Çində qadağan olunmuş sual
Si Cinpinin varisi kim olacaq?
21:43 | 29 yanvar 2025 | Çərşənbə
Məqaləyə 441 dəfə baxılıb
Şriftin ölçüsü
Si Cinpinin varisi kim olacaq?
Trampın Çindən tələbləri
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Günahkar iqlim dəyişikliyidir?
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Birjaların vəziyyəti ABŞ Maliyyə nazirini narahat etmir
“Qida yağını özümüz də istehsal edə bilərik”
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
ABŞ Çinlə ticarət danışıqlarında böyük irəliləyiş gözləyir
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Dünyanın ən hündür körpüsü açıldı
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Trampdan kütləvi ixtisarla hədələdi
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
Çinin məşhur süni intellekt platforması “DeepSeek”i bir neçə gündür istifadə edirəm və mediada gedən bütün xəbərləri, forumlar da daxil olmaqla, oxumuşam. Düşünürəm ki, bu, sadəcə növbəti Çin şişirtməsidir. (tək üstünlüyü resursu daha az istifadə etməsi ilə bağlıdır).
Çinin texnologiya sahəsində lider dövlət olduğunu qəbul etməliyik. Amma əgər biz lideri liderlərlə müqayisə ediriksə, Çinin çox ciddi problemlərinin olduğunu deməliyik.
Birinci növbədə, texnologiyanın özəyi olan mikroçip sahəsində Çin uduzur. Tayvan, Koreya və ABŞ bu sahədə öndə gedir. Əsas çip dizaynerləri Amerika şirkətləridir. Çip istehsal edən cihazların istehsalçısı da ABŞ-dır. Sadəcə olaraq, bu şirkətlər istehsalı Çində aparırlar.
Digər tərəfdən, texnologiyanın əsas sütunlarından biri olan əməliyyat sistemləri də ABŞ-ın əlindədir. Smartfonlarda Android və iOS, kompüterlərdə Windows, avtomobillərdə Tesla OS – bütün əməliyyat sistemləri (ƏS) ABŞ-ın nəzarətindədir. Alternativ bir Çin əməliyyat sistemi göstərmək mümkün deyil. Hər şey yarımçıq və qeyri-sabitdir.
Çin texnologiyanın əsas komponentlərini yaratmaq əvəzinə, sadəcə kopyalamaqla məşğuldur. Üstəlik, kopyaladığı məhsulları dövlət dəstəyi ilə pulsuz və ya daha ucuz təqdim edərək istifadəçi toplamağa çalışır. “DeepSeek”i də məşhur edən məhz pulsuz olması və GPT-nin pullu funksiyalarını ödənişsiz təqdim etməsidir.
Eyni yanaşma avtomobil bazarında da müşahidə olunur: kopyala, yapışdır, sat. Çinin Amerika şirkətlərinə real rəqib olmasına hələ illər var. Silikon Vadisinin nəhəngləri ağılsız deyillər.
Ola bilər ki, belə müdaxilələr və yaxşı maskalanmış kampaniyalar ABŞ birjasında müəyyən enişlər yaratsın. Amma birja texnologiya deyil, adi bir cümlə ilə manipulyasiya oluna bilən bazardır. Yəni yekunda, ABŞ qorxunc texnoloji gücə sahibdir.
Çin onları taxtdan sala bilər, amma bu metodlarla yox. Bunun üçün texnologiyanın təməl elementlərini yaratmaq – Çip və ƏS lazımdır.