Yaşlıların musiqi yaddaşı gənclərinki qədər güclüdür
Yaddaş problemindən əziyyət çəkənlər üçün yeni müalicə üsulları hazırlana bilər
MEHİN
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Bethoven və Meray Keri istedadı
Ritorik mahnılar beynin gizli qabiliyyətlərini ortaya qoyur
-
“Gözəllik baxanın gözündədir”
Niyə bəzi müğənnilərin səsini daha çox bəyənirik?
-
75 yaş hesabat rəqəmidir
Yaxud sənət həm də zəhmət istəyir...
-
Dünyanı kimlər dəyişib?
Dəli dahilər, yoxsa dahi dəlilər?
-
... Musiqinin gücü
Tərk edilməsi mümkünsüz görünən hotel və ...
-
«Ən azı əlli il geri qalmışıq!»
Sovet musiqisi və musiqili işgəncələr
-
Şadlıq evlərinə «sürpriz»
Müəllif Hüquqları Agentliyi: «Müəllif qonorarını müğənnilər yox, məhz şadlıq sarayının, restoranın hüquqi sahibi ödəməlidir»
-
Toyxana sahiblərinə «toy tutacaqlar»...
Azərbaycanda repertuardan yayınan və müəllif qonorar ödənməyən musiqi və şeirə görə 50 min manat cərimə və icbari cəza
-
«Üzeyir bəy çalışırdı onu bütün xalq sevsin»
«O, uzun müddət Azərbaycan üçün işıq saçan fikir insanı olacaq»
-
Qavaldaşdan süzülüb gələn musiqi
Şərqin ilk müsəlman bəstəkarı - Üzeyir Hacıbəyli
-
Narahatlıq və xəstəlik mənbəyi
Səsləndirilən yüksək diapazonlu musiqilər ətrafda yaşayanlar üçün ciddi problemlər yaradır
-
«Tələ qurmuşdular»
Azərbaycanlı ifaçılar «O səs Türkiyə»dən niyə uzaqlaşdırıldı?
-
Musiqimizin gerçək siması
Gülçən İbadova «O səs Türkiyə»nin münsiflərini özünə heyran etdi
-
Bakı Beynəlxalq caz festivalı keçiriləcək
Musiqi bayramı 1 sarayda və 2 mərkəzdə baş tutacaq
-
Yaşlıların gənclər qədər melodiyaları da yaxşı yadda saxladıqları üzə çıxıb. Məlumdur ki, yaşlı insanların yaddaşı zəifləməyə başlayır. Alzheimer kimi bir xəstəliyi olmasa belə, onlar zaman-zaman hər hansı bir şeyi unuda bilirlər.
İyulun 24-də “PLOS One” jurnalında dərc edilən araşdırmaya görə, musiqi yaddaşı bu idrak qabiliyyətinin azalmasından daha az təsirlənir. Tədqiqatın bir hissəsi olaraq, Kanadadakı Nyufaundlend Simfonik Orkestri 90 sağlam insan üçün üç ayrı əsər hazırlayıb.
18-86 yaş arası iştirakçılar bu konsertdən əvvəl hər bir əsərin mövzu musiqisini, yəni əsərin əsas melodiyasını üç dəfə dinləmişdilər.
Konsertdə mövzu musiqisi əvvəlcə bütün orkestr, sonra isə tək bir sənətçi tərəfindən yalnız bir alətlə ifa edilib. İştirakçılardan neçə alətin ifa etməsindən asılı olmayaraq, mövzu musiqisini eşidəndə düyməni basmaları istənilib.
Tədbirdə V.A. Motsartın “Eine kleine Nachtmusik” musiqisindən əlavə, əsər üçün bəstələnmiş iki ayrı musiqi ifa edilib. Onlardan biri klassik musiqinin qaydalarına əməl etdiyi halda, digəri bu hüdudları xeyli aşıb.
İştirakçıların Motsartın məşhur bəstəsini dəfələrlə dinlədiklərini nəzərə alan komanda ondan nəzarət parçası kimi istifadə edib. Gözlənildiyi kimi, iştirakçılar bu əsərdə mövzu musiqisini asanlıqla müəyyən ediblər.
Digər parçalarda daha az adam düzgün qərar versə də, iştirakçılar xüsusilə son hissədə çətin anlar yaşayıblar. Bununla belə, tədqiqatçılar iştirakçıların melodiyanı aşkar etmək qabiliyyətində yaşla bağlı hər hansı əhəmiyyətli fərq müşahidə etməyiblər.
Alimlərin fikrincə, tapıntılar musiqidən yaşlılarda yaddaşın müalicəsində istifadə oluna biləcəyini göstərir. Tədqiqatçılar məqalədə yazır: “Musiqini tanıya bilmək bir güc hesab edilə bilər və yaddaşın digər aspektləri reabilitasiya zamanı qurula bilər”.
Tədqiqatçılar, məsələn, yeni söz və ya anlayışların tanış musiqi ilə qoşalaşaraq daha asan yadda saxlanıla biləcəyini bildirirlər.