Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
16:23 | 19 noyabr 2017 | Bazar
Məqaləyə 2922 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Mənə elə gəlir ki, ABŞ-da müəyyən bir çevrə (Pentaqon və ya Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ola bilər, yaxud ikisi birlikdə) Türkiyəni NATO-dan çıxmağa təhrik edir.
Türkiyənin bölgədə ABŞ üçün önəminin azaldığı, «soyuq savaş» dövründə olduğu qədər həyati əhəmiyyətinin qalmadığını daha öncə «ABŞ Türkiyəni itirməyi gözə alıb» başlıqlı məqaləmdə yazmışdım.Yəqin bilirsiniz, Türkiyə 2014-cü il Nyuport (Uels) və 2016-cı il Varşava zirvələrinin qərarları əsasında NATO-nun Rusiyaya qarşı həyata keçirdiyi yeni strategiyada (containment, sderjivaniye) iştirak etmir. Türkiyə Rusiya sərhədlərində yerləşdirilən NATO batalyonlarına və Qara dənizdə Rusiyanın artan təsirinin qarşısını almaq üçün Rumıniyada mənzillənən briqadaya əsgər vermədi.
Deyə bilərsiniz ki, ABŞ PKK-nın Suriya qolunu dəstəkləyib silahlandırdığı halda, Türkiyə niyə onun Rusiyaya qarşı siyasətinə dəstək versin ki? Məntiqli sualdır. Amma məsələ burasındadır ki, Türkiyənin bu siyasəti ABŞ-ın Suriya kürdlərinə aktiv dəstəyindən əvvəl başlamışdı. Üstəlik, onu da unutmayın ki, Türkiyə özü ilk vaxtlarda PYD-YPG-ni terrorçu saymırdı, bu qruplaşmanın lideri Salih Müslüm azı 2 dəfə Ankaraya dəvət olunmuşdu, İŞİD Kobaniyə hücum edəndə Türkiyə kürdlərə dəstək vermişdi, eyni zamanda Türkiyə Süleyman şahın məzarını PYD-YPG-nin dəstəyi ilə köçürmüşdü.
Qayıdaq Türkiyənin Rusiya ilə bağlı siyasətinə. Türkiyə ABŞ-ın Suriyada kürdləri silahlandırmasından öncə baş verən Krımın ilhaqından və Donbasdakı separatizmdən sonra Rusiyaya qarşı sanksiyalara qoşulmayan yeganə NATO ölkəsi oldu. Baxmayaraq ki, Rusiyanın Krımı ələ keçirərək Qara dənizdə güclənməsi Türkiyənin təhlükəsizliyinə təhdiddir və onun regiondakı rolunu məhdudlaşdırır. (Hələ Krımın Türkiyə üçün tarixi önəmini və yerli tatar xalqı ilə qardaşlıq əlaqələrini qoyuram bir tərəfə.) Türkiyə Ukraynanın tankerlərlə sıxılmış maye qaz idxal etməsinə «boğazların təhlükəsizliyi» bəhanəsi ilə icazə vermədi və indi də vermir. Türkiyə Rusiyanın Avropaya qaz ixracında əsas tranzit ölkə kimi Ukraynanın önəmini azaltmaq üçün həyata keçirdiyi layihəyə («Türk axını») dəstək verdi. Ukraynanın bu layihənin reallaşması nəticəsində məruz qalacağı itki ildə azı yarım milyard dollar olacaq.
Türkiyə daha əvvəl İrana qarşı sanksiyalara da qatılmamış, hətta bu sanksiyaları əl altından pozmuşdu. (Zəncanı-Zərrab məsələsi.) Türkiyə 2008-ci il Cənubi Osetiya müharibəsi zamanı ABŞ-ın Gürcüstana dəstək nümayişi kimi göndərdiyi hərbi gəmini boğazlarda ləngitmişdi. 2003-cü ildə isə ABŞ qoşunlarının öz ərazisindən keçərək İraqa girməsinə icazə verməmiş, nəticədə ABŞ ordusu cənubdan girərək həm daha çox itki vermiş, həm də əməliyyatın xərci artmışdı. (Bu barədə Türkiyə XİN-in o zamankı 2 saylı adamı Dəniz Bölükbaşının müsahibəsini aşağıda əlavə edirəm.)
Mən Türkiyə bütün bunları etməliydi, ABŞ-ın göstərdiyi yoldan getməliydi demirəm. Sadəcə faktları xatırladıram ki, bu proseslərlə maraqlanan dostlarımızda obyektiv təsəvvür yaransın, çünki Türkiyənin hovuz mediası və onları burada təkrarlayan qəzetlərimiz, saytlarımız insanlarımızda yanlış təsəvvürlər yaradır. Yəni bilin ki, müttəfiqliyə zidd addımlar atan təkcə ABŞ deyil, həm də Türkiyədir. Və münasibətlərin soyuması ABŞ-ın Suriya kürdlərini silahlandırmasından çox-çox öncə başlayıb.
İndi mənim qənaətimcə, ABŞ-da müəyyən qrup Türkiyəyə mesaj verir ki, NATO-nun siyasətində iştirak etmirsənsə və Rusiya ilə müttəfiq olmaq istəyirsənsə, onda birdəfəlik NATO-dan çıx... Hesab-kitab aparmadan öz gündəlik, hətta anlıq emosiyalarının təsiri ilə Türkiyənin siyasətini formalaşdıran, peşəkar türk diplomatlarını «monşer» adlandıraraq bu prosesdən kənarlaşdıran impulsiv RTE, fikrimcə, məhz bu addıma təhrik edilir.
Amma Türkiyə qətiyyən NATO-dan çıxmamalıdır, bu, ölkə üçün ağır nəticələrə səbəb ola bilər.