
Misir və Çin 3 mühüm saziş imzaladı
Yerli valyutalarla maliyyə əməkdaşlığının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb
Yerli valyutalarla maliyyə əməkdaşlığının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb
Trampın tarif təhdidləri və FED gözləntiləri qızıl bazarını sabit saxlayır
“Goldman Sachs”: “Yenidən riskli valyutaya çevrilə bilər”
Qızıl ETF-lər 2025-ci ilin birinci yarısında ərzində ən böyük axını gördü
Almaniyada tələbə kreditlərinə maraq azalıb
Qiymətli metal itirdiklərini geri qaytarıb
Trampın 25 faizlik gömrük rüsumları yeni ucuzlaşdırdı
Birjalarda narahatlıq artıb, səhmlər enib, dollar bahalaşıb
ABŞ prezidenti FED sədrinin dirəncini qıra biləcəkmi?
Qızıl ABŞ-ın kritik məşğulluq məlumatlarını qabaqlayır
“AMB faiz dərəcələrini daha da aşağı salmağa tələsmir”
İspaniya, Finlandiya və İsveç liderlik edir
Qlobal bazarlar ABŞ məlumatlarını qabaqlayaraq dar diapazonda hərəkət edir
Qiymətli metal ABŞ-da iqtisadi narahatlıqların artması ilə yüksəlir
Qlobal bazarlar ilin ikinci yarısına yüksəlişlə başladı
Yüksəliş artan ticarət və geosiyasi risklərlə də dəstəklənir
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsinin mütəmadi artırmaq ilə bağlı qərarları qızıl bazarını da “vurub”. Son 6 ayda dünya bazarında 17.0 faiz dəyər itirən qızılın hər qramının qiyməti 63 dollardan 52 dollaradək ucuzlaşıb. Bir aylıq və eləcə də illik yekunlar da neqativdir: son 1 ildə 9.0 faiz dəyər itirən qiymətli metal son 1 ayda 2.3 faiz ucuzlaşıb.
Qızılın ucuzlaşması dünya bazarında dolların möhkəmlənməsi fonunda investorların öz pullarını daha çox valyuta bazarına yönəltməsi ilə bağlıdır. Eyni zamanda, sözügedən qiymətli metal uzun müddət artım tendensiyasını da qoruyub saxlaya bilməzdi. Digər strateji birjalarda, o cümlədən neft bazarında da volatilliyin yüksək olması da valyutalara tələbi artırıb. 2022-ci ilin geridə qalan aylarında dollar səbət valyutalara nisbətən 14.0 faiz bahalaşıb. Bu isə ondan xəbər verir ki, əgər qızıl yığımları dəyər itiribsə, əksinə dollara sərmayə investorlara gəlir gətirib. 3.25 faizlik FED uçot dərəcəsi isə təbii ki xarici səhmdarlar üçün əlavə qazancdır.
Azərbaycanda da yığımlarda qızıldan istifadə olunur. Son qlobal və regional dəyişikliklər göstərir ki, daha çevik yığım alətlərindən istifadə vacibdir. Bu indiki halda yığımlarda gəlirliyi qorumağın yeganə yoludur.