Şahin Mustafayev Füzulidə
Nazir 4 rayondan olan vətəndaşların problemlərini dinləyib
Trend
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Erməni QAN gördü
Yaxud erməni cəmiyyətinin Qazanılmış Ağıl Natamamlığı sindromu
-
2 nazirlik birlikdə nəyi müzakirə edib?
“Sənəd tezliklə qəbul olunacaq”
-
“Bahalaşma gözlənilmir”
Nazir çörəyin qiymətindən danışdı
-
Azərbaycan ərəb ölkələrinə kənd təsərrüfatı məhsulları ixrac edir
Ətdə 384, süd, yumurta və balda isə 489 faiz artım var
-
Nazir Putinin ətrafına cavab verdi
Şahin Mustafayev: «Türkiyə pomidorlarının Azərbaycan üzərindən Rusiyaya ixracı səmərəsizdir»
-
Yazıçılarımız Cocuq Mərcanlıya və Horadizdə
Türkiyə səfirliyinin mədəniyyət attaşesi İrfan Ciftçi də «Canımız Qarabağ, yazımız Qarabağ-2» layihəsində iştirak edib
-
Prezident Cocuq Mərcanlıdakı işləri yetərli saymır
İlham Əliyev kənddəki bərpa işlərinin davam etdirilməsi üçün 9 milyon ayırdı
-
Prezident Cocuq Mərcanlıya gedəcək
Köçürüləcək 50 ailənin daşınma xərclərini «Dövlətqaçqınkom» ödəyəcək
-
Bu yol Şuşaya gedir
Cocuq Mərcanlı kəndiyə çəkilən avtomobil yolunun tikintisi artıq son mərhələdədir
-
«Batırıq…»
Azərbaycanın ən iri supermarketlər şəbəkələrinin rəhbərləri nazirə müraciət etdi
-
Türkiyə - Ukrayna - Azərbaycan formatı realdırmı?
Kiyev-Bakı və Kiyev-Ankara arasındakı münasibətlər Kremldə necə reaksiya doğura bilər?
-
«O günü səbirsizliklə gözləyirik»
Cocuq Mərcanlı sakini: «Prezidentin imzaladığı son sərəncam ümidlərimizi doğrultdu»
-
Ermənistan xof içində
«İlham Əliyev bu gün Cocuq Mərcanlını bərpa edirsə, sabah da Şuşanı azad edəcək»
-
Böyük qayıdış başlayır
Ermənistanın məğlubiyyətinə az qaldı
-
«Hamıdan çox sevinirəm»
Cocuq Mərcanlının yeganə sakini: «Bir dəfə də olsun bu kənddən çıxmağı düşünməmişəm»
-
«TANAP-ın tikintisinin 60 faizi,...»
«... TAP-ın isə 30 faizi başa çatıb
İyunun 22-də iqtisadi inkişaf naziri Şahin Mustafayev Horadiz Şəhər Mədəniyyət Sarayında Ağdam, Tərtər, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib. Trend-in məlumatına görə, qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, Əhmədalılar kənd məktəbinin təmiri, iri heyvandarlıq təsərrüfatlarının yaradılması, taxıl biçinin sürətləndirilməsi məqsədilə sahibkarların kombaynlarla təminatı, içməli su təminatının yaxşılaşdırılması, kanalizasiya sisteminin qurulması, sosial və digər məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşların müraciətləri, şikayət və təklifləri diqqətlə dinlənilib, qaldırılan məsələlər İqtisadi İnkişaf Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə operativ şəkildə araşdırılıb və bir çox məsələlər yerindəcə həllini tapıb.Digər müraciətlərin isə hərtərəfli araşdırılması və qanunvericiliyə uyğun həlli üçün Nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilib.
Sahibkarlarla 3 iri heyvandarlıq müəssisəsinin, arıçılıq təsərrüfatının yaradılması məsələləri də ətraflı müzakirə olunub və həmin layihələrin güzəştli qaydada maliyyələşdirilməsi üçün müvafiq göstəriş verilib.
Qəbul zamanı vətəndaşların İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətləri isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
Qeyd edək ki, iqtisadi inkişaf nazirinin Füzulidə vətəndaşları qəbul edəcəyi barədə vətəndaşların ətraflı məlumatlandırılması məqsədilə əvvəlcədən kütləvi informasiya vasitələrində, həmçinin Nazirliyin rəsmi internet saytında qəbula yazılmaq üçün əlaqə vasitələri göstərilməklə müvafiq elanlar verilib.
Bununla belə, qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib, hər bir sakinin müraciəti diqqətlə dinlənilib, müraciətlərin operativ həll olunması üçün qanunvericiliyə müvafiq tədbirlər görülüb.
Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını bildirib, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.