vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
20:32 | 28 may 2019 | Çərşənbə axşamı Məqaləyə 3047 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Rəsulzadə olmasaydı Cümhuriyyət qurulmayacaqdı”

Tarixçi-professordan “Cümhuriyyət Tarixi” haqqında 101 yaşlı gerçəklər

Nicat İSMAYILOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Müsəlman şərqində ilk demokratik respublika olan, şanlı cümhuriyyətimizin qurulmasının 101-ci il dönümüdür. Cümhuriyyətimizin qurulma tarixi ilə bağlı maraqlı faktları tarixçi-professor Solmaz Tohidi izah edib.

Cümhuriyyətin qurulması və iki il ərzində idarə edilməsində bəzi tarixçilər Rəsulzadənin rolunun kiçildir. Bunu belə əsaslandırır ki, o strateji vəzifələrə yiyələnməyib, məsələn baş nazir olmayıb. Bu iddialara münasibətiniz...

Kökündən səhv iddiadır Məhəmmədəmin Rəsulzadə həqiqətən cümhuriyyətin təkcə əsas qurucusudur. Biz digər cümhuriyyət rəhbərlərinin də rolunu kiçiltmirik. Xoyski, Nəsib bəy, Məhəmmədhəsən bəy və digərləri öz dövrlərinin ən parlaq şəxsiyyətləri idi və cümhuriyyətin qurulmasında onların hər birinin özünəməxsus əməyi olub. Ancaq bir var qurucu, bir var quruculuqda iştirak etmək. Cümhuriyyətin qurulmasına gətirib çıxaran, əsas siyasi hərəkat olan istiqlal hərəkatı da Rəsulzadənin liderliyi ilə formalaşmışdı. Cümhuriyyət də eynilə onun liderliyi ilə, onun siyasi təfəkkürü və ideologiyası əsasında quruldu.

Cümhuriyyətin qurulmasında Rəsulzadədən savayı əlbəttə ki, dövrün böyük ziyalılarının və bəylərinin də rolu olub. Cümhuriyyətin qurulması və idarə edilməsində iştirak edən bütün şəxsiyyətlər yuxarı təbəqədən idi. Onların hər biri bəy, xan övladları, zadəgan əsilli və ali təhsilli idilər. Ancaq əsas maraqlı məqam bundan ibarət idi ki, bütün bu insanları bir bayraq altında, bir amal uğrunda birləşdirən atası molla olmuş və kasıb ailədən çıxmış, ali savadı olmayan birinə, Rəsulzadəyə nəsib olmuşdu. Nəsib bəy hətta öz partiya liderliyini Rəsulzadəyə ötürmüş, onu özünün lideri hesab etmişdi. Çünki Rəsulzadədə tanrı vergisi olan talant, xarizma və liderlik qabiliyyəti var idi. O, siyasi fəhm sahibi idi. Rəsulzadə ali təhsilə iyələnə bilməsə də durmadan özünü inkişaf etdirən bir şəxsiyyət idi. Özündən sonra Rəsulzadə azərbaycan xalqına sadəcə şanlı bir cümhuriyyət və ideologiya deyil, həmçinin 1427 məqalə, 27 kitabdan ibarət mədəni irs də miras qoydu.

 

“O, ilk dövlət başçımızdır”

 

Rəsulzadə əslində cümhuriyyətdə de fakto əsas səlahiyyətli şəxs sayılırdı. O, Milli Şura rəhbəri idi və bu şura qanunverici məclisə və dövlətə nəzarət edən orqan idi. Onu Milli Şuranın rəhbərliyinə isə demokratik prisniplərlə keçirilən seçki ilə bütün parlament üzvləri yekdillilik ilə seçmişdi. Ona görə də qeyd edə bilərik ki, Məhəmmədəmin Rəsulzadə ilk dövlət başçımızdır. O, dövlət başçısı kimi dəfələrlə siyasi krizislərdən dövləti xilas edir, istiqlaliyyəti qoruyur. Rəsulzadə Gəncə krizisində və digər siyasi böhranlarda ustalıqla böhranı idarə edir və problemləri bir-bir aradan qaldırır. Osmanlı zabitləri istiqlalımızı qəbul etmədiklərində parlamenti yığır və cəsarətlə dövlətimizin istiqlaliyyətini müdafiə edir.

