vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
REGİON  
18:30 | 10 noyabr 2017 | Cümə Məqaləyə 3068 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

2019-un strategiyası

Mütəhərrik siyasət və unutqan xalq

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Ərdoğan Atatürkü sahiblənməyə qərar verib. Səbəb odur ki, 2019-cu il prezident seçkilərində 50+1 səs yığmaq indiki siyasətlə müşkülə çevrilib. Əhalinin Atatürkü sevən hissəsindən, yəni laik kəsimdən də bir az səs qoparmağa ehtiyac yaranıb.

Əslində ideoloji mimikriya (rəng dəyişikliyi, maskalanma), yaxud islami terminologiya ilə ifadə etsək, təkiyyəçilik AKP qurulduqdan bəri dəfələrlə müşahidə olunan haldır.

AKP-ni yaradanda demişdilər ki, «milli görüş köynəyini çıxardıq». Hakimiyyətə gəldikdən sonra liberal oldular, sonra soldan da faydalı ideyaları götürməkdə problem görmədiklərini söylədilər. (Burada qeyd edim ki, Ərdoğanın ilk dönəmlərində aparılan siyasəti ümumən doğru sayıram).

PKK və HDP ilə dialoq zamanı birdən fərq etdilər ki, səs itirirlər, dərhal bundan imtina edib 180 dərəcəlik dönüşlə millətçi xətt seçməyə qərar verdilər. İndi görürlər ki, bu da kifayət etmir, ona görə Atatürkü CHP-nin əlindən almağa niyyətləniblər.

Kömək edəcəkmi? Mümkündür. Ərdoğan olduqca mütəhərrik siyasət yeridən taktika ustasıdır. Türk xalqı isə zəki olsa da, unutqandır.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)