FED qərarı dünyanı silkələyib
Qərardan sonra Azərbaycan cəmiyyətini düşündürən 3 sual meydana çıxdı
Eldəniz ƏMİROV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
FED 50 baza bəndi azaldıb
8 iclasda sabit qalan sabit qalan faizi dərəcəsi sonuncu dəfə dörd il yarım əvvəl enmişdi
-
Nyu-York birjasında üfüqi kurs
FED-in faiz qərarından əvvəl sükut
-
FED həftəsinə ehtiyatlı start
Qlobal bazarlar faiz dərəcəsinin azalacağını bilir, amma ...
-
Qlobal iqtisadi artım ehtimalı
“Fitch Ratings” bu il üçün hesabatını dərc edib
-
ABŞ-ın maliyyə qurumlarından müştərək təklif
FED rəsmisi bank kapital planına düzəlişlər etdiyini açıqlayıb
-
FED vəziyyətdən razıdır
“Bej Kitabı” qarşıdakı aylarda iqtisadi fəaliyyətin sabit qalacağını deyir
-
Qaynar ayda sərinlədən qazanc
Nyu-York Fond Birjası təlatümlü avqustu mənfəətlə başa vurub
-
Şəxsi istehlak gözləntilərə uyğun olub
İyul ayında ABŞ-da büdcə xərcləri artıb
-
İnflyasiyanın düşməsinə əminlik artır
Qlobal bazarlar məlumatlarla dolu həftəyə ehtiyatla başlayıb
-
Qlobal bazarların gözü FED sədrinin ağzına dikilib
Federal Ehtiyat Sistemi rəsmiləri dolların faiz endirimlərini məqbul hesab edir
-
Qlobal bazarlarda mənfi tendensiya qalır
FED-in gələn ay faiz dərəcələrini 25 bənd azaldacağına əmin olsalar da ...
-
Faiz dərəcəsi sabit qaldı
2001-ci ildən bəri qeydə alınan ən yüksək diapazon
-
“Bizə kömək edin”
ABŞ bank sektorunda zərərlər və yaranmış vəziyyət
-
ABŞ bank sistemində təlatüm
Üç bank özünü iflas elan etdi, kriptovalyuta bazarı silkələnəcək
-
15 ildə ən böyük artım
FED faiz dərəcəsini qaldırdı
-
Qarışıq dalğalanma ...
FED-in pul-kredit siyasətindəki şahin duruşunun yumşalma ehtimalı güclənir
Dünən ABŞ Federal Ehtiyat Sistemi (FED – red.) dolların uçot dərəcəsini artırdı. Təbii ki, bu qərar dünya iqtisadiyyatına, o cümlədən Azərbaycana təsirsiz ötüşmədi. Qərardan sonra ölkə cəmiyyətini düşündürən 3 sual meydana çıxdı.
1. 2022-ci ildə FED dolları nə qədər bahalaşdıracaq?
2. İnflyasiyanı cilovlamaq istəyi tənəzzül yaradacaqmı?
3. Azərbaycan manatını nə gözləyir?
1. 2022-ci ildə FED dolları nə qədər bahalaşdıracaq?
Artıq hamı bildi ki, Federal Ehtiyat Sistemi son 10 illiklər ərzində heç vaxt belə aqressiv qərar verməmişdi. Amma bu dəfə onlar iqtisadiyyatı yavaşlatmaq üçün 1994-cü ildən bəri uçot dərəcəsində ən böyük faiz artımını təsdiqlədi və bununla da 0,75 faiz bəndi artıraraq 1,50-1,75 faiz aralığına çatdı.
Əslində neçə müddət idi ki, FED bunun anonsunu verdiyi üçün bu apreldən bəri gözlənilən idi, Çünki, 6.3 faiz inflyasiyanın altında qalan Amerika onu 2 faizlik həddə salmaq istəyir. Amma davamlı olaraq təchizat zəncirinin pozulması və əmtəə bazarlarını pozan Rusiya-Ukrayna müharibəsi yaxın müddətdə heç cür buna imkan verməyəcək.
Əsas problem isə ondadır ki, bu hələ son deyil, iş hələ bitməyib. Növbəti ayda – iyulda da bunun davamı olacağı gözlənilir. 2007-ci ildə başlayan böhran zamanı da FES aqressiv siyasət yürütmüşdü. Amma bu gediş indiki qədər qısa zaman kəsiyində olmamışdı. Onda faiz dərəcələrini eyni artma prosesi üçün 2 il 5 ay lazım gəlmişdi. İndi isə FED-in dayanmaq fikri yoxdur, il sonuna faiz dərəcələrinin 3,5 faizə qədər çatdırılma ehtimalı çox böyükdür. Bu isə 1994 yox, 1980-cı illərdən bəri bir il ərzində ən çox sərtləşmədir.