 

“İstənilən rəhbər vəzifəyə yiyələnə bilərdi”

 

Rəsulzadə ancaq uzaqgörən və istedadlı siyasi lider deyildi, həm də böyük ürəyi olan sadə insan idi. O, istəsə idi, istənilən rəhbər vəzifəyə yiyələnə bilərdi. Ancaq dövləti qurduqdan sonra dedi ki, “Biz dövləti qurduq, indi isə onu idarə etmək mütəxəssislərin işidir. Biz siyasətçilərin isə yeri, parlamentdir”. İstəsə idi özü olmazdımı parlament sədri? Əlbəttə ki, çox rahatlıqla olardı. Ancaq ağsaqqallığına, bitərəfliyinə və zəngin diplomatiya bilgisinə görə o, bu vəzifəyə Topçubaşovu layiq bildi. Topçubaşov parlament sədri olmasa idi, Parisdə dünya birliyinə Azərbaycanın müstəqilliyini necə qəbul etdirə bilərdi? Bütün bunlar bir daha Rəsulzadənin nə qədər uzaqgörən bir dövlət başçısı olmasını sübut edir.

 

“Rəsulzadə olmasaydı Cümhuriyyət qurulmayacaqdı”

 

 O, defakto parlamentin həm məsləhətçisi, həm də idarəçisi idi. Parlamentdə müxtəlif qüvvələr hökuməti iştəməyə qoymurdular, neçə dəfə Rəsulzadə parlamentdəki qalmaqalların, hökumətdəki siyasi böhranların aradan qaldırılmasına nail olub. Yeganə işğal idi ki, ona gücü çatmadı. Danılmaz bir fakt var ki, onu qəbul etmək lazımdır, “Rəsulzadə olmasa idi Cümhuriyyət qurulmayacaqdı”.

Azərbaycançılıq ideologiyası və demokratizm prinsiplərinin mənbəyi haradan gəlirdi?

Rəsulzadə Hümmət təşkilatının üzvü idi. Ideoloji cəhətdən sosial demokrat idi, ancaq sonralar ideoloji xəttini tamamilə dəyişdi. Belə ki, o,  sosializmin Azərbaycan xalqının milli dəyərlərinə uyğun olmadığını anladı. Sonralar İranda hürriyyət inqilabına qoşuldu və millətçilik fəlsəfəsinə yiyələndi. Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun təsirləri ilə türkçülüyə meyilləndi.

1912-ci ildə Balkan məğlubiyyətindən sonra Rəsulzadə başa düşdü ki, Osmanlı türk millətçiliyinə liderlik etmək iqtidarında deyil. O zamandan etibarən Rəsulzadə pantürkizmə meyillənir və türk xalqlarının yeni bir hərəkat altında birləşməsinin zəruriliyi barədə düşünür. Daha sonra birinci dünya müharibəsi başlayanda elə müharibənin ilk günlərindən Rəsulzadə bu müharibənin bəşəriyyətin taleyini dəyişəcəyini yazır. O, deyirdi ki, “XX əsr Millətlər əsri olacaq. O millətlərki öz kimliyini tapmayıb özü öz müqəddəratını həll etmək imkanından məhrum olacaq”. Və bundan sonra yeni proseslərə milləti hazırlayır. Türkçülüyün içərisindən Azərbaycançılığı fərqləndirir və kompakt bir siyasi nəzəriyyə formalaşdırır. “Dirilik” məqaləsində ümmətdən milliyyətə, milliyyətdən millətə keçidin yollarını göstərir. Xalqın lideri kimi o, Azərbaycan xalqını müstəqillik və azadlığa istiqamtləndirə bilir. Rəsulzadənin ən böyük xidməti də bəlkə də bundadır.

 

Cümhuriyyətin qurulması prosesi

 

Qafqazda müharibə gedir, cəbhə zonasıdır.1917-ci ildə fevral inqilabından sonra Çarizm devrilir. Aprelin 2-sində Gəncədə Nəsib bəy Şah Abbas məscidinin qarşısında nitq söyləyir, partiyasının yaradıldığını elan edir və nitqinin sonunda “Yaşasın Azərbaycan muxtariyyəti” şüarını səsləndirir. Bu şüar cümhuriyyətin quruluş şüarına çevrilir. Ömrünün axırına kimi Məhəmmədəmin Rəsulzadə bu şüarı xatırlayıb və deyib ki, “Azərbaycan adına siyasi məna verilməsi şərəfi Nəsib bəyə məxsusdur”.

 

Azərbaycan adının seçilməsi

 

Azərbaycan adı onsuz da var idi, tarixi və coğrafi bir termin kimi işlədilirdi. Xalq Cümhuriyyəti birləşməsi isə demokratikliyin simvolu idi. Yəni, cümhuriyyət qeydsiz-şərtsiz xalqındır, Hakimiyyətin mənbəyi xalqdır. Qərar isə ekstremal şəraitdə verildi. Gürcülər seymdən çıxır və istiqlaliyyət elan edir, bu məqamda Rəsulzadə Batumda danışıqlar aparırdı. O, qısa bir zaman ərzində İstiqlal bəyannaməsini göndəririr Nəsib bəyə, sonra Xoyski Cümhuriyyətin qurulduğunu elan edir.