vaxtlı-vaxtında oxuyun! Şənbə, 5 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
AMERİKA  
16:07 | 17 fevral 2019 | Bazar Məqaləyə 2040 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Venesuelanın gələcəyi necə görünür?

Tunelin sonunda işıq var, amma...

Ann KRÜGER, “Project Syndicate”

MÖVZU İLƏ ƏLAQƏLİ

İllər ərzində dünyada bir çox kəskin iqtisadi tənəzzüllər baş verib, amma Venesueladakı, əlbəttə, ən pislərindəndir. İkinci Dünya müharibəsi dövründə böyük ziyan çəkmiş ölkələrlə müqayisədə, Venesuela daha çox real Ümumi Daxili Məhsul (ÜDM) itkisi ilə üzləşib və bu il inflyasiya göstəricisinin 10 milyon faizə çatması gözlənilir.

Çünki qida məhsullarının 90 faizi idxal olunur. Əhalinin təxminən 10 faizi (üç milyon nəfər) ölkədən qaçıb. Elektrik kəsilmələri, su və tibbi yardım çatışmazlığı və demək olar ki, aclıq və qıtlıq prezident Nikolas Maduronun qəddar və bacarıqsız hakimiyyətinin davamlı səciyyəsinə çevrilib.

1960-cı illərə qədər ÜDM-in adambaşına düşən payına görə Venesuela Latın Amerikasında ən yüksək pillədə idi – 80 faiz. Bu gün Çili, Braziliya, Meksika və Kolumbiyadan aşağı pillədədir – 30 faizdən az. Müqayisə üçün, 1990-cı ildə Kolumbiyada adambaşına düşən ÜDM, Venesuela ÜDM-nin təxminən yarısı idi.

Dünyanın ən böyük neft ehtiyatları olan Venesuelada ixrac qazancının 90 faizindən çoxunu qara qızıl təşkil edir. 1990-cı illərin sonlarında gündəlik 3,5 milyon barel təşkil edən neft hasilatı 2018-ci ildə təxminən 1,3 milyona barelə bərabər olub. Bu göstəricilərin növbəti bir neçə ildə 700 min barelə qədər azalacağı gözlənilir.

Əslində, neft qiymətləri yüksəlməsi də Venesuelanın vəziyyətini xilas edə bilməyəcək. Çünki neft hasilatı qiymətlərin aşağı olmasından deyil, maddi oğurluq, investisiya yoxluğu, Maduronun yüksək postlara təcrübəsiz rəhbərlər təyin etməsi və neftçilərin ölkədən qaçışı ucbatından azalıb. “Petroleos de Venesuela Petroseos” dövlət neft şirkətinin bir fəhləsi bu yaxınlarda “Wall Street Journal”a açıqlamasında ayda 8 dollar qazandığını bildirmişdi ki.

Venesuelanın vəziyyəti intiharı xatırladır. Yüksələn neft qiymətlərinə baxmayaraq, 2014-ci ildə maliyyə çatışmazlığı səbəbindən ÜDM-in 24 faizə bərabər olmuşdu. Həmin il neft qiymətləri hələ də zirvədə olarkən, Çaves rejimi bu çatışmazlıqları kağız pul kütləsi ilə malalamağa çalışdı. Nəticədə inflyasiya fantastik dərəcə sürətləndi. Hökumətin qiymətlərə nəzarət etmə taktikası məsələləri daha da pisləşdirdi. Çüünki topdan satıcılar öz mallarını zərərlə satmaqla müflis oldular.

Rejim iqtisadi fəaliyyətin tənzimlənməsi üçün bu cəhənnəm cəhdləri ilə yaratmaqla yanaşı, demokratik qurumları, müxalifəti də qəddar şəkildə sıxışdırıb. Əsas xidmətlər fəaliyyətini dayandırıb. 2016-cı ildə hökumət işçilərinə elektrik enerjisinə qənaət etmək məqsədilə həftədə iki gün işə gəlmək göstərişi verilib. Ölkədə kütləvi elektrik enerjisi çatışmazlığı var.

Yanvar ayında Maduro təkrar saxta prezident seçkilər keçirib. Buna cavab olaraq, bir çox Latın Amerikası ölkəsi, habelə, Kanada, ABŞ və bəzi Avropa Birliyi ölkələri Milli Konqresin spikeri Juan Quaydonu Venesuelanın qanuni prezidenti olaraq tanıyıb. Bundan əlavə, Venesuelanın neft ixracı üçün böyük bazar olan ABŞ Maduro rejiminə sanksiya tətbiq edib. Rəsmi Vaşinqton diktatorun bank hesablarını dondurub və Venesuela nefti üçün ABŞ şirkətləri tərəfindən ödəniləcək məbləğin Quaydoya təqdim olunacağını bildirib.

Kütləvi etirazlar qarşısında Maduro hərbi liderlərə rüşvət verərək, müxalifət liderlərini qorxutma, həbs praktikasını davam etdirib.

Maduronun devrilməsindən sonra başlanğıcda ölkə miqyasında böyük humanitar yardım tələb olunacaq. Məktəblər yenidən açılmalı, xəstəxanalar, ictimai nəqliyyat və digər mühüm xidmətlər bərpa edilməlidir. Uzun zamandır normal qidalanmayan əhaliyə ərzaq çatdırılmalıdır.

Eyni zamanda, Venesuelada inflyasiyanın dayandırılması, makroiqtisadi sabitliyin və iqtisadi fəaliyyətin bərpası üçün islahatlara ehtiyac duyulacaq. Bununla yanaşı, idxal materialları və təmir, avadanlıqların üçün maliyyə dəstəyi tələb olunacaq. Bu təkcə neft istehsalına deyil, bütün iqtisadi sahələrə aiddir.

Venesuelanın bərpası uzunmüddətli prosesdir. Dəmir yolu qovşaqları və enerji istehsal obyektləri kimi əsas infrastrukturda böhran aradan qaldırılmalıdır. Hazırda ölkənin həyati əhəmiyyəti mərkəzlər iflic vəziyyətindədir.

Ona görə də problemlərin həlli üçün, sabit makroiqtisadi mühit və iş şəraiti bərpa edilməli, eyni zamanda Venesuela vətəndaşlarının vəziyyətini yaxşılaşdırılmalı və siyasi islahatlara dəstək verilməlidir.

Gələcək liderlər və beynəlxalq birliyin problemin dərəcəsini başa düşdüyünü və yenidənqurma zamanı ictimai sülhün qorunması üçün lazımı addımların atacağına ümid edilir. Venesuelalılar, nəhayət, tunelin sonunda işıq görə bilərlər. Ancaq çətin günlər hələ də uzanır.