vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
20:18 | 24 fevral 2019 | Bazar Məqaləyə 2754 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vandal diktator

İndi növbəti mərhələ başlayır

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Maduro dünən humanitar əməliyyatın qarşısını aldı. Kolumbiya və Braziliya istiqamətlərindən Venesuelaya daxil olan yük avtomobilləri bir qədər irəlilədikdən sonra onların qarşısı kəsildi və bəzilərinə od vuruldu.

Əslində açıq demək lazımdır ki, bu əməliyyatın əsas və yeganə məqsədi heç də xalqa yardım çatdırmaq deyildi. Bu, daha çox rejimi tamamilə çökdürməyə yönəlmiş, yaxşı düşünülmüş siyasi gediş idi - elə bir gediş ki, “El diktador”un istənilən reaksiyası onun öz əleyhinə çevriləcəkdi. Maduro ondan icazə alınmadan və məlumat verilmədən təşkil olunan yardımları içəri buraxsa, ölkədə real hakimiyyətin Quaydoya məxsus olduğunu tanımış və qəbul etmiş olacaqdı. Ona görə də ikinci yolu, zorakılığı seçməyə məcbur qaldı.

Dünən bizim vaxtla günortadan gecə saatlarına qədər sərhəddə karvanı qarşılamağa çıxmış on minlərlə insana güc tətbiq edildi, xüsusən aborigen xalq pemonlara qarşı vəhşiliklər törədildi, bir neçə nəfər öldü, çoxlu sayda adam yaralandı. Bu işdə “kollektivos” adlanan, rejimə bağlı paramilitar dəstələr xüsusi fəallıq göstərdi. Maşınlardan bəzilərinə od vuruldu, nəticədə gördüyünüz fotolar bütün dünyaya yayıldı və Maduronun “hakimiyyəti uzurpasiya etmiş diktator”la yanaşı, həm də “ac, xəstə insanlar üçün aparılan qida və dərmanları yandıran vandal” obrazı yaradıldı.

İndi növbəti mərhələ başlayır. Rejimə qarşı güc tətbiqi üçün legitim əsasların yaradılması yolunda ilk addım baş tutmuş oldu. Venesuela Konstitusiyasına əsasən parlamentin hüququ var ki, xaricdən hərbi yardım istəsin. Parlament ölkədə humanitar fəlakətin yaranmasını əsas tutaraq xarici hərbi yardım üçün dost ölkələrə (böyük ehtimalla Amerika Dövlətləri Təşkilatına) müraciət edə bilər. Bu dövlətlərin çoxmillətli koalisiya formalaşdıraraq Braziliya və Kolumbiyadan, eləcə də dənizdən intervensiyaya başlaması mümkündür. Rejimin bu cür koalisiyaya qarşı uzunmüddətli müqavimət imkanları yoxdur. Yəqin ki, iş bu yerə çatsa, böyük quru müharibəsinə ehtiyac qalmadan əvvəlcə raket-aviasiya zərbələri ilə Maduro ordusunun müqavimət gücü aradan qaldırılacaq (Yuqoslaviyada olduğu kimi), sonra Quaydonu tanımış qitə dövlətlərinin hərbi qüvvələri ölkəyə daxil olacaq.

Sabah Kolumbiyada ABŞ-ın vitse-prezidenti Mayk Pens və qitə dövlətləri liderlərinin (Lima qrupu) görüşündə bu məsələnin müzakirəsi istisna deyil.

P. S.: Dünən Venesuela Milli Qvardiyasının 60-dan çox əsgər və zabiti Kolumbiyaya sığındı. Zabitlər Quaydo ilə görüşüb, onu tanıdıqlarını bildirdilər.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)