Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
11:56 | 29 yanvar 2025 | Çərşənbə
Məqaləyə 489 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Ağ Evin yeni sahibi Donald Trampa yaxınlığı ilə tanınan və Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Kreml sahibi Vladimir Putindən müsahibə ala bilən yeganə amerikalı jurnalist Taker Karson qaş düzəltmək istəyərkən, göz çıxarıb. O həmkarı Mett Taibbiyə müsahibəsində deyib ki, guya Co Bayden ABŞ prezidenti olduğu müddətdə administrasiya Rusiya prezidenti Vladimir Putini sıradan çıxarmağa cəhd edib. Belə bir planın olub-olmadığını iddia etmək çətindir.
Bəlkə də Vaşinqtonda hesab ediblər ki, Putin olmasa Rusiya müharibəni dayandıracaq. Bunda müəyyən qədər məntiq var. Misal üçün Putinin yerinə baş nazir Mixail Mişustin keçsə, böyük ehtimalla o müharibənin davamında maraqlı olmayacaq. O baş nazir təyin olunandan bu yana bir dəfə də müharibə barədə fikir bildirməyib. Mişustin müharibənin Rusiya iqtisadiyyatına dağıdıcı zərbə vurduğunu anlamamış deyil. O ki qaldı, Vaşinqtonun Putini aradan götürmək planına, ABŞ tarixində belə hallar az olmayıb. Mərkəzi Kəşfiyyat İdarəsinin Kubanın keçmiş lideri Fidel Kastorun öldürmək üçün müxtəlif planları olub, sadəcə reallaşdıra bilməyib. Mərkəzi Kəşfiyyat İdarəsi 1973-cü ildə çevriliş yolu ilə Çilinin solçu Prezidenti Salvador Alyendeni general Auqusto Pinoçetlə əvəz edə bilib. Doğrudur, bu zaman Alyende həlak olub və Pinoçetin hərbi xuntası minlərlə çililinin ölümünə səbəb olub. Ancaq bu Vaşinqtonu az narahat edib.
Karslon düşünüb ki, Donald Tramp Bayden administrasiyasının “Putin yoxdursa, problem də yoxdur” prinsipini bəri başdan rədd edəcək. Həqiqətən Tramp Ağ Evdə ilk günlərindən başlayaraq Baydenin bir çox qərarını ləğv edib. Ancaq bəzi məsələlərdə davamlılıq istisna deyil. Keçmiş Prezident Duayt Eyzenhauer 1961-ci ildə kreslosunu seçkidə qələbə qazanan Con Kennediyə təhvil verəndə Mərkəzi Kəşfiyyat İdarəsi Kubaya qarşı müdaxilə planı hazırlamışdı. Kennedi planı bəyənməsə də, mexanizm işə düşmüşdü və Ağ Evin yeni sahibi Mərkəzi Kəşfiyyat İdarəsinə “yox” deyə bilmədi. Müdaxilə Amerika üçün məğlubiyyətlə nəticələnsə də, Kennedi sələfinin hazır planından imtina edə bilməmişdi. Eyni ilə Tramp üçün maraqlı olsa, o da Mərkəzi Kəşfiyyat İdarəsinin və Pentaqonun əvvəlcədən hazırlanan planlarına “hə” demək məcburiyyətində qala bilər.