Timoşenko prezidentliyə namizəddir
İlk dəstək Kravçukdan və Saakaşvilidən gəldi
Şahin CƏFƏRLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
-
“Onun verdiyi vədlər yalan idi”
Saakaşvili: “Poroşenko məndən tələb edirdi ki…”
-
Poroşenkonun ikinci cəhdi
Ukrayna prezidenti üç cəbhədə mübarizə aparmaqla, reytinq cədvəlinə də başçılıq edir
-
«Krımda yenidən referendum keçirilməlidir»
Kseniya Sobçak: «Orda yaşayan insanlara geosiyasət subyekti kimi yanaşa bilmərik»
-
«Bizim gücümüz birliyimizdədir»
Vygaudas Uşaçkas: «Putin getməyincə Rusiya-Avropa münasibətləri düzəlməyəcək»
-
Timoşenko təmiz çıxdı
«Qaz işi» adlandırılan ittihama görə ...
-
«Biz dayandırmasaq, onlar...»
Timoşenko ümummilli müqavimətə çağırdı
-
Timoşenko Qərbdən hərbi kömək istədi
«Nə qədər ki, bu baş verməyəcək, bizim daha ciddi problemlərimiz yaranacaq»
-
«Seçkilərə qatılma!»
Kliçkodan Timoşenkoya israr
-
Timoşenko namizəd olur
Ukraynanın sabiq baş naziri prezident seçkilərinə qatıldığını rəsmiləşdirir
-
Xalq Krıma yol axtarır...
Timoşenko can hayındadır...
-
«Bağışlayın, biz rəqibik»
Vitali Kliçko Yuliya Timoşenkoya cavab
-
Timoşenko azadlıqda
Daxili işlər naziri isə istefaya göndərildi
-
Yuliya Timoşenko Ukrayna prezidentliyinə namizədliyini irəli sürdü. Daha əvvəl iki dəfə prezident seçkilərində iştirak edərək məğlub olan xanım Timoşenko bu dəfə qələbəyə yaxın görünür. O, hazırda ən reytinqli namizəddir.
“Batkivşina” (Vətən) Partiyasının bu gün keçirilən qurultayına canlı bağlanan Mixail Saakaşvili, eləcə də tədbirdə iştirak edən Ukraynanın ilk prezidenti Leonid Kravçuk Timoşenkoya dəstək veriblər.
Seçkinin taleyi 99 faiz ehtimalla ikinci turda həll olunacaq. Hələlik 2-ci turda Timoşenkonun rəqibinin kim ola biləcəyi aydın deyil, bunun üçün 5-6 namizədin arasında gərgin mübarizə gedəcək. Prezident Poroşenko hələ namizədliyini açıqlamasa da, boş dayanmır və 2-ci tur üçün pərdə arxasında ciddi iş aparır. Digər şanslılar Yuri Boyko, Anatoli Qritsenko, Andrey Sadovıy, Oleq Lyaşko və Vladimir Zelenski sayılır.
Şoumen Zelenski namizədliyini elan etdikdən dərhal sonra Ukrayna siyasəti üçün adi hal olan kompromat savaşına tuş gəldi. Məlum oldu ki, onun Rusiyada film şirkəti var və bu şirkət Rusiya Mədəniyyət Nazirliyindən maliyyə alıb. Bu qalmaqal hələ təbliğat-təşviqat kampaniyası başlamadan diletant siyasətçinin mövqelərini sarsıtdı və o, kampaniyaya neqativ yüklə başlamalı olacaq.
Rusiyaya nisbətən loyal yanaşan cənub-şərq regionlarının seçicilərinə xitab edən Y.Boyko keçmiş Regionlar Partiyasının yerində yaradılan “Müxalifətçi blok”un liderlərindən biri idi, lakin bu partiya ötən ilin sonlarında parçalandı. Burada prezident texnoloqlarının rolu olmamış deyil, çünki Poroşenko bu siyasi qüvvənin monolit şəkildə seçkilərə getməsində maraqlı deyildi. Nəticədə “Boyko-Levoçkin qrupu” adlandırılan qanad (Levoçkin Yanukoviçin dövründə prezident administrasiyasının rəhbəri olub) ayrılaraq iş adamı Vadim Rabinoviçin "Həyat uğrunda" siyasi proyekti ilə birləşdi. "Müxalifətçi blok"un oliqarx Rinat Axmetova yaxın hissəsi isə öz namizədi ilə (Aleksandr Vilkul) seçkiyə qoşuldu. İndi Boyko-Levoçkin qrupu Axmetov qanadını ittiham edir ki, siz Poroşenko ilə anlaşaraq cənub-şərq vilayətlərində bizim səsimizi parçalamaq niyyəti ilə seçkiyə qatılmısız.
Timoşenkoya sərf edir ki, ikinci tura məhz Boyko keçsin. Çünki bu halda Timoşenkonun böyük fərqlə qazanacağı şübhəsizdir, Rusiyaya yaxın siyasətçi kimi tanınan Boykonun Kiyevdə, qərb və mərkəzi regionlarda səs alması mümkün deyil. İkinci tura qərbyönlü-millətçi düşərgənin nümayəndələrindən birinin keçməsi isə Timoşenkonun vəziyyətini çətinləşdirəcək, çünki o, həm də ən yüksək anti-reytinqə malikdir.
Bugünə olan məlumata görə, prezidentliyə 13 nəfərin namizədliyi qeydə alınıb. Namizədlərin sayı 20-yə çata bilər. Qeydiyyat fevralın 8-də başa çatır. Namizədlərin çoxluğu həm də payızda keçiriləcək və prezident seçkilərindən heç də az əhəmiyyət daşımayan parlament seçkiləri ilə əlaqədardır.