
“Qaranlıq tendensiyası”nın növbəti qurbanı
TikTok trendinə qatılan 12 yaşlı uşaq dünyasını dəyişib
TikTok trendinə qatılan 12 yaşlı uşaq dünyasını dəyişib
Hərbi maşınlara lazer silahları quraşdırılacaq
Xəstəxanaya kiberhücum xəstənin ölümünə səbəb olub
Böyük Britaniya Rusiya aktivlərinin gəliri müqabilində raketlər göndəriləcək
İngiltərə, Fransa və Almaniyadan İrana xəbərdarlıq
Müharibə hazırlığı planı haqqında nə məlumdur?
Göz qapağının sallanması, çəpgözlük, udma çətinliyi, nitqin pozulması, keyimə və ən qorxulusu iflic
Hansı ölkənin nüvə arsenalı daha sürətlə böyüyür?
Azadlıq günü, konstitusiyası yoxdur – yazılmayan, amma dəyişdirilməyən qaydaları var
“Sonsuz kimyəvi maddə” adlanan trifloresan turşusu ömür boyu davam edir
Böyük Britaniya kəşfiyyatının tarixində bir ilk
İngiltərədə nəhəng piton xəbərdarlığı
Kütləvi qırğın silahlarına xərclər bir il ərzində 11 faiz artıb, BMT xərclərinin 28 qatına çatıb
Rusiyalı oliqarx Abramoviç futboldan getdi
İngiltərədə məşğulluq kəskin şəkildə azalır
Britaniyanın Avropa Birliyindən çıxması (Brexit) bu ölkənin siyasi sisteminin iç üzünü açır. Bunu 11 deputatdan ibarət qrup deyir. “Brexit” üzündən siyasi partiyalardan bəzi istefalar olub və bu, dünyanın ən qocaman və sabit parlamentlərindən birində sarsıntılar yaradıb. Bu haqda “Reuters” agentliyində Vilyam Ceyms yazır.
Müəllifin fikrincə, ölkənin AB-dən çıxmasına yenidən baxılmasına nail olmaqdan ötrü bu qrup daha çox tərəfdar toplamalıdır.
“Bu, haraya aparacaq? Heç yerə, yalnız “Brexit” tarixində bir qeydə, ya da son 100 il ərzində davam etmiş partiya sisteminin parçalanmasının başlanğıcına çevrilə bilər”, – UCL universitetinin hökumət və dövlət siyasəti üzrə fəxri professoru Toni Rayt deyib.
“Onlara rəqəmlər lazımdır. Kabinetdə bəzi silkələnmələrə ehtiyac yarana bilər və bundan sonra proses davam edəcək”, – o, sözlərinə əlavə edir.
“Brexit”ə cəmi 36 gün qalır. Baş nazir Tereza Mey AB ilə elə bir ayrılma sənədi əldə etməlidir ki, parlament onu təsdiqləsin. Əks halda dünyanın beşinci iqtisadiyyatının birlikdən çıxması xaotik ola bilər. Bu həftə Meyin sağyönlü Mühafizəkar Partiyasının üç, müxalifətdə olan solçu Leyborist partiyasının isə səkkiz üzvü istefa verərək müstəqil deputat kimi fəaliyyətə başlayıblar.
Məqalədə deyilir ki, bu, son 40 ilin ən böyük parçalanması sayılır. Təxminən bir əsrdir Britaniyada hökuməti əsas iki partiya formalaşdırır, daha kiçik qruplar kənarda qalır.
Özlərini “Müstəqil qrup” adlandıran deputatlar deyirlər ki, onların qədim partiyaları ifrat-solçu və ifrat-sağçı fraksiyalar tərəfindən oğurlanıb, Britaniya siyasətinin mərkəzçi qüvvəsi adamsız qalıb, nüfuzunu sərgiləməyə gücü yoxdur.
“Siyasi partiyaya onunla savaşmaq üçün qoşulmursan, savaş bitib və digər tərəf qələbə çalıbsa, onun tərkibində qalıb kiçik qruplar şəklində savaşmırsan”, – vaxtilə Mühafizəkarlardan nazir olmuş, çərşənbə günü istefa vermiş Anna Soubri deyib.
2016-cı ildə keçirilmiş referendumda “Brexit” tərəfdarları 52-48 səs fərqi ilə qalib gəldilər. Amma bu səsvermə iki böyük partiyanı da parçaladı. Parlamentdə “Gedənlər” və “Qalanlar” arasında yeni savaş başlandı. Hazırda çoxları ölkənin yolayrıcında olduğunu, “Brexit” seçiminin gələcək nəsillərin rifahını müəyyənləşdirəcəyini düşünürlər.
Mey özü də partiyasındakı avroskeptik və AB-pərəst qanadları vahid mövqe ətrafında səfərbər edə bilməyib. Leyboristlərin lideri Ceremi Kobrin isə qeyri-müəyyənliyə və aydın istiqamətin olmamasına görə tənqid olunur.
“Brexit” dəyişiklik təbili idisə, bunu eşidirik. Partiyalarımız problemin miqyasını dərk edə bilməyiblər, ona cavab vermək planları da yoxdur”, – Mühafizəkarların keçmiş üzvü Heidi Allen vurğulayır.
Müəllif yeni qrup qarşısında həm çətinliklər, həm fürsət açıldığını yazır. İndi müstəqil olan deputatlar onsuz da hökumətin əleyhinə səs verirdilər, yəni onların istefası May-in “Brexit” sazişini təsdiqləməyəcək parlamentdə hesabı dəyişməyəcək. Amma qrup yürütmək istədiyi alternativ siyasəti də razılaşdıra bilmir.
Qrup yalnız mövcud məyusluqdan yararlanaraq daha çox tərəfdar toplamağa ümid edir.
“Köhnə tayfa siyasətini geridə buraxmaqla ilk addımı atdıq və siyasi dəyərlərimizi paylaşan digərlərini də belə etməyə çağırırıq”, – Leyboristlərin keçmiş üzvü Çuka Umunna deyib. Müəllif yazır ki, deputatlar hələlik, yeni partiya yaratmayıblar və onların gələcəyini “Brexit” müəyyənləşdirəcək. Əslində, prosesə təsir göstərməyə çox vaxtları da yoxdur. Qrup üzvlərinin, demək olar, hamısı Britaniyanın AB-dən sazişsiz çıxmasına qarşıdır və ikinci referendumun keçirilməsini istəyirlər.