Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
22:06 | 10 iyul 2017 | Bazar ertəsi
Məqaləyə 1897 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Müharibə xərcləri ölkəni iflasa aparır
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Oman körfəzində gərginlik
Putin demişdi ki, Trampla görüşdə kibertəhlükəsizlik məsələsi ilə bağlı ortaq işçi qrup yaratmaq barədə razılığa gəliblər. Senatorların sərt etirazlarından sonra bu gün Tramp «Twiter»dəki səhifəsində yazıb ki, bu məsələ sadəcə, müzakirə edilib və belə bir qrupun yaradılması mümkün deyil.
Görüşdən sonra məlumat yayılmışdı ki, Tramp Putinin ABŞ seçkilərinə müdaxilə etmədikləri barədə sözlərinə qane olub. Lakin Ağ Evdən dərhal açıqlama gəldi ki, Tramp Putinin sözlərinə inanmayıb.
Tramp onu da bildirib ki, Ukrayna problemi həllini tapmadan Rusiyaya qarşı sanksiyalar ləğv olunmayacaq. Dünən ABŞ dövlət katibi Tillerson Kiyevdə idi və Ukraynanın ərazi bütövlüyünün bərpasının ABŞ-ın prioriteti olduğunu bəyan etdi. ABŞ-ın təyin etdiyi xüsusi nümayəndə Kurt Volker isə bir neçə gün Kiyevdə qalıb, öz addımlarını Ukrayna ilə razılaşdıracaq. Bu gün NATO-nin qərarverici orqanı - Şimali Atlantika Şurası üzvlərinin baş katib Stoltenberqin rəhbərliyi altında Ukraynaya səfəri başlayıb. Bu gün eyni zamanda, Qara dənizdə Ukrayna-ABŞ birgə hərbi təlimlərinə start verilib. ABŞ-ın raket kreyserləri, hərbi təyyarələri və 800 əsgəri hazırda Ukraynadır. Təlimlərə digər NATO üzvləri, o cümlədən Türkiyə də qatılıb.
P.S. Ukrayna mövzusunu ona görə diqqətdə saxlayıram ki, əvvəla, dolayısı ilə bizi də ilgiləndirən məsələdir və oxucular arasında bu mövzuya maraq var. (Nə vaxt başınızı ağrıtsam, şərh yazıb bildirərsiniz – Ş.C.) İkincisi də, Rusiyaya qarşı bayraq qaldırdığı üçün Ukraynanın dağıldığını, batdığını söyləyənlər var, göstərmək istəyirəm ki, onlar doğru demir və belə deyənlərə etibar etmək olmaz. Ukraynanın seçimi doğrudur və biz onları, eləcə də Gürcüstanı diqqətlə izləməliyik ki, gələcəkdə ehtiyac yarandıqda onların təcrübəsindən yararlanaq və səhvlərindən nəticə çıxaraq.