin Ermənistan Silahlı Qüvvələrinə dəstək üçün 10 milyon avro göndərmək planının arxasında AB-nin Cənubi Qafqaz regionuna dağıdıcı təsirini genişləndirmək üçün geosiyasi hesablaması dayanır. Ukrayna nümunəsi göstərir ki, Avropa Sülh Fondu adlanan qurumun məqsədi sülh, sabitlik və təhlükəsizlik deyil. Müharibə, ölkələri təxribata çəkmək və qan tökməkdir. Qərbin “parçala, hökm sür” prinsiplərinə uyğun yanaşmalarının regionun sabitliyi və təhlükəsizliyi baxımından heç bir müsbət tərəfi yoxdur”.