vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
CƏMİYYƏT  
19:05 | 28 fevral 2018 | Çərşənbə Məqaləyə 3267 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Seçici sayı 28.7 min nəfər artıb

MSK vahid seçici siyahısına yenidən baxmaq istəyir

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda vahid seçici siyahısı dəqiqləşdirilərək yenidən tərtib edilib. APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasında (MSK) komissiya üzvləri və KİV nümayəndələri ölkə üzrə vahid seçici siyahısının yenidən tərtib olunmuş variantı ilə tanış olublar.

MSK-nın sədr müavini Natiq Məmmədov bildirib ki, vahid seçici siyahısının tərtib edilməsi dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirilib.

«Dəqiqləşdirilmiş vahid seçici siyahısına əsasən, Azərbaycanda 5 milyon 192 min 42 səsvermə hüququ olan şəxs var», - o, bildirib.

N.Məmmədov bildirib ki, Azərbaycanda seçicilərin sayı ötən illə müqayisədə 0.6 faiz, yəni 28 min 792 nəfər artıb. O, seçici siyahılarının martın 3-dək MSK-nın saytında yerləşdiriləcəyini deyib.