14:00 | 29 noyabr 2013 | Cümə
Məqaləyə 2358 dəfə baxılıb
Şriftin ölçüsü
Cin «Space»də
Aparıcılar işə çıxmayıb
«Space» televiziyasının «Günaydın» verilişinin aparıcıları Ramal Hüseynov və Kəmalə Əzizqızı bu gün efirə çıxmayacaqlar. Bu barədə Moderator.az etibarlı mənbələrdən məlumat daxil olub. Onların efirə çıxmamağının səbəbi iki gün ard-arda canlı efirdə ekstrasens Həsən Həsrətlinin cin çıxarma şousu olub. Cəmiyyətin sərt təpkisini görən aparıcılar verilişə çıxmaqdan imtina ediblər. «Space» rəhbərliyinin bu şouya görə ekstrasensdən külli miqdarda pul aldığı bildirilir.
Anlaşılmazlıq olmasın deyə oxucularımızın diqqətinə çatdırırıq ki, hal-hazırda «Space» telekanalında gedən verilişsə ötən dəfəkinin təkrarıdır.