vaxtlı-vaxtında oxuyun! Bazar, 22 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
Bütün proses anbaan 10:17 | 22 iyun 2025 | Bazar Məqaləyə 131 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bütün proses anbaan

ABŞ-ın İranın nüvə obyektlərinə zərbələrindən sonra nələr yaşandı? (hər saat yenilənir)

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Tramp İranın nüvə obyektlərinə “bunker qatilləri” kimi tanınan “B-2” bombardmançıları tərəfindən vurulduğunu açıqlayıb. Tramp “Fordo artıq yoxdur” deyib. İsrail İranın İsrailə raket zərbələri endirib, Tel-Əvivdə və ölkənin mərkəzi hissəsində partlayış səsləri eşidilib.

İsrail-İran müharibəsi 10-cu günündə qarşılıqlı hücumlarla davam edərkən, ABŞ ilk dəfə olaraq faktiki və rəsmi olaraq müharibəyə qoşulub.

ABŞ qüvvələri İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə zərbələr endirib.

Hücum barədə ABŞ prezidenti Donald Tramp şəxsən məlumat verib.

Sosial media hesabından paylaşım edən Tramp, “Fordo obyektini bombaladıq. Hazırda bütün təyyarələrimiz İran hava məkanından kənardadır. Təyyarələrimiz evə qayıdır”, – deyib.

Tramp, “Fordo artıq yoxdur. ABŞ-ın İrana hücumu ABŞ, İsrail və dünya üçün tarixi bir andır. İran indi bu müharibəyə son qoymağa razı olmalıdır”.

Tramp həmçinin, “Biz Fordo nüvə obyektinə tam həcmli bomba atdıq”, – deyib.

Hücumda iştirak edən pilotları təbrik edən və dünyada heç bir ordunun bu əməliyyatı həyata keçirə bilməyəcəyini iddia edən Tramp açıqlamasını “Sülh zamanıdır” sözləri ilə yekunlaşdırıb.

***

ABŞ prezidenti İrana hücumla bağlı Bakı vaxtı ilə saat 06:00-da Ağ Evdə ölkə daxilində çıxış edəcəyini açıqlayıb.

Hücumda İranın yeraltı Fordo nüvə obyektini məhv edə biləcək silahı daşıyan yeganə təyyarə olan Amerikanın “B-2” radara görünməyən bombardmançı təyyarələrindən istifadə edildiyi bildirilib.

Bu təyyarələr “bunker qatilləri” kimi tanınır.

***

Digər tərəfdən, İsrail dövlət televiziyası Kanda yayımlanan xəbərdə ABŞ-ın hücumlar zamanı İsrail rəhbərliyi ilə tam koordinasiyada olduğu vurğulanıb.


12.20 - Dünyadan ABŞ-a etirazlar

ABŞ-ın İrana hücumlarına dünyadan reaksiyalar gəlməkdə davam edir.

Pakistan ABŞ-ın İrandakı nüvə obyektlərinə hücumunu pisləyib və bəyan edib ki, İran Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinə uyğun olaraq özünü müdafiə etmək hüququna malikdir.

Nüvə müzakirələrində ABŞ və İran arasında vasitəçilik edən Oman Xarici İşlər Nazirliyi də oxşar bəyanatda “ABŞ-ın İranın nüvə obyektlərinə hücumlarının beynəlxalq hüquq və BMT Nizamnaməsini ciddi şəkildə pozduğunu”, – bildirib.

İsveçrə həmçinin ABŞ-ın hücumlarından sonra dərhal diplomatiyaya qayıtmağa, mötədilliyə və beynəlxalq hüquqa tam hörmət etməyə çağırıb.

 

11.50 – İngiltərə: İrana qarşı hücumlarda iştirak etmədik, amma bizə xəbər verildi

“Nour News” xəbər saytının məlumatına görə, İran Xarici İşlər Nazirliyi “Müharibəni qızışdıran ABŞ hökuməti İrana qarşı təcavüzünün çox təhlükəli nəticələrinə görə məsuliyyət daşıyacaq”, – deyib.

Digər tərəfdən İngiltərənin ticarət naziri Conatan Reynolds İngiltərənin İrana hücumda iştirak etmədiyini, lakin məlumatlandırıldığını bildirib. Reynolds, Baş nazir Starmerin bu səhər əsas müttəfiqləri ilə görüşdüyünü bildirdi.

