
ABŞ böhranın kənarında
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
ABŞ Çinlə ticarət danışıqlarında böyük irəliləyiş gözləyir
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Federal işçilərin işdən çıxarılmasına başlanacaq
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Türkiyənin Rusiya enerjisindən imtina etməsi ehtimalına Moskvadan cavab
Əvvəl partlayış baş verib, sonra atışma olub
Kreml Moskva görüşü təklifini xatırlatdı
Trampdan kütləvi ixtisarla hədələdi
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
Qlobal bazarlarda göstəriciləri gözləyir
Dərmanlara 100, mebellərə 50 faiz gömrük rüsumu
Ağır yük maşınlarının idxalına 25% gömrük rüsumu tətbiq ediləcək
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Vaşinqton rəhbərliyi ABŞ ilə Venezuela arasındakı gərginliyin daha da yüksəldiyi bir dövrdə narkotik kartelləri ilə mübarizə bəhanəsi ilə Karib dənizi bölgəsinə hərbi qüvvə göndərir.
ABŞ Prezidenti Donald Trampın narkotik kartelləri ilə mübarizə məqsədilə orduya aid qüvvələri Karib bölgəsinə göndərmək qərarından sonra bir sualtı və 7 döyüş gəmisi ehtiva edən dəniz qrupu bölgəyə yola salınıb.
ABŞ donanmasına aid qüvvələrin Karib dənizinin cənubuna doğru hərəkət etdiyini təsdiqləyib.
ABŞ ilə Venezuela arasındakı gərginliyin daha da artdığı bir vaxtda bölgəyə 7 döyüş gəmisi və bir sualtının göndərilməsinin vəziyyəti daha da gərginləşdirə biləcəyi vurğulanır.
Ağ Ev sözçüsü Kerolayn Livitt ABŞ-ın narkotik kartelləri ilə mübarizə bəhanəsi ilə Karib bölgəsinə hərbi qüvvələr göndərməsini müdafiə edərək, Venezuela Prezidenti Nikolas Maduroya xəbərdarlıq etmişdi.
Livitt ABŞ-ın Latın Amerikası mənşəli narkotik kartelləri ilə mübarizə üçün Venezuela yaxınlığına qədər intensiv hərbi qüvvələr göndərdiyini və bunun Amerika xalqının təhlükəsizliyi üçün edildiyini bildirib.
Bölgədə bir çox ölkənin ABŞ-ın bu addımını dəstəklədiyini qeyd edən Livitt , “Prezident narkotikin ölkəmizə axmasının qarşısını almaq və məsul şəxsləri ədalət qarşısına çıxarmaq üçün hər cür Amerika gücündən istifadə etməyə hazırdır. Maduro rejimi isə Venezuelanın legitim hökuməti deyil, bir narkotik terror kartelidir. Maduro legitim prezident deyil, narkotik kartelinin qaçaq rəhbəridir”, – deyib.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl imzaladığı fərmanla Latın Amerikası mənşəli narkotik kartelləri ilə yerində mübarizə məqsədilə ordunun daha geniş və effektiv istifadə olunmasını əmr etmişdi.
CNN-ə danışan iki yüksək səviyyəli hərbi rəsmi Trampın əmri ilə bölgəyə 4 min dəniz piyadasının göndərilməsinə qərar verildiyini bildirib. Tramp həmçinin avqustun 15-də Venezuela sahillərinə 3 döyüş gəmisi göndərilməsi əmrini vermişdi.
Venezuela Prezidenti Nikolas Maduro isə avqustun 18-də ABŞ-ın mümkün müdaxiləsinə dair açıqlamasında, “Dənizlərimizi, göylərimiz və torpaqlarımızı biz qoruyuruq, biz azad edirik, biz müşahidə edir və patrul keçiririk. Heç bir imperiya Venezuelanın müqəddəs torpaqlarına toxuna bilməz və Cənubi Amerikanın müqəddəs torpaqlarına toxunmamalıdır”, – deyib.