Çayxanada qan çay yerinə axdı
Polis azyaşlını həbs etməyib
Bərdədə yeniyetmələr arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. ANS PRESS-in verdiyi məlumata görə, hadisə rayonun Bakı küçəsində yerləşən çayxanalardan birində baş verib.
Belə ki, Bərdə rayon sakini, 14 yaşlı Atabəy Xanlarov üzərindəki bıçaqla 17 yaşlı Aqşin Sadıqova 2 bıçaq zərbəsi endirib. Kürək və sinə nahiyəsindən yaralanan Aqşin Sadıqov yaxınlarının köməkliyilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralıya tibbi yardım göstərilib.
Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti yaxşıdır.
Hadisəni törədən Atabəy Xanlarov azyaşlı olduğundan polis şöbəsində saxlanılmayıb və nəzarətə götürülüb.
Faktla bağlı araşdırma aparır.