Qətər Xarici İşlər Nazirliyinin “X” hesabından edilən paylaşımda, ABŞ-ın İrana hücumlarından sonra yaranan təhlükəli gərginliyin həm regional, həm də beynəlxalq səviyyədə fəlakətli təsirləri və nəticələri olacağı bildirilib.

 

11.40 - İran Atom Enerjisi Agentliyi rəhbərinin MAQATE rəhbəri Qrosiyə məktubu

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossiyə məktub yazaraq ondan hərəkətsizliyinə son qoymağı, ABŞ-ın hücumlarını pisləməyi və müvafiq addımlar atmağı xahiş edib.

İranın nüvə obyektlərinə hücum edərək ABŞ-ın qeyri-qanuni hərəkətlərinin araşdırılmasına çağıran İslami, “İran öz suveren hüquqlarını müdafiə etmək üçün lazımi tədbirləri görüb və müvafiq qanuni tədbirlər görəcək”, – deyib.

 

11.35 - AB-dən bəyanat

Avropa Birliyinin (AB) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas “X” hesabında açıqlamasında, “İrana nüvə silahı yaratmağa icazə verilməməlidir, çünki bu, beynəlxalq təhlükəsizliyə təhdid olardı”, – deyib.

Bütün tərəfləri geri çəkilməyə, danışıqlar masasına qayıtmağa və daha da gərginliyin qarşısını almağa çağıran Kallas, “Avropa Birliyinin xarici işlər nazirləri sabah vəziyyəti müzakirə edəcəklər”, – deyib.

 

11.30 - İran: İsrailə 40 raket ilə hücum etdik, ilk dəfə “Xibrə Şaxan” raketlərindən istifadə etdik

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) İsrailə qarşı son hücumda 40 raketdən istifadə edildiyini və bu hücumda ilk dəfə olaraq “Xibrə Şaxan” tipli raketlərdən istifadə edildiyini açıqlayıb. Bəyanatda deyilir ki, “silahlı qüvvələrin imkanlarının əsas hissələri hələ işə salınmayıb”.

İsrail ordusundan verilən açıqlamada, İsrail Müdafiə Qüvvələrinin bu gün səhər saatlarında İran Hərbi Hava Qüvvələrinə aid iki “F-5” döyüş təyyarəsinə hücum etdiyi bildirilib. Hücumun ölkənin şərqindəki Dezful hava limanında törədildiyi bildirilib.

 

11:20 - “Fordoda zənginləşdirilmiş uran hücumdan əvvəl başqa yerə köçürüb”

İranlı yüksək səviyyəli mənbə “Reuters” agentliyinə bildirib ki, “ABŞ-ın hədəf aldığı üç nüvə obyektindən biri olan Fordoda yüksək zənginləşdirilmiş uranın böyük bir hissəsi ABŞ-ın hücumundan əvvəl açıqlanmayan yerə köçürülüb”.

Mənbənin verdiyi məlumata görə, Fordo obyektindəki personalın sayı da minimuma endirilib.

 

11:15 - MAQATE idarə heyətinin fövqəladə İclası keçiriləcək

ABŞ-ın İranın nüvə obyektlərinə hücumundan sonra Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Qrossi sosial media hesabında “İrandakı fövqəladə vəziyyət fonunda sabah MAQATE idarə heyətinin fövqəladə iclasını keçirirəm”, – deyə açıqlama verib.

Digər tərəfdən, İran Parlamentinin Xarici Siyasət Komitəsinin rəhbəri Abbas Qolru özünün “X” sosial media hesabında ABŞ-ın hücumlarından sonra İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmaq üçün qanuni haqqı olduğunu bildirib.

Müqavilənin 10-cu maddəsində deyilir ki, “Hər bir tərəf öz milli suverenliyindən istifadə edərək, müqavilənin əhatə dairəsinə daxil olan fövqəladə halların öz ölkəsinin ali mənafeyini təhlükə altına qoyması barədə qərar qəbul edərsə, müqavilədən çıxmaq hüququna malikdir”.

 

11:00 - Səudiya Ərəbistiyası: Narahatlıqla izləyirik

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi ABŞ-ın İranın nüvə obyektlərini hədəfə alaraq ölkənin suverenliyini pozmasını pisləyib. Nazirliyin açıqlamasında hadisələrin narahatlıqla izləndiyi bildirilib.

