

Türkiyə Əsəd qüvvələrini vurdu
İtaliya hökuməti əlavə pul qoparmaq istəyir?!
Strateji Araşdırmalar Mərkəzi: “TAP İtaliyanın daxili işi deyil, ... ”
Foreign Policy: “Rusiya Qərbə imkan verməyəcək ki, Azərbaycandan istifadə etsin”
12 iyunda böyük açılış gözlənilir
Natiq Cəfərli: ««Pomidor razılaşması» Azərbaycanın ixracatına mənfi təsir göstərəcək»
Əli Həsənov: «Bu kimi halların olmamasını istərdik»
Ərdoğandan Putinə iki təklif ...
Ərdoğan Qarabağın taleyinin Putindən asılı olduğunu dedi
Fəaliyyətdə olan prezidentdə 1010, sabiqlərdə isə 616 dollar ...
Ərdoğan hər ikisini təmin etdi
Putin və Ərdoğan ən vacib problem barədə qərar verib
Türkiyə nə etməlidir?
Tunel hissədə çökən beton qəlibin üçması 1 nəfəri öldürüb, 2-sini yaralayıb
Hekayə 1936-cı ildə Dənizlinin Acıpayam səmtində işləyən müəllimlərin gəzintiyə getməsi ilə başlayır. Müəllimlər piknikdə olarkən keçilərini otaran balaca çoban oğlana rast gəlirlər. Çobanı yanına çağırıb çay təklif edir, adını soruşurlar.
Balaca çoban utancaq səslə cavab verir: Hüseyn...
Müəllimlər yanlarında olan qəzeti Hüseynə verib oxumasını xahiş edirlər. O vaxt yazıb-oxuyanların sayı o qədər az idi ki, oxuyub öyrənənlərin diplomlarına vilayət valiləri şəxsən imza atırdılar...
Hüseyn oxuya bilmədiyi üçün qəzeti əlinə almaqdan çəkinər. Bu dəfə müəllimlər onun neçə yaşında olduğunu və niyə məktəbə getmədiyini soruşurlar.
12-yə cavab verir və əlavə edir: Anamı 3 yaşımda, atamı isə 11 yaşımda itirmişəm.
Bir müddət Hüseynlə söhbət edən müəllimlər oğlanın əslində çox ağıllı olduğunu anlayırlar. Xəbərdar edirlər ki, oxumalıdır.
Görüşdüyü müəllimlərin köməkliyi ilə Hüseyn Dənizlidə pulsuz internat təhsilinə başlayır. Bir müddət sonra Hüseynə qatıldığı riyaziyyat yarışmasında hədiyyə olaraq kitab verilir. Hüseyn kitabı bir gecədə bitirir.
Ertəsi gün elm müəlliminin yanına gedir və deyir ki, “bu kitabda nəsə çatışmır”.
Müəllim təəccüblənir. Çünki Hüseynin qeyd etdiyi çatışmazlıq Nisbilik Nəzəriyyəsi ilə bağlıdır. Hüseyn sözügedən nəzəriyyənin mühüm hissəsinin kitabda olmadığını anlayır.
Fənn müəllimi İstanbul Texniki Univeritetindəki (İTU) müəllimi, mərhum fizika professoru Nüsrət Kürkçüoğluna məktub yazır və məsələni çatdırır. Professordan belə cavab gəlir: “Hüseyn orta məktəbi bitirəndə İstanbul Texniki Universiteti Elektrik Mühəndisliyi fakültəsinə gəlməlidir”.
Hüseyn məzun olduqdan sonra İstanbul Texniki Universitetinin Elektrik mühəndisliyi fakültəsinə gedir. Dənizlidən olan yetim çoban Hüseyn İTU-da həllər və nəzəriyyələr irəli sürür. Müəllimləri onun işini başa düşə bilmirlər. Professorlarından biri “Bu araşdırmaları olsa-olsa ABŞ-ın Boston şəhərindəki Massaçusets Texnologiya İnstitutunun (MİT) professoru Morse başa düşər” deyir və ABŞ-a məktubla ona göndərir.
Morse belə cavab gəlir: “Hüseynin nəzəriyyəsini 5 il əvvəl bir qrup kəşf etdi, amma bu kəşfin Hüseynin təkbaşına etməsi qeyri-adidir. Onun bütün xərclərini qarşılayacağıq, Amerikaya gəlsin”.
1952-ci il... Hüseyn böyük elektrik mühəndisi olur. Valideynlər yoxdur. Onun kəndinin əhalisi son dərəcə kasıbdır. Bir qəzet kampaniyaya başlayır və toplanan pulla Hüseyni gəmiylə Amerikaya göndərirlər.
Hüseyn MİT-də professor Morsenin qarşısına çıxır. Alim Hüseynin dissertasiya məsləhətçisi olacaq, amma Hüseynin ingilis dili yaxşı deyil. O, Morsenin nə dediyini tam başa düşə bilmir. O, müəllimindən dediklərini lövhəyə yazmasını xahiş edir. Prof. Morze Hüseynin tezisinin mövzusunu lövhəyə yazır, Hüseyn də lövhədəkiləri dəftərinə köçürüb çölə çıxır.
MİT-də tezisləri adətən 5 və ya 9 aya bitirmək mümkün olsa da, Hüseyn işini 3 ayda həll edib professorunun qarşısına çıxdı. Bir neçə gündən sonra Morze tezisi araşdırır və Hüseyni çağırır. “Sizin dissertasiyanız bitdi. Ancaq bura MIT-dir. Biz burada dərhal doktorluq dərəcəsi verə bilmərik. Get istədiyin dərsləri keç və 2 ildən sonra qayıt”, – deyir.
İki il sonra doktorluq dərəcəsi alan Hüseyn bu dəfə Prinston Universitetinə yönəlir. Orada məşhur fizik Albert Eynşteynlə işləyir.
Bir neçə il sonra o, Bostona qayıdır və ixtiraları dəstəkləyən bir şirkətdə işləməyə başlayır. Burada o, kompüterlərlə danışmağı və onlara göstərişlər verməyi əhatə edən layihələr həyata keçirir. İlk səslə idarə olunan kompüter 1960-cı illərin əvvəllərində Hüseyn Yılmaz tərəfindən hazırlanır.
1958-ci ildə işlərini yaxından izlədiyi Albert Eynşteynin funksiya nəzəriyyəsində bəzi çatışmazlıqlar olduğunu görüb və bu barədə ona məktubla məlumat verib. Lakin Eynşteyn məktub gələnə qədər ölür.
Yılmaz bu səhvi məşhur bir elmi jurnalda dərc etdirəndə akademik aləmdə qiyamət qopur. Elm dünyası iki yerə bölünür və Eynşteynin nəzəriyyəsindən fərqli olaraq Yılmazın cazibə nəzəriyyəsi ədəbiyyata daxil olur.
Bu gün dünyada çox məşhur olan Siri, Google Now, Cortana kimi bütün proqramlarda səsli əmr sisteminin ixtiraçısı Hüseyn Yılmaz 27 yanvar 2013-cü ildə ABŞ-da vəfat edib.
Bir müəllim bütün dünyanı dəyişə bilər...