Türkiyə Səfirliyinin müşaviri Mətbuat Şurasında olub
Görüşdə dövlət çevrilişi və terror hadisələri müzakirə olunub
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Yeni əxlaq bu qədər huşsuz ola bilməz
Pis niyyətə düşənlərin sonu bəllidir
-
Kimlər vergidən azad olunacaq?
Yeni güzəştləri tətbiq ediləcək
-
Yaşıl dəhliz niyə işləmir?
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
-
Pensiyalar nə qədər artacaq?
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
-
Büdcə müzakirələri ...
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
-
Son 5 ildə 36 pillə geriləmə ...
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
-
Büdcə icrasının müzakirələri
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
-
Ali təhsil 3 ilə endirilə bilər
Bütün universitetlərin yataqxanası olmalıdır
-
Bu ilin büdcəsinə dəyişiklik
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
-
MM-də yeni təyinat
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
-
“Ölkədə savadsızlıq tüğyan edir”
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
-
MM-də islahatlar
Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu
-
Yeni spiker kimdir?
Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis …
-
“Zabilin yoxluğu böyük itkidir”
Mətbuat Şurasının təşəbbüsü ilə mərhum jurnalistə həsr olunmuş kitabın təqdimatı keçirilib
-
“İmadəddin Nəsimi və özbək ədəbiyyatı”
Beynəlxalq elmi konfransda maraqlı məruzələr dinlənildi
-
Siyasətin rəngi yoxdur
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
Bu gün Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz Azərbaycan Mətbuat Şurasında olub. Qonağı salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov hər iki qardaş ölkə mediası arasındakı təmasların yüksələn xətlə inkişafından məmnunluğunu ifadə edib. O bildirib ki, ötən ilin 15 iyulunda Türkiyədə dövlət çevrilişinə cəhd göstərildiyi zaman Azərbaycan mediasının Türkiyə dövlətçiliyinə sədaqət nümayişi qarşılıqlı əməkdaşlıqda yeni, daha səmimi bir mənzərəni formalaşdırıb.
Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri H.Karadeniz də bununla bağlı fikirlərini bildirərkən qeyd edib ki, 15 iyulda dövlət çevrilişi cəhdinin qarşısının alınması Türkiyə üçün tarixi qələbələr kimi eyni mahiyyət daşıyan hadisədir. Mətbuat müşaviri həmin vaxt Böyük Millət Məclisinə də terror həmləsi edildiyini, məclisin binasının dağıntılara məruz qaldığını xatırladıb. O əlavə edib ki, belə bir məşəqqətin daim yaddaşlarda qalması və unudulmaması üçün Türkiyənin Mətbuat və İnformasiya İdarəsi (TC Başbakanlıq Basın, Yayın ve Enfarmasyon Genel Müdürlüğü) tərəfindən xüsusi açıqcalar hazırlanıb. Orada Böyük Millət Məclisinin binasının dağıdılmış hissəsinin mənzərəsi və binadan qopan daş parçası əks olunub. H.Karadeniz həmin açıqcalardan birini Mətbuat Şurasına təqdim edib.
Görüşdə Türkiyənin Mətbuat və İnformasiya İdarəsinin gerçəkləşdirdiyi təşəbbüsün təkcə Türkiyədə deyil, bütövlükdə dünyada terrora qarşı mühüm çağırış olduğu vurğulanıb.