 

10:40 - Starmer: İran nüvə silahına sahib ola bilməz, ABŞ bu təhlükəni durdurmaq üçün hərəkətə keçdi

ABŞ-ın İrana hücumlarından sonra Böyük Britaniyanın Baş naziri və İşçi Partiyasının lideri Keir Starmer “İrana heç vaxt nüvə silahı yaratmağa icazə verilə bilməz və ABŞ bu təhlükəni azaltmaq üçün hərəkətə keçib”, – deyib.

İranın nüvə proqramının beynəlxalq təhlükəsizliyə böyük təhdid yaratdığını iddia edən Starmer, İranı “bu böhrana son qoymaq üçün danışıqlar masasına qayıtmağa və diplomatik həll yolu tapmağa”, – çağırıb.

Yaxın Şərqdə vəziyyətin qeyri-sabit davam etdiyini bildirən Starmer regionda sabitliyin prioritet olduğunu qeyd edib.

 

10.25 - İraq: ABŞ hücumları Yaxın Şərqdə sülh və sabitliyi təhdid edir

İraq hökumətinin sözçüsü Bəsim Əlavadi ABŞ-ın qonşu İrandakı nüvə təhdidlərinə qarşı hücumlarının Yaxın Şərqdə sülh və sabitliyi təhdid etdiyi barədə xəbərdarlıq edib.

 

İraqın nüvə obyektlərinin hədəfə alınmasından “dərin narahatlığını və şiddətli qınağını”, – bildirən Əlavadi, "Hərbi eskalasiya Yaxın Şərqdə sülh və təhlükəsizliyə ciddi təhlükə və regional sabitlik üçün ciddi risklər yaradır”, – deyib.

 

10.15 - İsraildə yaralıların sayı 27-yə çatdır

İsrail xilasetmə xidmətləri bu gün İranın raket hücumları nəticəsində yaralananların sayının 27-yə yüksəldiyini açıqlayıb. 22 nəfərin yüngül yaralandığı bildirilib.

 

09.55 - NATO: Vəziyyəti izləyirik

NATO rəsmisi “Reuters” agentliyinə bildirib ki, NATO vəziyyəti yaxından izləyir.

 

09.44 - İsraildən İrana yeni hücum dalğası

AFP xəbər agentliyinin məlumatına görə, İran İsraildəki əraziləri, o cümlədən Tel-Əviv yaxınlığındakı Ben Qurion hava limanını hədəf aldığını açıqlayıb.

“Haaretz” qəzetinin məlumatına görə, İrandan İsrailə 25 raket atılıb, nəticədə Təl-Əvivdə 14 nəfər yaralanıb.

İsrail ordusu İranın qərbindəki “hərbi hədəflərə” yeni hücum dalğasına başladığını açıqlayıb.

 

09:40 - İran Xarici Nazirliyi: ABŞ müharibəyə dıplomatik prosesin ortasında müharibəyə başladı

İran Xarici İşlər Nazirliyi ABŞ-ın hücumları ilə bağlı verdiyi açıqlamada, “Dünya unutmamalıdır ki, ABŞ diplomatik prosesin ortasında İrana qarşı müharibəyə başlayıb”.

Beynəlxalq təşkilatlara da çağırış edən İran Xarici İşlər Nazirliyi, “Bu açıq-aşkar təcavüz qarşısında susmaq dünyanı görünməmiş, geniş yayılmış təhlükə qarşısında qoyur”, – deyib.

09:15 - İsrail ordusu: Hücumlar bitdi, sığınacaqları tərk edə bilərsiniz

İsrail ordusu İrandan başlanan son hücumların sona çatdığını və mülki şəxslərin sığınacaqlarını tərk edə biləcəyini açıqlayıb. İsrail mətbuatında yer alan xəbərə görə, İran raketləri ölkənin şimal və daxili hissələrini, Hayfa və Təl-Əviv şəhərlərini də vurub.

“Haaretz” qəzetinin məlumatına görə, İranın raket hücumundan sonra Tel-Əvivdə bəzi binalara ciddi ziyan dəyib. İsrail fövqəladə hallar xidmətləri də biri orta ağır olmaqla 11 nəfərin yaralandığını açıqlayıb.

 

09.05 - MAQATE: Hücumdan sonra radiasiya artım yoxdur

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranda üç obyektə edilən hücumlardan sonra bölgədə radiasiya səviyyəsinin artmadığını müəyyən etdiyini açıqlayıb.

 

08.45 - İran BMT TŞ-ni fövqəladə iclasa çağırıb

İran BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. İranın BMT-dəki nümayəndəsi “ABŞ-ın hücumlarını ən sərt şəkildə qınayırıq” deyib.

