Nyu-Yorkdan girib Tehrandan çıxacayıq
Azərbaycan dörd turizm sərgisində
lent.az
MÖVZU İLƏ ƏLAQƏLİ
-
250 min sərmayəyə “qızıl viza”
Yunanıstan hökuməti kirayə ev sahiblərinə 3 illik vergi azadlığı vəd edib
-
40 min avro
İki turistə rekord məbləğdə cərimə cəzası
-
Merdən mübahisəli qərar
Barselonada turistlərə mənzil kirayələmək qadağan edilib
-
İkili qiymət siyasəti
Yaponiyaya turist axınının təsiri – qiymətlərdə dəyişiklik etməyə çağırış
-
“Bu yaşda əsərlərimə qıraqdan baxmaq daha maraqlı gəlir...”
Əməkdar rəssam Eldar Qurbanovun “Ömürdən səhifələr” adlı yubiley sərgisi açılıb
-
İşıq da, kölgə də ağ rənglə təsvir olunarsa...
Xalq rəssamı Arif Əziz 80 illiyini “Bəyaz”la qarşılayır
-
“Getsinlər qonşu Gürcüstana baxsınlar”
Hotellərin gəliri də artıb, müştəriləri də, amma…
-
Xaricilər Azərbaycanı öyrənir
Onlayn məlumatlandırma platforması hazırlanıb
-
Urumçidəki sərgidə danışıqlar
Çində Azərbaycan məhsullarına böyük maraq
-
«Low-cost» nədir?
Dünyanı ən ucuz gəzməyin yolları...
-
Bakıda neft-qaz sərgisi açılıb
Sərgidə 289 şirkət təmsil olunur
-
Bu dəfə neft-qaz sərgisinə görə ...
ABŞ prezidenti bir həftədə İlham Əliyevə iki təbrik məktubu göndərdi
-
Ovçu ovlayanlar...
... Və ya turizm şirkətlərindən ov turu üçün fantastik qiymət
-
Halal hotellər yaradılır?
Azərbaycanda hotellərin mərtəbələri qadınlar və kişilər üçün bölünə bilər
-
Qazaxıstanlı qonaq Bakıda
«Hər şey ecazkardır – təmiz hava, dəniz, gülərüz insanlar ...»
-
Polisin turizmə «töhfə»si...
... və ya DİN əməkdaşlarının ölkəni biabır edən özbaşınalığı
Bu ilin yanvar ayında ölkəmizin turizm imkanları Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dörd beynəlxalq sərgidə nümayiş olunacaq. Lent.az-ın məlumatına görə, bu sərgilərdən birincisi ABŞ-ın Nyu-York şəhərində yanvarın 18-dən 20-dək gerçəkləşəcək. “The New York Times Travel Show” adlı sərgidə ölkəmizin turizm imkanlarının təbliğ olunması üçün Nazirlik tərəfindən 28 kvadrat metrlik lövhə icarəyə götürülüb. Burada Azərbaycanın regionlarını, paytaxt Bakını, ölkəmizin təbiətini, milli mətbəximizi, turizm potensialını təbliğ etmək məqsədilə ingilis dilində 20 adda reklam-çap məhsulu nümayiş etdiriləcək. Sərgidə Nazirliyin nümayəndələri ilə yanaşı, ölkəmizin 8 turizm şirkətinin təmsilçiləri də iştirak edəcək.
İkinci sərgi Türkiyənin İstanbul şəhərində 24-27 yanvar tarixlərində reallaşacaq “EMİTT-2013”dür. Sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək. Nazirlik tərəfindən icarəyə götürülmüş sahədə 25 adda ingilis və türk dillərində hazırlanmış reklam-çap məhsulları ziyarətçilərə paylanacaq. Sərgidə eyni zamanda 9 yerli turizm şirkəti və 5 mehmanxana da öz məhsullarını nümayiş etdirəcək.Yanvar ayında ölkəmizin təmsil olunacağı daha bir sərgi İranın paytaxtı Tehranda baş tutacaq. “HT&T Iran Hotel, Travel & Tourism Show” sərgisində Azərbaycanın turizm imkanları 60 kvadrat metrlik lövhədə təqdim ediləcək. Bu sərgidə də yerli turizm şirkətləri və mehmanxanalar iştirak edəcək.
Bu ay iştirak edəcəyimiz sonuncu sərgi İspaniyanın Madrid şəhərində keçiriləcək “Fitur” beynəlxalq turizm sərgisidir. Burada ölkəmizi Nazirlik ilə birlikdə 4 yerli turizm şirkəti təmsil edəcək. 51 kvadrat metrlik lövhədə Azərbaycanın turizm potensialı 30 adda ingilis və ispan dillərində hazırlanmış CD, broşür və disklərlə təqdim ediləcək.