

Minsk Avropa Oyunlarını keçirməyə hazırlaşır
Aleksandr Lapşini gətirmək üçün...
Minsk Avrasiya İttifaqına niyə məhəl qoymur?
«Belarus Azərbaycanı hər zaman dəstəkləyir»
Amma Lukaşenko qərarın icrasına mane olur
«Həyat yuxuda da öz sonuna doğru gedir» (A.Bule)
İlham Əliyev: «MDB ölkələrini bir-birinə tarixi köklər bağlayır»
Əyyub Quliyev Rusiyanın məşhur orkestri ilə silsilə konsertlər keçirilib
Dekabrın 13-dən 18-dək ənənəvi Minsk Beynəlxalq Milad Opera Forumu keçiriləcək. Belarusun Böyük Teatrı artıq 12-ci dəfə təşkil etdiyi sənət bayramı ilə klassik musiqi xiridarlarını sevindirəcək.
Bir neçə ölkə təmsilçisinin, yaxın-uzaq ölkə teatrlarının qatıldığı Opera forumunda Azərbaycan sənətçiləri də alqış qazanmağa iddialıdır.
Dekabrın 14-də “Gelikon-opera”nın təqdim edəcəyi C.Puççininin “Turandot” operasını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edəcək.
16 dekabr afişasını da daha bir soydaşımızın ismi bəzəyəcək. Belarus Böyük Teatrının ötənilki premyerasında – Q.Donisettinin “Sevgi şərbəti” tamaşasında Sankt-Peterburq Mariinski Teatrının solisti Məhərrəm Hüseynov səhnəyə çıxacaq. Məhərrəm tamaşada sərgərdan təbib Dulkamaranın partiyasını ifa edəcək. Qeyd edək ki, bu tamaşa gənc vokalçı soydaşımızın forumda son çıxışı olmayacaq. O, forumun qala-gecəsində də digər 6 ölkə təmsilçisi ilə səhnəni paylaşacaq.
Yeri gəlmişkən, bu günlərdə Məhərrəm Hüseynov Mariinski Teatrındakı iki tamaşada – Q.Donisettinin “Don Paskuale” operasında titul partiyanın və C.Rossininin “İtaliyalı qadın Əlcəzairdə” tamaşasındakı Mustafa partiyasının parlaq ifasına görə Rusiyanın “Onegin” opera mükafatına (“Debüt” nominasiyası) layiq görülüb.