Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
22:38 | 17 oktyabr 2017 | Çərşənbə axşamı
Məqaləyə 3399 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Məzar daşları dağıdıldı
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Rusiyanın bir sıra yüksək vəzifəli məmurlarının türk pomidorlarının guya Azərbaycan ərazisi vasitəsilə qanunsuz daşınması barədə ittihamlarına cavab verib.
Xatırladaq ki, bir neçə gün əvvəl «Rosselxoznadzor» Ermənistandan, Azərbaycandan və Belarusdan pomidorların idxalı üzərində nəzarəti sərtləşdirib.
Şənbə günü isə Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçov bu mövzunu hətta Rusiya prezidenti Vladimir Putinlə görüşdə yenidən qaldırmağı lazımlı bilib.
«Biz, sözsüz, ciddi iş aparmalıyıq ki, türk pomidorları Belarus, Azərbaycan vasitəsilə qaçaqmalçılıqla Rusiyaya düşməsin və bu sahəyə ayırdığımız səyləri və yönəltdiyimiz investisiyaları heçə endirməsin», - deyə o vurğulayıb.
Virtualaz.org bildirir ki, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bu ittihamlarla razı deyil. Onun sözlərinə görə, Azərbaycandan Rusiyaya pomidor ixracının artması təbii istehsal artımı ilə bağlıdır.
«Artan tələbi nəzərə alaraq 2014-2016-cı illərdə pomidor istehsalı üçün nəzərdə tutulmuş ərazi 1,6 dəfə genişləndirilib. Bu ilin 6 ayı ərzində pomidor istehsalı 261,7 min ton təşkil edib. 2016-cı ildə pomidor istehsalı 502,7 min ton olub», - deyə Şahin Mustafayev Rusiya mətbuatına verdiyi müsahibədə bildirib.
«Türk pomidorlarının Rusiyaya qeyri-qanuni ixrac iddiaları ilə əlaqədar isə qeyd edim ki, birincisi, Azərbaycanın da qoşulduğu, 2009-cu il noyabrın 20-də imzalanmış «Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında» sazişdə də göstərilir ki, «CT-1» formalı sertifikatların verilməsi səlahiyyətli orqan tərəfindən torpaqların, istixana sahələrinin və kənd təsərrüfatı işlərinin aparılması üçün icarəyə verilmiş ərazilərin yoxlanılması əsasında aparılır, habelə malların qrupları, qablaşdırma və qeydiyyatı təqdim olunmuş sənədlər əsasında yoxlanılır.
İkincisi, artan istehsal həcmlərini nəzərə alaraq, 23 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən pomidor idxalının hər kiloqramına 0,4 ABŞ dolları məbləğində xüsusi qiymət qoyulub. Nəticədə, ötən illə müqayisədə bu ilin 9 ayında Türkiyədən pomidor idxalı kəmiyyət baxımından 81 faiz, keyfiyyət baxımından isə 76 faiz azalıb. Bu ilin may ayından etibarən Türkiyədən pomidor idxal olunmayıb.
Üçüncüsü, Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın Türkiyə ilə ümumi sərhədi yoxdur. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvanın blokadada olması faktını nəzərə alsaq, hər hansı malın daşınması demək olar ki, mümkün deyil. Beləliklə, bu iddialar heç bir şəkildə reallığa uyğun deyil», - deyə iqtisadiyyat naziri daha sonra vurğulayıb.
Şahin Mustafayev onu da əlavə edib ki, Azərbaycandan türk pomidorlarının Rusiyaya geri ixracı sadəcə gəlirsizdir: «Rüsum tətbiqindən sonra hər kiloqram pomidor üçün orta idxal qiyməti 1,15 ABŞ dolları təşkil edir, amma Rusiyaya orta ixracat qiyməti 0,97 dollardır və bu bir daha göstərir ki, türk pomidorlarının Rusiyaya geri ixracı səmərəsizdir».