 
                                İranda hakimiyyət davası
SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb
 18:30 | 23 fevral 2022 | Çərşənbə
                Məqaləyə 1301 dəfə baxılıb
                
                Şriftin ölçüsü
            					
            	
                18:30 | 23 fevral 2022 | Çərşənbə
                Məqaləyə 1301 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                 
                 
                	
                
                 
                                SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb
 
                                Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
 
                                Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
 
                                BMT-nin baş katibi İrandakı ölüm hökmləri ilə bağlı hesabat təqdim etdi
 
                                Sergey Lavrov və Zərif arasında qarşıdurma
 
                                Deputatlığa namizəd Səfa əl-Məşhədani öldürüldü
 
                                Fars-molla rejimi artıq oyuncaqlardan da qorxur
 
                                İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
 
                                Yaxud istibdadın iki üzü
 
                                Sanksiyalardan ən çox ziyan çəkən əhali olacaq
 
                                İsrail casusu olduğu iddia edilən 10-cu şəxsi ən ağır cəza cəzalandırıldı
 
                                İran valyutası rekord həddə ucuzlaşdı
 
                                İranın nüvə proqramı barədə nə bilirik?
 
                                “BMT sanksiyaları Çinə neft satışını dayandıra bilməz”
 
                                Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
 
                                İranlı deputat nüvə silahı prosesini gizli davam etdirməyi tələb edir
Qeyd edək ki, bundan öncə çoxsaylı etirazlarla qarşılaşdığı üçün layihənin müzakirəsi gecikdirilirdi. İran parlamentinin “Kiberməkanda İstifadəçilərin Hüquqlarının Müdafiəsi” adı altında fəaliyyət göstərən Müştərək Komissiyası ölkədə internetin maksimum məhdudlaşdırılması və hərbçilərin internetə nəzarətinin artırılması üçün təklif edilən qanun layihəsini komissiya üzvlərinin 18 lehinə, 1 əleyhinə səsi ilə qəbul edib.
Qanun layihəsinin əleyhinə səs verən yeganə nümayəndə Şərqi Azərbaycan əyalətinin Ocan (Bostanabad) şəhərinin İran parlamentindəki millət vəkili Qulamrza Nuri Qızılca olub.
“Təəssüflə tələsik şəkildə toplantı keçirib və qanun layihəsini qəbul etmək istədilər. Məsələnin qoyuluşu doğru deyil. Mən bununla razı olmadığım üçün əleyhinə səs verib və toplantını tərk etdim”-deyə, azərbaycanlı millət vəkili bildirib.
Təbriz, Üskü və Tufarqan şəhərlərinin nümayəndəsi və bundan öncə qanun layihəsinin müzakirəsinə qarşı çıxan Əhməd Əlirzabeygi isə məsələyə ilk münasibət bildirənlərdən biri olub.
O, qanun layihəsinin xalqın istəyi və iradəsinin əksinə olduğunu deyib və bunun qəbulunun daha çox problemlərə səbəb olacağı barədə xəbərdarlıq edib.
Əgər bu layihə məclis tərəfindən qanun olaraq qəbul edilərsə, onun mətnində bildirildiyi kimi, iranlı internet istifadəçilərinin bütün məlumatları toplanacaq. Dataların toplanması və istifadəsi isə İran qanunlarına əsasən, “normal hal” hesab ediləcək.
Xatırladaq ki, ötən illər ərzində İranın dini rəhbəri Əli Xameneyi bir çox çıxışlarında ölkədə virtual dünyanın “özbaşına” buraxıldığını bildirərək aidiyyəti qurumların onu məhdudlaşdırmamasını tənqid edib.
Digər tərəfdən, İran hökuməti habelə uzun illərdir ölkənin internet şəbəkəsini qlobal şəbəkədən ayırmağa çalışır. “Milli şəbəkə” adlanan bu layihəni işə salmaqla rejim ölkədə baş verən etirazları amansızlıqla yatırması ilə bağlı məlumat və görüntülərin xaricə yayılmasının qarşısını almaq istəyir.
“Dünyanın internet şəbəkəsi ilə əlaqələri kəsməyin açarı” adlandırılan bu layihənin iki il ərzində reallaşdırılması nəzərdə tutulur.
İran hökuməti interneti daha da məhdudlaşdırmağa elə bir halda çalışır ki, “Freedom House”nin 2021-ci il üçün yeni hesabatında dünya ölkələrinin İnternet Azadlığı İndeksi ilə bağlı hesabatında İran internet azadlığına görə dünyada ən sonuncu yerlərdən birini tutur və Belarus, Özbəkistan və Pakistan kimi ölkələrdən də geri qalır.
Qeyd edək ki, adı çəkilən qanun layihəsinin qəbulu ilə bağlı dəfələrlə parlamentdə müzakirələr olub və bir sıra güney azərbaycanlı millət vəkilləri, o cümlədən Təbrizin nümayəndəsi Məsud Pezeşkiyan, Əhməd Əlirzabeygi və Urmunun nümayəndəsi Ruhullah Həzrətpur onun əleyhinə olduqlarını bildiriblər.
Urmu şəhərinin İran parlamentindəki nümayəndəsi Ruhullah Həzrətpur parlamentdə bir neçə dəfə müzakirəyə çıxarılan və kiber məkana nəzarətin gücləndirilməsini nəzərdə tutan layihənin əleyhinə olduğunu deyib.
Ruhullah Həzrətpur insanlar üçün kiberməkan və sosial şəbəkələrdən geniş istifadənin qarşısının alınmasının mümkün olmadığını vurğulayıb.
“Kiber məkanın insanların qarşılıqlı əlaqə və ünsiyyət məkanı olduğu indiki şəraitdə onları bu imkandan məhrum etmək məntiqli deyil”, - deyə o, “İlna” xəbər agentliyinə verdiyi müsahibədə bildirib.
Həzrətpur millət vəkillərini bu gün əhalinin daha vacib problemlərinin həlli ilə qərar verməli olduqlarını diqqətə çatdıraraq, hazırda pandemiya məhdudiyyətlərindən irəli gələn ağır şəraitdə insanların iş və gəlir qaynaqlarından biri olan kiberməkana müdaxilənin yolverilməz olduğunu söyləyib.