Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
11:57 | 18 iyul 2024 | Cümə axşamı
Məqaləyə 436 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Çin ABŞ ilə nüvə silahlarına nəzarət üzrə danışıqların dayandırıldığını açıqlayıb.
Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian dünən verdiyi açıqlamada Pekinin “bütün etirazlarına və ikitərəfli görüş fəaliyyətlərinə baxmayaraq” ABŞ-ın Tayvana silah satmağa davam etdiyini bildirib: “Nəticədə Çin tərəfi nüvə silahlarına nəzarət və yayılmamaq üzrə ABŞ-la məsləhətləşmələrin yeni mərhələsini təxirə salmaq qərarına gəlib. Məsuliyyət tamamilə ABŞ-ın üzərinə düşür”.
Lin, “Çin nüvə silahlarına beynəlxalq nəzarət üzrə ünsiyyəti davam etdirməyə hazırdır, lakin ABŞ Çinin əsas maraqlarına hörmət etməli və dialoq və mübadilə üçün lazımi şərait yaratmalıdır”, – deyib.
XİN rəsmisi əlavə edib ki, ABŞ-ın izlədiyi siyasət Pekin və Vaşinqton arasında etimadın zəifləməsinə səbəb olub.
ABŞ Tayvanın ən böyük silah tədarükçüsüdür. ABŞ Konqresinin aşağı palatası olan Nümayəndələr Palatası iyun ayında Çinə qarşı hərbi qarşısının alınmasını gücləndirmək üçün Tayvana 500 milyon dollarlıq hərbi maliyyə ilə 2 milyard dollar kredit ayrılmasını təsdiqləyib.
ABŞ həmçinin Tayvana “F-16” döyüş təyyarələri üçün 300 milyon dollarlıq ehtiyat hissələrinin satışını təsdiqləyib.
Digər tərəfdən, həm ABŞ prezidenti Co Bayden, həm də onun rəqibi Donald Tramp seçki kampaniyaları zamanı Çinlə ticarəti məhdudlaşdırmaq üçün addımlar atılacağına işarə etmişdilər.
Bundan əlavə, Tramp Amerika KİV-i “Bloomberg”ə müsahibəsində deyib ki, Tayvanın özünü Çindən qorumaq üçün ABŞ-a pul ödəməlidir.
Pekinin açıqlamasına reaksiya verən ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller, “bu yanaşma strateji sabitliyi pozur və silahlanma yarışı riskini artırır”, – deyib.
Miller, “Çinin bu addımı ilə nüvə riskinin idarə edilməsi və silahlanma yarışının qarşısını almaq üçün səyləri davam etdirməməyi seçdiyini iddia etsə də, Vaşinqton və Pekinin bu mövzuda birlikdə işləməlidir”, –deyib.
Çinin 500 nüvə başlığına malik olduğu təxmin edilir, lakin Pentaqon Pekinin 2030-cu ilə qədər mindən çox nüvə başlığı istehsal edəcəyini proqnozlaşdırır.
ABŞ və Çin keçən ilin noyabrında nüvə silahının yayılmasının qarşısını almaq üçün beş ildə ilk dəfə görüşüblər.