vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AVROPA  
15:09 | 23 iyul 2024 | Çərşənbə axşamı Məqaləyə 235 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

4 mühacir üçün milyard dollar?

Mühafizəkarların “Ruanda planı” işə yaramadı

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük Britaniyada gündəm keçmiş hökumətin həyata keçirdiyi deportasiya planıdır. Britaniyanın sonuncu Mühafizəkar hökuməti Ruandaya sığınacaq axtaranları göndərmək üçün mübahisəli plana demək olar ki, bir milyard dollar xərcləyib. bu barədə yeni təyin olunmuş immiqrasiya naziri bildirib.

Əvvəlki Britaniya hökuməti Ruandaya sığınacaq axtaranların göndərilməsinə açıqlanandan xeyli çox pul xərcləyib.

Qaçqınların yerləşdirilməsi üçün Afrikaya göndərilməsini tələb edən plan Mühafizəkarların baş nazirləri tərəfindən dəstəklənib. Lakin bu təşəbbüslə heç bir miqrant Ruandaya deportasiya edilmədi. Bu il Mərkəzi Afrika ölkəsinə təyyarə ilə cəmi 4 nəfər göndərilib və onlar hər birinə 3000 funt sterlinq təklif edildikdən sonra könüllü getməyə razılaşıblar.

Daxili işlər naziri Yvette Kuper bildirib ki, deportasiya planı hökumətə təxminən 900 milyon dollara başa gəlib.

Leyboristlər hökuməti bu ayın əvvəlində böyük qələbə ilə seçildikdən sonra Baş nazir Keir Starmer Ruanda Planını ləğv edəcəyini açıqlayıb.

Hökumət, bu vəsaitin geri qaytarıla biləcəyini yaxından araşdıracağını söyləyib, lakin Ruanda hökumətinin sözçüsü bu ayın əvvəlində iki ölkə arasındakı razılaşmanın geri qaytarma bəndinin olmadığını bildirib.

Ruanda siyasəti ilk dəfə 2022-ci ildə Boris Conson hökuməti dövründə tətbiq edilib və insan haqları qrupları və hüquq ekspertləri tərəfindən tənqidlə qarşılanıb.

Mühafizəkar hökumət bu siyasəti insanların La-Manş boğazı boyunca kiçik qayıqlarla təhlükəli keçidlərin qarşısını almaq öhdəliyinin təməl daşı kimi dəstəkləməyə davam edib. Mühafizəkarların son baş naziri Rişi Sunak, Ali Məhkəmənin qərarından yan keçmək məqsədilə Ruandanı “təhlükəsiz ölkə” elan edən qanunu qəbul edib və iyulun 4-də keçiriləcək ümumi seçkilər öncəsi planı dəstəkləməyə davam edib.