2. İnfilyasiyanı cilovlamaq istəyi tənəzzül yaradacaqmı?
Problem odur ki, yüksək faiz dərəcələrinin iqtisadiyyata təsir etməsi və inflyasiyanı boğması üçün vaxt lazımdır. Bu lazım olan vaxt isə tənəzzülü artıra bilər. Çünki faiz artımları inflyasiyanı cilovlama təsiri daha gec, tənəzzül yaratma imkanları nisbətən daha tez baş verir. Yəni inflyasiyaya qalib gəlməzdən əvvəl ciddi tənəzzül başlaya bilir.
Təcrübə onu göstərir ki, bir çox hallarda yuxarı inflyasiyalar zamanı bu baş verir. Staqflyasiya dövründə isə tənəzzül qaçılmaz olur (Staqflyasiya inflyasiya və işsizliyin eyni anda baş verməsidir). Bundan qaçmaq üçün isə yenidən uçot dərəcəsini aşağı salmağa ehtiyac yaranır. Buna görə də ola bilsin ki, son artımdan sonra FED iqtisadiyyatın necə inkişaf etdiyini görmək üçün bir qədər gözləmə mövqeyi tutsun. Bazarın davranışlarını test etmədən artımların edilməsi tənəzzülü genişləndirə bilər. Bu da ABŞ iqtisadiyyatı üçün 80-ci illərdən bəri ən çətin duruma sala bilər. Buna görə də ABŞ-da dolların bahalaşmasının əleyhinə olanlar da var. Onları tənəzzül qorxudur. Böyük ehtimal ki, faiz artımının səviyyəsi qismən konsensusdan asılı olacaqdır.
3. Azərbaycan manatını nə gözləyir?
FED-in qərarının Azərbaycan manatına təsirlərinə gəlincə isə əgər manat üzən məzənnə rejimində olsaydı və manatın bugünkü, məzənnəsi şərti olaraq 1 dollar = X manat səviyyəsində qərarlaşsaydı, o zaman FED-in qərarından sonra 1 dollar X+ 0,5X manat (+ - 0,25X) səviyyəsinə qədər bahalaşma təhlükəsi yaradırdı. Bu isə iqtisadiyyata bir çox ciddi zərbələr vura və inflyasiyanı sürətləndirə bilərdi. Azərbaycanın Mərkəzi Bankı isə vəziyyəti nisbətən cilovlamaq üçün FED qərarına analoji olaraq eyni nisbətdə uçot dərəcəsini qaldırmalı olacaqdı. Yəni hazırkı 7,75 faizlik dərəcədən birdən birə 13,5 faizə qaldırmalı olacaqdı. Bu da iqtisadiyyatımız üçün ciddi tənəzzül yarada bilərdi.
Amma xoşbəxtlikdən manat iqtisadi qanunların və ölkənin iqtisadi potensialının öhdəsinə buraxılmayıb. Ölkədə makroiqtisadi stabilliyin qorunması üçün manatın məzənnə stabilliyinə önəm verilir və inzibati qaydada məzənnə səviyyəsi stabil olaraq qorunub saxlanılır. Odur ki, FED qərarının manata bir başa ciddi təsirinin olacağından danışmaq düzgün olmaz. Sadəcə FED qərarı manatın məzənnəsini saxlamaq üçün səfərbər edilən valyuta həcmlərini artıra bilər ki, bu da valyuta ehtiyatlarının həcminə mənfi təsir edə bilər.
Lakin bu məsələdə qorxulu hal yoxdur. Ona görə ki, Azərbaycan Mərkəzi Bankını məlumatına görə dollara tələb kəskin azalır, yəni satış həcmi azalan xətlə davam edir. İdxalın həcmində olan dəyişiklik, nağd pul kütləsinin məhdudlaşdırılması, əhalinin alıcılıq qabiliyyətinin azalması və s. kimi səbəblər dollara olan tələbi azaldır. Əvəzində insanlar yüksələn inflyasiya, artan qiymətlər şəraitində öz xərclərini qarşılamaq üçün ehtiyat günləri üçün yastıq altına yığdıqları kiçik dollar ehtiyatlarını manata çevirirlər.
Qısası, FED qərarlarının inzibati idarəetmə metodlarının təsirində olan manata ciddi təsiri olmayacaq. Amma bunun sərbəst məzənnə ilə formalaşan milli valyutaya sahib ölkələrə, daha çox Amerika iqtisadiyyatından asılı olan ölkələrə, o cümlədən Avropa ölkələrinə, oranın bank sisteminə və Avroya təsirləri qaçılmazdır.