vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
17:11 | 19 fevral 2025 | Çərşənbə Məqaləyə 582 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AFFA-dan ədalətli addım

Yeni qərar quruma və onun rəhbərliyinə olan etimadı artıracaq

KƏNAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün İcraiyyə Komitəsinin növbəti iclası keçirilib və vacib qərarlar qəbul olunub. Onların içərisində əsas olanı Premyer Liqada idman prinsipi məsələsi olub ki, qurum çox doğru addım atıb.

“Cari mövsüm Əsasnaməyə uyğun olaraq, sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək, əvəzində I Liqadan 3 komanda birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq”.

Bu əladır. İdman və ədalət prinsipləri qorundu. AFFA-nı təbrik edir, alqışlayıram. Bu qərar quruma, onun rəhbərliyinə olan etimad və etibarı artıracaq, sistemli inkişafa kömək edəcək.

Çempionatın formatı ilə bağlı suala da aydınlıq gəlib.

“Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün formatı müzakirə edilib. Qərara alınıb ki, növbəti mövsüm 12 komandanın iştirakı ilə 3 dövrədən (33 turdan) ibarət olsun. III dövrənin oyunlarında meydan sahibi olacaq komandalar püşk əsasında müəyyənləşdiriləcək”.

Bu da doğru qərardır. Altılıq, dördlük və sairə bu kimi calaq formatlar özünü doğrultmur və xeyli suallara yol açır. Ona görə də bu gün üçün ən idealı 3 dövrəli, 33 turluq çempionat idi ki, o da rəsmiləşdi.

Doğru işlər görülür. Davamlı olsun!