ABŞ daha bir gəmini vurdu
Oman körfəzində gərginlik
22:08 | 18 iyul 2024 | Cümə axşamı
Məqaləyə 547 dəfə baxılıb
Şriftin ölçüsü
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Kubanın turizm sektoru çökmə həddində
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Pentaqondan “SpaceX”ə milyardlarla dollarlıq hərbi müqavilə
ABŞ-nin Kuba blokadası dərinləşir – adada işıq, yanacaq və ərzaq böhranı
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Britaniyanın “The Economist” jurnalı və “YouGov” araşdırma şirkəti tərəfindən aparılan sorğuda amerikalılara noyabrın 5-də keçiriləcək prezident seçkiləri ilə bağlı suallar verilib.
Sorğuda demokratlardan seçkidən çəkilmək üçün çağırışlar alan Baydenin prezidentlik yarışını tərk edəcəyi təqdirdə Harrisin namizədliyini dəstəkləyib-dəstəkləməmələri soruşulub.
Sorğunun nəticələrinə görə, Demokratların 79 faizi Baydenin seçkidən geri çəkiləcəyi təqdirdə onun müavini Harrisin namizədliyini dəstəkləyir.
Demokratların təxminən 28 faizi Harrisin keçmiş prezident Donald Trampa qarşı Baydendən daha çox qalib gəldiyini düşünür. Əksinə, 24 faiz Harrisin Trampı məğlub etmək ehtimalının Baydendən daha az olduğunu söyləyir.
Amerikalıların 51 faizi Baydenin seçkidən çəkilməsini və yerinə başqa bir demokratın gəlməsini istəyir. Bu qərarı dəstəkləyən demokratların əksəriyyəti də Baydenin yaşından, psixi və fiziki sağlamlığından narahat olduqları üçün onun seçkidən çəkilməsini istəyir.
Digər tərəfdən, amerikalıların 65 faizi Baydenin yarışdan geri çəkilməyəcəyi qənaətindədir.
***
Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərində mübarizə aparan Demokratlar Partiyasının üzvü Co Bayden və onun Respublikaçı rəqibi Donald Tramp iyunun 27-nə keçən gecə CNN-də canlı yayımda ilk debatda buna razılıq veriblər. Bayden yaşı ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün kifayət qədər yaxşı çıxış edə bilmədi və proqramdan sonra sıx tənqidlərə məruz qaldı.
Baydenə Demokrat Partiyasının üzvlərindən və Baydeni dəstəkləyən bəzi məşhurlardan “prezident seçkilərindən geri çəkilməyə” çağırış edilib.
ABŞ Nümayəndələr Palatasının üzvü, demokrat Adam Şiff də Baydeni “geri çəkil” çağırışı edənlərə qoşulub. Baydeni “istefaya getməyə” çağıran demokratların sayı 20-ni keçib.
***
“Washington Post”un xəbərində ABŞ-ın keçmiş prezidenti Barak Obamanın son zamanlar narahatlığını yaxın ətrafı ilə bölüşdüyü bildirilib.
Xəbərdə Obamanın iyunun 27-nə keçən gecə Respublikaçı rəqibi Donald Trampla CNN-də ilk canlı yayım debatından sonra Baydenlə bir dəfə danışdığı və həmin görüşdə Baydenə namizədliyi ilə bağlı qərarın tamamilə ona aid olduğunu bildirib.
Obamaya bir çox narahat demokratlardan telefon zəngləri gəldiyi və Baydenin anketlərdə geri düşməsindən narahat olduğunu dediyi iddia edildi.
Xəbərdə Obamanın, Baydenin 5 noyabr seçkilərində zəfər yolundan tədricən uzaqlaşdığını şərh etdiyi və onun namizədliyinin davamlılığını gözdən keçirməsi lazım olduğuna işarə etdiyi bildirilib.