Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
“Sputnik Azərbaycan”da çalışan iki nəfərin Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ilə əlaqəli olduğu iddiası və onların saxlanılması, Bakının artıq ölkə daxilində Rusiya kəşfiyyat şəbəkələrinə qarşı açıq əməliyyat mərhələsinə keçdiyini göstərir.
Çox ciddi hadisədir.
Bu hadisəni, xarici ölkənin media əməkdaşlarının saxlanılması kimi dəyərləndirmək doğru olmazdı, bu, həm də hibrid savaş aləti kimi istifadə edilən informasiya kanallarına qarşı yönəlmiş strateji bir cavab addımı kimi görünür.
Ehtimal olunur ki, həmin şəxslər Azərbaycanda ictimai rəyə təsir göstərmək, siyasi proseslərə yön vermək və ya daxili sabitliyi pozmaq məqsədilə informasiya əməliyyatları həyata keçirmək üzrə təlimatlandırılıblar.
Bu , həm də beynəlxalq ictimaiyyətə yönəlik bir mesajdır ki, xarici ölkənin kəşfiyyatına qarşı addımlar atılıb.
Hadisə həmçinin Rusiya ilə Azərbaycan arasında münasibətlərdə gərginliyin hədsiz yüksək olmasını göstərir. Xüsusilə də, regional geosiyasi dəyişikliklər fonunda Bakı öz informasiya təhlükəsizliyi və suverenliyini daha sərt şəkildə qorumağa başlayıb.
Görünən odur ki, təyyarəmizin Rusiya tərəfindən vurulmasından, həmçinin soydaşlarımıza qarşı aparılan qətllərdən və zorakalıqlardan sonra Rusiya Azərbaycan münasibətləri yeni mərhələyə daxil olub.
Azərbaycanın öz milli informasiya məkanını qoruması və xarici kəşfiyyata qarşı mübarizə istiqamətindəki addımları təqdirəlayiqdir.