 

08:30 - İsrail: İran İsrailə raketlər atıb

İsrailin Tel-Əviv şəhərində hava hücumu ilə bağlı xəbərdarlıq edilib. İsrail ordusu İranın İsrailə raket zərbələri endirdiyini açıqlayıb. Təl-Əviv səmasında çoxsaylı partlayış səsləri eşidilib. “Reuters” xəbər agentliyi İranın atdığı raketlərin Yerusəlimdə hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu bildirib.

Çoxsaylı partlayış səsləri İsrailin mərkəzində də eşidilib. İsrail mediası raketlərin İsrailin bir çox bölgəsini vurduğunu bildirib. İsrail dövlət televiziyası KAN, İranın hücumlarında İsrailə 10 raketin düşdüyünü bildirib. İran dövlət televiziyası İsrailə 30 raket atıldığını bildirib.

İsrailin El Al və Arkia aviaşirkətləri uçuşları müvəqqəti olaraq dayandırdıqlarını açıqlayıb.

 

08.20 - Araqçı: Suverenliyimizi qorumaq üçün bütün vasitələrə sahibik

İranın xarici işlər naziri Abbas Araqçı, "ABŞ İranın dinc məqsədli nüvə obyektlərinə hücum edərək Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsini, beynəlxalq hüququ və nüvə silahının yayılmaması müqaviləsini ciddi şəkildə pozub" deyib.

Araqçı bildirib ki, "İran BMT Nizamnaməsi çərçivəsində suverenliyini, xalqını və maraqlarını qorumaq üçün bütün variantları özündə saxlayır".

 

08.00 - Təyyarələr 37 saatlıq birbaşa uçuşla İranı vurdu

“The New York Times” qəzetinin ABŞ rəsmilərinə əsaslanan xəbərinə görə, İranı vuran “Ruh” ləqəbli “B-2” bombardmançı təyyarələri Missuri ştatındakı hava bazasından havaya qalxıb. Onlar əməliyyatı 37 saatlıq birbaşa uçuşla həyata keçiriblər.

 

07:30 - İsrail hava məkanını bağladı

İsrail Hava Limanları İdarəsindən verilən açıqlamada ölkənin hava sahəsinin bütün uçuşlar üçün bağlandığı bildirilib.

Açıqlamada Misir və İordaniya üzərindən quru keçidlərinin açıq saxlanıldığı da bildirilib.

 

07:00 - İran: bölgədə yaşayanlar üçün nüvə təhlükəsi yoxdur

İranın Nüvə Tənzimləmə Təşkilatı ABŞ-ın hədəf aldığı nüvə obyektlərinin ətrafında yaşayanlar üçün heç bir təhlükə olmadığını açıqlayıb.

 

06:45 - "ABŞ və İsrail hücumu bir il əvvəl məşq etdi" iddiası

ABŞ mediası İsrail və ABŞ-ın Fordoya hücumu bir il əvvəl tətbiq etdiyini iddia edib.

 

06:30: ABŞ “Tomahawk” raketlərindən də istifadə etdi

ABŞ-ın İranın ən əhəmiyyətli nüvə obyekti olan Fordonun 6 bunker partladan sursatla vurduğu, digər iki obyektin isə bölgədəki Amerika sualtı qayıqlarından atılan 30 “Tomahawk” raketi ilə məhv edildiyi iddia edilib.

“Fox News”un aparıcısı Şon Hannniti, ABŞ prezidenti Donald Trampla telefonla danışdığını və Trampın ona İranın nüvə obyektlərinə edilən hücumlarda təxminən 645 kilometr uzaqlıqdakı Amerika sualtı qayıqlarından 30 “Tomahawk” raketinin də atıldığını söylədiyini söylədi.

 

06:00 - BMT: Beynəlxalq sülhə birbaşa təhdid

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş ABŞ-ın İrandakı nüvə obyektlərinə etdiyi hücumlardan dərin narahat olduğunu bildirib.

Quterreş hücumdan sonra bəyanat yayıb.

Hücumun bölgədə hələ də gərgin olan təhlükəli bir eskalasiya olduğunu vurğulayan Quterreş, "İrana qarşı güc tətbiqindən dərin narahatam. Bu, beynəlxalq sülh və təhlükəsizliyə birbaşa təhdiddir", – deyib.

