İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
23:06 | 20 may 2024 | Bazar ertəsi
Məqaləyə 1819 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Vertolyotu qəzaya uğrayan İran prezidenti İbrahim Rəisinin tapılması üçün tədbir görülərkən, hadisənin qəza olmadığını düşünənlər “Bunu kim edə bilərdi?” sualını verdi və buna cavab axtarmağa başladı.
Ölkənin 85 yaşlı ali dini lideri Əli Xamneyinin yerinə gəlməsi gözlənilən prezidentin ölümü hazırda araşdırılır. Mümkün səbəblərə illərlə davam edən sanksiyalar və duman, yağış və külək kimi pis hava şəraiti səbəbindən təyyarələrə texniki xidmət göstərə bilməmək də daxildir.
Ancaq Tehran küçələrində atəşfəşanlıqlar Rəisinin ölkədə hər kəs tərəfindən sevilmədiyinə işarə ola bilər. Ölkəni 35 il idarə edən Xamneyinin səhhətinin pisləşməsi ilə bağlı xəbərlərin taxt-tac uğrunda mübarizəni qızışdırması da mümkündür.
Ekspertlər deyirlər ki, 63 yaşlı Rəisi ölkənin birinci yeri uğrunda Xamneyinin kiçik oğlu Müctəba ilə yarışır. ABŞ-də yerləşən Karnegi Beynəlxalq Sülh Fondundan Kərim Sacapur məsələni belə şərh edir: “Rəisinin ölümü İranda varislik böhranına səbəb ola bilər. 85 yaşlı dini lideri əvəz edə biləcək namizədlər arasında yalnız onun və Müctəba Xameneinin adı çəkilirdi. İranın sui-qəsdlərə meylli siyasi mədəniyyətində çox az adam Rəisinin ölümünün təsadüf olduğuna inanardı”.
İsraillə davam edən gərginlik də digər şübhələrə yol açır. Çünki aprelin 1-də Suriyada iki generalı öldürülən Tehran bu hadisədən iki həftə sonra pilotsuz təyyarələr və raketlərlə İsrailə hücum etmişdi. İsrailin buna zəif reaksiyası ilə gərginliyin hələlik sakitləşdiyi düşünülürdü. Ancaq Rəisinin qəzası ilə bütün gözlər İsrailə çevrildi.
Adının açıqlanmasını istəməyən “Reuters” agentliyinə danışan İsrail rəsmisi vertolyotun qəzaya uğraması ilə heç bir əlaqələrinin olmadığını deyib.