Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
23:03 | 23 iyul 2017 | Bazar
Məqaləyə 2523 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Tramp Rusiyaya qarışı yeni sanksiya qanununu imzalayacağını açıqladı. Əslində başqa yolu da yox idi. Əvvəla, Konqresdə Rusiyaya münasibətdə ikipartiyalı konsensus mövcuddur, ölkədaxili məsələlər və prezidentin qanunvericilik təşəbbüsləri ilə bağlı heç cür razılığa gələ bilməyən respublikaçılar və demokratlar Rusiya məsələsində həmrəylik nümayiş etdirir. Yəni, prezident veto qoysa belə, bunu aşmaq üçün üçdə iki səs çoxluğu var.
İkincisi, Rusiya tematikası Tramp üçün artıq «toksik» mövzuya çevrilib. Rusiyaya münasibətdə hər hansı yumşalma onun Moskva ilə gizli əlaqələrinə dair şübhələri gücləndirə bilər. (Xüsusi prokuror Müller və Konqresin hər iki palatasının komitələri bu barədə təhqiqatı davam etdirirlər.)
Üçüncüsü, Rusiyaya qarşı sanksiya layihəsi İrana və Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi ilə birləşdirilib. Bu cür sənədə prezidentin yox deməsi asan deyil.
Layihə iki gün sonra - iyulun 25-də Nümayəndələr Palatasında səsverməyə çıxarılacaq. (Senatda iyunun 15-də qəbul edilib.) Sənəddə Rusiyaya qarşı həm yeni sanksiyaların tətbiqi, həm də indiyədək icra hakimiyyəti səviyyəsində (prezident və Maliyyə Nazirliyi tərəfindən) tətbiq edilmiş sanksiyaların qanunlaşdırılması nəzərdə tutulub. Bu, o deməkdir ki, prezident artıq həmin sanksiyaları ləğv edə bilməz, bu hüquq Konqresə keçir.
Yəni, Tramp faktiki öz səlahiyyətlərini məhdudlaşdıran qanuna imza atmalı olacaq.