Quterreş münaqişənin nəzarətdən çıxma riskinin artmasına diqqət çəkərək bunun mülki əhali, region və dünya üçün fəlakətli nəticələrə gətirib çıxaracağı ilə bağlı xəbərdarlıq edib.

BMT üzvlərini gərginliyi azaltmağa, BMT Nizamnaməsi və digər beynəlxalq hüquq qaydaları ilə qoyulan öhdəliklərə əməl etməyə çağıran Quterreş bunları deyib: "Bu təhlükəli anda xaos spiralından qaçmaq vacibdir. Hərbi variant həll yolu deyil, yeganə yol diplomatiya, yeganə ümid sülhdür".

 

05.50 - Netanyahu: Trampın cəsur qərarı tarixi dəyişəcək

ABŞ-ın hücumundan sonra ilk bəyanatı İsrailin baş naziri Benyamin Netanyahu verib.

Netanyahu sosial mediada "Bu gecə ABŞ və Tramp çox güclü hərəkət etdilər. Prezident Trampı təbrik edirəm. ABŞ-ın möhtəşəm və ədalətli qüdrəti ilə İranın nüvə obyektlərini hədəfə almağa dair cəsarətli qərarı tarixi dəyişəcək”, – deyib.

“Tarix yazacaq ki, Tramp dünyanın ən təhlükəli silahının dünyanın ən təhlükəli rejiminin əlinə keçməsinin qarşısını alıb. Prezident Tramp və mən tez-tez güc vasitəsilə sülh deyirik. Əvvəlcə güc, sonra sülh gəlir", – Netanyahu deyib.

 

05.45 - İran: Fordoda nüvə sızmaları yoxdur

İran rəsmisi ABŞ-ın hücumundan sonra Fordoda nüvə sızmasının olmadığını iddia edib.

Fordoda uran zənginləşdirmə qurğusunun yerləşdiyi Qum əyalətindən bir əyalət qubernatorluğu rəsmisi deyib ki, “Fordo nüvə obyekti ABŞ tərəfindən hücuma məruz qalıb və bu obyekt zədələnib, lakin onun daxilində və ətrafında heç bir nüvə sızması yoxdur”.

 

05.40 - İddia: ABŞ hücumunda İsrail təyyarələri da iştirak edib

ABŞ-ın İranın nüvə obyektlərinə hücumlarında İsrail qırıcılarının da iştirak etdiyi iddia edilib.

İsrailin Kanal 14 Televiziyasının xəbərinə görə, adı açıqlanmayan yüksək səviyyəli İsrail rəsmisi ABŞ-ın İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə hücumunda 6 “B-2” bombardmançısının iştirak etdiyini bildirib.

 

05.30 - İsrail məsuliyyətlərə qarşı xəbərdarlıq haqqında

ABŞ-ın hücumundan sonra İsraildə mümkün cavab tədbirlərinə qarşı sosial məhdudiyyətlər tətbiq edilib.

Ordu tərəfindən edilən açıqlamada, ölkə daxilində bütün məktəblərin bağlandığı, toplantıların qadağan edildiyi və yalnız vacib müəssisələrin açıq qalmasına icazə veriləcəyi açıqlandı.

 

05.15 - Tramp hücumdan sonra Netanyahu ilə danışıb

Ağ Ev bəyan edib ki, ABŞ İranın nüvə obyektlərinə hücumlardan əvvəl İsraili məlumatlandırıb.

Digər tərəfdən Trampın hücumdan sonra Netanyahu ilə də danışdığı bildirilib.

 

05:00 - İran: Obyektlər evakuasiya edilib

İran rəsmiləri ABŞ-ın hücumundan əvvəl üç nüvə obyektindəki bütün materialların boşaldıldığını iddia edib. Rəsmilər obyektlərə qismən ziyan dəydiyini və geri dönməz vəziyyətin olmadığını iddia ediblər.

 

04:50 - CNN: ABŞ prezidenti yeni hücumlar planlamır

CNN ABŞ rəsmilərinə istinadən xəbər verir ki, “Tramp hücumların diplomatiyaya təkan verəcəyinə ümid edir və yeni hücumlar planlaşdırmır”.

 

04:40 - İran ABŞ-ın hücümünü təsdiq edir

İran mediası rəsmilərin məlumatlarına əsasən ABŞ-ın nüvə obyektlərinə hücumunu təsdiqləyib. İran rəsmiləri də ABŞ-ın Natanz və İsfahandakı hücumlarını təsdiqləyib.