Daha ucuz, dəqiq, itkisiz
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
13:41 | 26 yanvar 2019 | Şənbə
Məqaləyə 2348 dəfə baxılıb
Şriftin ölçüsü
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Marqarita Mamun: “Sürükləndiyim daxili klaustrofobiyadan, azadlıqsızlıqdan boğuluram”
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
“Ursa Major”un kimin batırdığı məlum deyil
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
Yaşayış binasında baş verən güclü yanğın zamanı 300 nəfər təxliyə edilib
Kremlin qarşısındakı hərbi keçidi “qəssab general” Andrey Mordviçev idarə edib
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
21 il əvvəl bütün dünya liderlərinin yığışdığı meydanda indi lələ köçüb, yurdu qalıb
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
Rusiyanı bəzən ağıl və məntiqlə anlamaq çətin olur. Tyutçevin məşhur şeirində deyildiyi kimi. (Умом Россию не понять, Аршином общим не измерить)
Moskva “Vaqner qrupu”nun muzdlu hərbçilərini (iddiaya görə, 400 nəfər) Venesuelaya göndərib ki, Maduronu mühafizə etsinlər.
Yaxşı, hesab edək ki, Maduro daha bir neçə il hakimiyyətdə qaldı, bəs sonra? Rusiya kimi böyük dövlət niyə siyasətini yalnız bir nəfərin üzərində qursun və xalq tərəfindən seçilən parlamenti gözardı etsin? İdeal variant bu olmazmı ki, həm iqtidar, həm də müxalifətlə yaxşı münasibət qurasan və hakimiyyət dəyişikliyi məsələsi ortaya çıxanda stress keçirməyəsən.
Mən qətiyyən inana bilmərəm ki, Venesuela müxalifətində hər kəs Rusiya əleyhdarı olsun. Baxırsan, bütün partiyalarda Lenin, Stalin adında siyasətçilər var. Latın Amerikası Rusiya inqilabçılarına hər zaman simpatiya ilə yanaşıb, simpatiyası olmayanlarda isə ən azı maraq olub. Yaxşı, Xuan Quaydo ABŞ-da təhsil alıb, hesab edək ki, Amerikanın adamıdır. Amma müxalifət təkcə Quaydo və onun partiyasından ibarət deyil. Üstəlik, Quaydo özü partiyasının (“Xalq iradəsi”) lideri deyil, lider hazırda ev dustaqlığında olan Leopoldo Lopesdir. Lap deyək ki, bu partiya Amerika yönümlüdür. (Lopes də ABŞ-da oxuyub.) Amma müxalifət koalisiyasında başqa partiyalar da var, onlarla əlaqə yaratmaq olar. Əslində yönümündən, ideologiyasından asılı olmayaraq, bütün qüvvələrlə əlaqə yaratmaq, dialoq qurmaq mümkündür və heç kim Rusiyanın təklifini rədd etməz. Amma Kreml buna getmir, Madurodan yapışıb.
Neft layihələrinin, borc məsələsinin rol oynadığına inanmıram. Çünki normal hökumət qurulsa, layihələr bəlkə əvvəlkindən daha effektiv şəkildə həyata keçirilər, Rusiya borcunu daha tez alar. Maduro bu gedişlə borc qaytarana oxşamır.
Güman edirəm ki, əsas səbəb Rusiyanı idarə edənlərin Maduro rejimi ilə çirkli əlaqəyə girməsi, korrupsion işbirliyi, hətta narkotrafik, silah qaçaqmalçılığı kimi qaranlıq əməliyyatlarda iştirakları, külli miqdarda illeqal gəlir götürmələridir. (Ötən il Rusiyanın Argentinadakı səfirliyində 400 kilo kokain tapılması yəqin yadınızdadır.) Bu kirli düzənin dağılmasını istəmirlər, qorxurlar ki, yeni qüvvə gəlsə, gizli cinayət sxemlərini açıb ortaya qoyacaq, yaxud demokratik bir düzəndə həmin məlumatlar mediaya sızacaq.
Balta ilə işləməyin perspektivi yoxdur. Kreml qulağının dibindəki qardaş ölkədə, hansı ki, oraya hər cür nüfuz etmişdi, inqilabın qarşısını ala bilmədi, özü də 2 dəfə. İndi uzaq Venesuelada xalqını aclığa məhkum etmiş, bütün qonşu ölkələrlə, hətta qitə ilə münasibətlərini korlamış yalqız avtokratı guya qoruyacaq. Gözləyək.
P.S. Bəlkə də həmin qrup dar məqamda Maduronu Yanukoviç kimi təxliyə etmək üçün göndərilib. Bunu da tam istisna etmək olmaz.