Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
00:06 | 31 avqust 2018 | Cümə
Məqaləyə 2453 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Sincan-Uyğur muxtar bölgəsinin strateji əhəmiyyətini anlamaq üçün xəritəyə baxmaq yetərlidir. Bölgə Çinin şimal-qərbində yerləşir və 8 dövlətlə həmsərhəddir: Rusiya, Monqolustan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Əfqanıstan, Hindistan və Cammu-Kəşmirin Pakistanın nəzarətindəki hissəsi. Yəni bura Çinin dünyaya çıxış istiqamətlərindən biri və qərb qapısıdır, məhz bu səbəblə ABŞ-ın diqqətini cəlb edir.
Bölgə əgər Çinin ortasında yerləşsəydi (məsələn, Rusiyada Tatarıstan kimi), inanıram ki, problem yenə qalsa belə, bu dərəcədə kəskinliyi ilə davam etməzdi. Xarici dünya ilə 5600 km uzunluğunda quru sərhədi separatizmə kömək edən amillərdən biridir, bu boyda sərhəd xəttinin etibarlı şəkildə mühafizəsi (bəzi hissələri dağlıq ərazilərdən keçir) mərkəzi hökumət üçün çox çətin vəzifədir.
Ümumiyyətlə, Sincan-Uyğur bölgəsi çox böyük coğrafiyadır, 1 milyon 743 min kv. km. ərazisi ilə Çinin altıda birini təşkil edir. Bura Avrasiyanın mərkəzidir. Bölgə təbii ehtiyatlarla da zəngindir, Çinin quruda hasil etdiyi neftin 30%-i, təbii qaz hasilatının üçdə biri və kömür hasilatının 40%-i bu regionun payına düşür.
Qədim dövrdə İpək Yolunun keçdiyi bu coğrafiya hazırda Çinin həyata keçirdiyi “Bir kəmər, bir yol” (“One belt, one road”) meqa proyekti üçün də çox mühüm əhəmiyyətə malikdir. Bu nəhəng, çoxşaxəli layihənin tərkib hissəsi olan "İpək Yolu iqtisadi kəməri" çərçivəsində yaradılacaq 3 transavrasiya iqtisadi dəhlizindən biri - şimal dəhlizi (Çin-Orta Asiya-Rusiya-Avropa) buradan keçəcək. Layihədə mərkəzi rolu məhz bu dəhliz oynayacaq. Bölgə 15 quru limanı (yük terminalı) və iki hava limanı ilə çox önəmli logistika məntəqəsidir.
Söhbəti uzatmadan deyim ki, bu bölgədə separatizm, qeyri-sabitlik ABŞ-a sərf edir, bunun üçün uyğurların tam əzilməsinə yol verməmək lazımdır. Çin isə burada dəmir intizam və möhkəm sabitlik yaratmaq istəyir ki, həyati önəmə sahib layihələrini gerçəkləşdirə bilsin, həm də, təbii ki, ərazi bütövlüyünü qorusun.
Ümumiyyətlə, Çinin quru və dəniz sərhədlərinə diqqət etsəniz, görərsiniz ki, orada ya qeyri-sabitlik var; Çin ya həmin həmsərhəd ölkələrlə problem yaşayır; ya da ABŞ orada güclənməyə çalışır, hərbi bazalar yaradır və s... Yəni bir növ, mühasirə vəziyyəti. ABŞ-ın mühasirə həlqəsini daraltmaq, Çinin isə mühasirəni yarıb dünyaya açılmaq cəhdləri davam edəcək.