Atəşkəs nefti ucuzlaşdırdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
09:23 | 29 avqust 2025 | Cümə
Məqaləyə 347 dəfə baxılıb
Şriftin ölçüsü
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Hörmüz boğazında gərginlik yenidən artır
ABŞ Dövlət Departamenti, Ukraynaya təxmini dəyəri 825 milyon dollar olan “Havadan Çatdırılan Sursat” və loqistik dəstək avadanlıqlarını əhatə edən hərbi satışa razılıq verib. Son qərar ABŞ Konqresinə təqdim olunub.
ABŞ Müdafiə Nazirliyinə bağlı Müdafiə Təhlükəsizlik Əməkdaşlığı Agentliyi (DSCA) Ukraynaya silah satışına dair yazılı açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, “Dövlət Departamenti, Ukrayna hökumətinə təxmini dəyəri 825 milyon dollar olan ‘Havadan Çatdırılan Sursat’ və əlaqəli avadanlığın mümkün satışını təsdiqləyən qərar qəbul edib”.
Ukraynanın 3 350 ədəd Uzun Mənzilli Hücum Sursatı (ERAM) raketi və bu sistemlərlə uyğun Qlobal Mövqeləndirmə Sistemləri (GPS) kimi avadanlıqlar tələb etdiyi bildirilib. Satış üçün zəruri rəsmi məlumat ABŞ Konqresinə təqdim olunub.
Açıqlamada həmçinin raket konteynerləri, ehtiyat hissələri, dəstək avadanlıqları, proqram təminatı, texniki sənədlər, təlim və loqistik materialların satışa daxil olduğu qeyd edilib.
Sözügedən satışın bölgədəki “əsas hərbi tarazlığı” dəyişdirməyəcəyi vurğulanıb. Açıqlamada qeyd olunub: “Bu satış, Avropada siyasi sabitlik və iqtisadi inkişafın təminatçısı olan müttəfiqin təhlükəsizliyini artıraraq ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik hədəflərini dəstəkləyəcək”.